
Uşaq serebral iflici (USİ) hərəki pozğunluqlarla, ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır. USİ termini ilk dəfə 1893-cü ildə psixioanalitik Ziqmund Freyd tərəfindən irəli sürülüb. Baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində ortaya çıxır.
Mütəxəssislər bildirirlər ki, USİ-ni erkən uşaqlıq dövründə aşkarlamaq mümkündür. Beyin iflici zəif, mülayim və kəskin dərəcələrdə ola bilir. İnkişaf geriliyi üzrə mütəxəssis Əminə Əsədovanın sözlərinə görə, zəif dərəcəli serebral iflic zamanı uşağın davranış problemləri olsa da, hərəkətlər edə bilir: "Mülayim dərəcəli serebral iflic olan uşaq gəzərkən axsayır. Belə uşağın dayağa, yaxud çəliyə ehtiyacı olur. Daha kəskin serebral iflic uşağın bütün fiziki qabiliyyətlərinə mənfi təsir göstərə bilər".
Serebral iflici olan uşaqların bəzən öyrənməklə bağlı probemləri, eşitmə-görmə, yaxud əqli gerilik problemləri də ola bilər. Beynin məruz qaldığı zədələnmə nə qədər böyük ölçüdə olarsa, serebral iflic də bir o qədər kəskin olur.
Ə.Əsədova bildirib ki, serebral iflici olan uşaqlar bir qayda olaraq mütəxəssis köməyinə və xüsusi qulluğa ehtiyac duyurlar: "Fiziki terapiya, əmək terapiyasının tətbiqi və nitq-dil patalogiyası ilə işləmək uşaqların vəziyyətlərini müsbət tərəfə dəyişir. Fiziki terapiya vasitəsilə yerimək, oturmaq, tarazlığı saxlamaq, əmək terapiyası vasitəsilə geyinmək, soyunmaq, qidalanmaq, yazmaq və s. uşaqlara öyrədilir. Nitq-dil patalogiyası ilə bağlı məşqlər zamanı isə dil və boğaz əzələlərinin gərilməsi ilə əlaqədar danışmaqda çətinlik çəkərsə, ünsiyyət bacarığında problemlər varsa, bunları aradan qaldırmaq istiqamətində işlər aparılır".
Mütəxəssisin dediyinə görə, bütün bu fəaliyyətlərdə valideynlərin dəstəyinə ehtiyac duyulur: "Bir valideyn kimi övladınıza qarşı sevgiylə, qayğıyla yanaşın. Onunla oynayın, onu anlamağa çalışın. Səbirli və təmkinli olun. Övladınızın yaxşılaşmasına ümid bəsləməkdə davam edin. Yardımçı ola biləcək yeni müalicələr və texnologiyalar haqqında məlumatlar toplayın. Ancaq sınaqdan keçməmiş "yeniliklər"ə qarşı ehtiyatlı olun. Hər bir uşaq kimi sizin də övladınızın qarşısında öyrənmək və inkişaf etmək üçün tam bir ömür müddəti var".
Uşaq serebral iflici ilkin əlamətlərə görə aşkarlamaq mümkündür. Əsədova qeyd edib ki, USİ zamanı uşaqlarda qidalanmada çətinlik, oyanıqlıq, əsəbilik, 1,5 aylığında başını saxlaya bilməməsi, hərəki bacarıqların inkişafında ləngimə, erkən şərtsiz reflekslərin 4-6 ayına qədər davam etməsi, oyuncaqlara tərəf dartınmaması (4 aydan sonra), uşağın qeyri-iradi hərəkət etməsi, ana ilə kontakta girməməsi, döşdən imtina etməsi müşahidə olunur.
Bəs, uşaqların USİ ilə doğulmasına səbəb nədir? Genekoloq Xatirə Sultanovanın dediyinə görə, serebral iflicin səbəbləri müxtəlifdir: "Hal-hazırda hamiləlik dövründə ananın infeksion xəstəliklərə tutulması - məxmərək, herpes, sitomeqalovirus, toksoplazmoz və s., rezus fərqliliyi, ananın səhhətindəki problemlər (şəkərli diabet, hamiləlik toksikozu, qanaxmalar, anamiya, stress, düzgün olmayan qidalanma-vitamin çatışmazlığı və s.), ananın zərərli vərdişləri (narkomaniya, alkoqoldan istifadə, siqaret çəkmə və s.), ananın yaşı (18-dən aşağı, 35-dən yuxarı) uşağın USİ ilə doğulması ilə nəticələnə bilər. Eləcə də doğuş zamanı dölün asfeksiyası, doğuş travması, vaxtndan əvvəl doğuş, gec doğuşlar uşaqda USİ-nin olmasına gətirib çıxarır. Doğuşdan sonra infeksiya və susuzlaşma nəticəsində yüksək bədən hərarəti, beyin infeksiyaları, oksigen çatışmazlığı, beyin tarvmaları və qansızmalar, məişət zəhərlənmələri, beyində şişlərin olması USİ-yə səbəb olur".Qeyd edək ki, serebral iflicin müxtəlif formaları var. Spazmatik formasında əzələ həddindən artıq gərilmiş vəziyyətdə olur. Hərəkətlər, xüsusilə də ayaq, əl və bel hərəkətləri nəzarətsiz halda olur. Ən geniş yayılmış formalardan hesab olunur.Athetoid və ya diskinetik formada bədənin bütün hərəkətlərinə mənfi təsir göstərə bilir. Asta və nəzarət edilməyən bədən hərəkətləri azacıq əzələ gərilməsi ilə müşayiət olunur. Oturması və gəzməsi çox çətindir.
