Adətən, deyirlər ki, dəcəl uşaq sakit oturubsa, deməli, nəsə yaramazlıq edir. Amma məlum olub ki, uşağın elə dəcəl, hərəkətli olması daha yaxşıdır, nəinki sakit oturması.Yüksək arterial təzyiq çox vaxt yaşlı insanlara şamil edilir. Kanadadan olan alimlər isə televizor qarşısında çox vaxt keçirən uşaqlarda qan təzyiqinin yüksəldiyini aşkar ediblər. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, oturaq həyat tərzi ümumilikdə sağlamlığa ziyandır. Yəni televizorda verilişlər izləyərkən, kompüterdə oyun oynayarkən, yaxud veb-səhifələrə baxarkən əsəb gərginliyi qaçılmazdır. Kanadalı mütəxəssislər bildirirlər ki, uşağın hər gün bir neçə saatı kompüter monitoru və ya teleekran qarşısında keçirməsi onun arterial təzyiqinin artmasına gətirib çıxarır. Tədqiqata 8-10 yaşlı 630 uşaq cəlb edilib. Həftə boyu hər iştirakçının arterial təzyiqi gündə 5 dəfə ölçülüb. Həmçinin bu günlər ərzində onlar üzərlərində hərəkətliliklərini və sakit durduqları anları qeyd edən cihazlar gəzdiriblər. Uşaqlardan eləcə də aktiv hərəkətlərə (gəzinti, velosiped sürmək, idmanla məşğul olmaq) və dərs hazırlamağa, televizora baxmağa, kompüterdə oyun oynamağa nə qədər vaxt sərf etdikləri də soruşulub. Uşaqlardan alınan məlumatları valideynləri də təsdiqləyiblər. Tədqiqatın sonunda məlum olub ki, hər gün televizor və kompüter qarşısında 2 saat və daha çox vaxt itirən uşaqlarda yüksək təzyiqin yaranması orta hesabla 2,7 dəfə artıb. Uşağın çəkisi qədərindən artıq və piylənməsi olubsa, hipertoniya riski də bir xeyli yüksək olub. Mütəxəssislər xatırladırlar ki, ÜST-ün məsləhətinə görə, arterial təzyiqin inkişafının qarşısını almaq üçün yaşlı insanların həftə ərzində 150 dəqiqə fiziki aktivliyə ehtiyacları var. Uşaqlar üçün isə bunun qədəri xeyli artıq olmalı, gün ərzində 60 dəqiqədən az olmamalıdır.
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Sabahın HAVAsı
Geyimlərdəki sarı ləkələrdən xilas olmaq üçün ...
Bergüzar Korelin Azərbaycanda OXŞARI TAPILDI - FOTO
Fərqli daşlardan hazırlanmış üzüklər
TQDK-nın binası belə olacaq
Tələbələrin sığınacaq problemi nə vaxt bitəcək?
Vətəndaşlar hansı halda rayonlara gedə bilərlər? - RƏSMİ AÇIQLAMA
İki nəfər 90 milyon avro uddu-FOTO
Sahurda çay içənlər-diqqət!
Yuxu yozmaları - D
Castin Biber məhkəməlik oldu -SƏBƏB
Qida infeksiyasından qoruyan ədviyyat
Pomidorlu və püstəli salat
Azərbaycanlı kişi ginekoloqun rəqsi rekord qırdı
Beren Saat 2 milyonu rədd etdi-SƏBƏB
Günün qoroskopu:Soyuqqanlı olun!
Addım-addım manikür
Ağdərənin işğalından 27 il ötür
Sonsuzluq
"Qoyun" salatı (foto resept)
Ləzzətli sac yeməyi (foto resept )
50 yaşdan yuxarı qadınlar üçün dəriyə qulluq
Azərbaycan silah satacaq
Milli Şurada "iç zəlzələ" yaşanır
Salatlarımızı necə bəzəyək?
Nazirlik rəsmisindən karantinin yumşaldılmasının fəsadları ilə bağlı MÜHÜM AÇIQLAMA
Mehriban Əliyeva dünya azərbaycanlılarını təbrik etdi
Yeməli peyzajlar
Birinci Avropa Oyunlarının məşəli Lənkəranda
Kompüter monitorları alan azalır
Şaftalı cemi (foto-resept)
"Jara"ya qatılan müğənnilər nə qədər qonorar alır?
Bülbülün 120 illik yubileyi keçiriləcək
Günəş eynəkləri
Bakıda bəzi avtobuslarda gediş haqqı qaldırıldı - FOTO
8 yaşlı qız 3 min illik alət tapdı-FOTO
Məsud Bərzanidən Türkiyə etirafı
Pomidor şorbası
ABŞ-da koronavirusdan rekord ölüm
Mark Zukerberq dünyanı təəccübləndirdi
Hava haqqında - 13.09.2013
"Ginnesin Rekordlar Kitabı"nın seçmə rekordları
İbtidai siniflərdə problem: bu dərsləri kim keçsin?
Əhalinin gəlirləri nə qədər artıb
102 tələbəyə təhsil krediti veriləcək
Sabah hava necə olacaq?
Şəkil çəkmək asan iş deyil
Bakı Zooparkı fəaliyyətini dayandırır
Azərbaycan əhalisinin sayı açıqlandı
Manatın MƏZƏNNƏSİ
- ŞƏRHLƏR