Yay meyvə-tərəvəz fəslidir. Bu fəsildə sağlam meyvələrin olmasını şərtləndirən əsas faktorlardan biri də fəsilə uyğun hava şəraitinin olmasıdır. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, göbələk və bir sıra nematot xəstəliklər isə sulu mühitdə sürətlə inkişaf etdiyindən, indi yağan yağışlar meyvələrdə həmin xəstəliklərin yaranmasına səbəb ola bilər. Eyni zamanda əksər vaxtlarda yağan yağışlar küləklə müşahidə olunur ki, bu da torpaq qatının qalxmasına səbəb olur. Bu tip yağışlar meyvə ağaclarının yarpaqlarında çirkli torpaq məhlulu şəklində suvaq qatı yaradır. Bu isə ağızcıqları tutaraq meyvələrdə fotosintezin getməsini ləngidir. Hələ çiçək fazasında olan meyvə-tərəvəzlərdə isə mayalanma getmir.
Zaur Hümbətov, ekspert: “Yağış həddindən artıq çox yağarsa, ağacın dibindəki torpağı bir qədər boşaltmaq lazımdır ki, orada aerasiya yaxşı getsin. Əgər meyvə yarpaqlarının üzəri palçıqla örtülübsə, yuma yolu ilə təmizləmək mümkündür. Bəzən görürsən ki, temperatur həddindən artıq aşağı düşür. Bu zaman süni küləklər yaratmaq olar. Yaxud saman yandırmaq olar”.
Bütün bu proseslərin iqtisadi tərəfi də var. Çünki kənd təsərrüfatının hava şəraiti ilə əlaqədar olması məhsul istehsalına təsir edən amildir. Bu isə son nəticədə bazarlara çıxarılan məhsulun azlığına və qiymətinin baha olmasına səbəb ola bilər. İqtisadi hesablamalara görə, təbii faktorlar nəticəsində kənd təsərrüfatı məhsullarında 15-20 % itki olur.
Oktay Məmmədli, ekspert: “Ümumiyyətlə, bazar iqtisadiyyatında qanunauyğun bir proses var. Əgər bazarda məhsulların miqdarı çoxdursa, yəni satıcıların sayı alıcıların sayından çoxdursa, bu qiymətlərin nisbətən aşağı düşməsinə gətirib çıxarır. Əgər tərsinə mənzərə yaranarsa, yəni bazardakı nisbət tələbin xeyrinədirsə, bu zaman aydın məsələdir ki, qiymətlər bahalanır”.Bu yanaşma ilə yetişməkdə olan məhsulun bazarda özünü necə göstərəcəyini dəqiq söyləmək çətindir. Əsas odur ki, bu məhsul qıtlığına və qiymətə təsir etməsin.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Günün ulduz falı - 19.02.2014
Sabah Azərbaycana yay gəlir
Milli mətbəximiz
Orduya çağırılan şəxsin kredit öhdəliyi dondurulur? - VİDEO
Dayə seçimində nəyə diqqət etməliyik?
Şeyma Subaşı sevgilisindən ayrıldı
Unutqanlığın səbəbləri
Teledərslərin sabaha olan cədvəli açıqlandı - FOTO
2 gün iş olmayacaq
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
"Yol hərəkəti haqqında" Qanuna dəyişikliklər edildi
İlanla evləndi-FOTO
Bakıda avtobusların fəaliyyəti ilə bağlı daha bir qurum yaradılır
Ziyafət çantaları
Kirpiklər üçün tuş seçimi
Robbi Ulliams 4-cü dəfə ata oldu-FOTO
Vera otel qapısında qaldı-FOTO
Gündəlik istifadə etdiyimiz ÇAYIN zərərləri
Hava XƏBƏRDARLIĞI
Evdə təbii saç boyası hazırlamaq üçün ....
Boyu uzadan məşqlər
Kimdir alfons?
Azərbaycanda zavodlar tikiləcək
Bakıda yol polisi sürücülərə xəbərdarlıq etdi
Burcu Esmərsoydan 14 min açıqlaması-FOTO
Millimiz FİFA-nın reytinqində irəlilədi
Sağlam dərinin sirri
Türkiyədə parlament seçkilərində erməni namizədlər
Bakıya duman gələcək
Şirniyyata qarşı olan aclığı necə azaltmalı?
Hülya Avşar ada aldı
Həftədə neçə saat idman etmək olar?
Siam əkizlərini 18 saat davam edən əməliyyatla ayrılıblar-FOTO
Bu ərazidə qaz olmayacaq
Xaricdən gətirilən mal-qara sərfəlidirmi?
Binalar arasındakı məsafə qısaldıldı
Günün qoroskopu: bəzi hadisələri əvvəlcədən təxminləyə biləcəksiniz
Bizim gözəl dünyamız
Ledi Qaqa Maurisio Quççinin qatili olacaq
YAŞIL ÇAY
Sürücülər bu xəbəri mütləq izləsin
ÜST dünya əhalisinin hansı hissəsinin vaksinasiya edilməli olduğunu açıqladı
Mənzil bazarı: 2015-də bizi nə gözləyir?
Uşaqlarda nitq geriliyinin səbəbləri
Ən varlı müğənnilər-SİYAHI
DİQQƏT! Bakının bu hissələrində qaz olmayacaq
“WhatsApp”da Yenilik!
Zaqatalada güclü zəlzələ olub
Baş nazirdən uçuşların yenidən bərpası ilə bağlı QƏRAR - Qaydalar açıqlandı
- ŞƏRHLƏR