Qarışıq forması USİ-nin sadalanan hər iki formasının əlamətlərinin birləşmiş bir variantıdır. Xəstəliyin bu formasından əziyyət çəkən uşaqlarda əzələ gərilməsi həm yüksək, həm də aşağı səviyyədə olur. Bəzi əzələlər həddindən artıq boşalmış olur. Bu da yöndəmsiz, qeyri-iradi hərəkətlərin meydana çıxmasına səbəb olur.
Qeyd edək ki, serebral iflici olan uşaqlar bir sıra problemlərlə üzləşirlər. Lakin erkən və davamlı tibbi müdaxilə sayəsində xəstəliyin fəsadları azaldıla bilər. Yaşı 3-dən az olan uşaqlar erkən müdaxilə xidmətindən tam şəkildə yararlana bilərlər.
XƏBƏR LENTİ
Taner Yıldız: "Türkiyə Rusiyadan qazın qiymətləri üçün endirim tələb edəcək"
Azərbaycanda pensiyaların ödənilməsinə başlanıldı
DİQQƏT! Bu gün üç qəsəbəyə elektrik verilişində fasilələr olacaq
Qarındakı yağlar üçün pomidor suyu
Çiçəkli yataq üzləri
Ancelinaya bənzəməyə çalışan Səhər boynunu qırdı-FOTO
Türkiyədə YouTube qadağası ləğv olundu
HAVA necə olacaq?- 21 fevral
Daima düşünən insanlarda mövcud olan xüsusiyyətlər
Günəş tutulmasının BÜRCLƏRƏ TƏSİRİ
Gözlərə qulluq
Yaxşı vərdişlər nələrdir?
Prezident Bakı məscidində
Yeni ili köhnəldənlərə həsr olunur...
Dünyanın ən uzun tuneli bugün açılacaq
"10 nömrə ancaq Del Pyeroya aid olacaq"
Rihanna ana olmağa hazırlaşır
Dünyaya gələn körpənin qiyməti...
İbrahim Tatlısəs 300 imkansız ailəyə yardım etdi
Bakıya erməni idmançılar gəlir
Şahzadə Harri və Meqan Markldan GÖZLƏNİLMƏZ ADDIM
Donmayan balıqlar
Dekorativ asma tavanlar
BÜRCLƏR bizə nə vəd edir?-15 noyabr
Uşaqlar üçün hellouin kostyumları
26 iyun Silahlı Qüvvələr Günüdür!
Mikroskop altında böyüdülmüş 20 görüntü
Azərbaycanı böyük təhlükə gözləyir
Dodaq boyası dişlərin rəngini ortaya çıxarır
Xocalı soyqırımının 25 illiyi ilə bağlı Ukraynada poçt markası buraxılıb
“İstanbullu gəlin”in aktrisası ərindən boşandı - FOTO
Yüz ilin tapıntısı rekord qiymətə satılacaq
Azərbaycanda bu bazarda qıtlıq yaranıb
Uşaqların dəb dünyası
Sümükdən motosiklet
2018-ci ildə evlənən məşhurlar
İspan rəssamın əl işləri
ABŞ-da "QaraBağ" diski işıq üzü görüb
Xasiyyət təhlilləri (1)
Demet Akalın bu dəfə Berkayla mübahisə etdi-SƏBƏB
Kompüter oyunlarını oynamağın 5 əsas səbəbi
Almalı gül (foto resept)
Xanımlara məsləhət: dərini qorumaq üçün...
ATƏT-in Minsk qrupundan XİN başçılarının görüşü ilə bağlı BƏYANAT
Rəfiqəsi Maradonadan 6,3 milyon dollar tələb edir
Vüsal Kərimlinin COVID-19 testinin nəticəsi pozitiv çıxıb
Hava necə olacaq?
Günün qoroskopu: illüziyalara qapılmayın, realist olun
Rusiya maşınları Ukraynaya girdi
VB 6 Pəhrizi (Vegan Before 6)














