Son vaxtlar mətbuatda və sosial şəbəkələrdə yol polisinin təyin olunmayan yerlərdə radar quraşdırması, eləcə də sözügedən qurğuların bir çox hallarda sürücülərdən “gizlədilməsi” ilə bağlı müxtəlif informasiyalar yayılmaqdadır.
Milli.Az bildirir ki, bu gün isə 90-RC-963 dövlət nömrə nişanlı avtomobilin sahibi, Bakı şəhər sakini Səbuhi Cəfərov AzNews.az-a müraciət edərək analoji problemlə üzləşdiyini bildirib: “Bir müddət əvvəl idarə etdiyim avtomobil “MMx prK“ radara düşüb və mənim radara düşməyimdən xəbərim olmayıb. Çünki radara düşməyimlə bağlı yol polisindən mənə heç bir bildiriş gəlməmişdi. Bir neçə aydan sonra xəbər tutmuşam ki, mənə böyük məbləğdə cərimə yazılıb”.
AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyevlə əlaqə saxlayıb. Kamran Əliyev bildirib ki, Səbuhi Cəfərov barəsində tərtib edilən MMX elektron protokoldur və avtomatik rejimdə işləyən cihaz vasitəsilə insan əli dəymədən tərtib edilir:
“Məlumat üçün bildirim ki, qeyd olunan protokol mərkəzi informasiya sisteminə düşürsə, o kağız daşıyıcıya köçürülür və fotogörüntüylə inzibati protokolun surəti həmin şəxsin, yəni inzibati xətaya yol vermiş şəxsin ünvanına göndərilir. Bu sifarişli poçt vasitəsilə həyata keçirilir. O şəxsin ünvanında yetkinlik yaşına çatmış insanlardan biri, yaxud da şəxsin özü bu sənədləri qəbul edəndən və bu barədə imza atandan sonra rəsmi hesab olunur. Həmin sənədi alandan sonra 10 gün müddətinə vəsatət qaldırmırsa, artıq qərar çıxır. Yəni şəxsin xəbəri olmadan onun barəsində qərar çıxa bilməz. Qərar çıxandan sonra bir ay müddətinə məbləğ ödənməyəndə onun üzərinə dəbbə pulu gəlir. Digər hallarda əgər şəxsin onun barəsində MMX protokolunun tərtib olunmasından xəbəri yoxdursa, onun barəsində nə qərar qəbul oluna bilər, nə də qərar üzrə cərimənin üzərinə dəbbə pulu gələ bilər”.
K.Əliyev söhbət əsnasında məsələni araşdırıb və bildirib ki, S.Cəfərov bu ilin yanvar ayının 10-da Bakı şəhəri ərazisində müəyyən olunmuş sürət həddini 20-40 kilometr aşıb:
“Mən indicə sizinlə danışa-danışa araşdırdım. Bu şəxs Zərdab rayonunda qeydiyyatdadır. Ola bilsin ki. rayondakı ailə üzvlərindəın kimsə sənədlərə imza atıb. Bu ilin yanvar ayının 10-da Bakı şəhərində müəyyən olunmuş sürət həddini 20-40 kilometr aşıb. Ona görə də elektron protokol tərtib olunub. Yaşadığı ərazi üzrə Zərdab rayonuna göndərilib. Mən baxıram 2 aydan sonra onun barəsində qərar çıxarılıb. Ola bilər ki, həmin sənədə ailə üzvlərindən kimsə qol çəkib götürüb. Mart ayının 12-də isə 50 manat cərimə olunması ilə bağlı qərar çıxıb”.
XƏBƏR LENTİ
Yaponiya hökuməti koronavirusla mübarizədə regionlardan yardım istəyir
Cadunu yox edən qızıl
Yeni Təhsil nazirinin uşaqlığı, təhsil aldığı məktəb və ailəsi - VİDEO
Teymur Rəcəbov xanımı ilə
Havaların isti keçməsi ilə bağlı nazirlikdən AÇIQLAMA
Gülməli heyvanlar (2)
Adriana Limanın gözəllik sirləri
Yuxuda arıqlamağın 8 yolu
Bu faciə dünyanı şoka saldı
Tanınmış amerikalı aktyor vəfat etdi - FOTO
Azərbaycan bankları ipotekaya tələbi dəyişiblər
Bir sıra sahələrdə yerində xidmət dayandırılır - RƏSMİ
İldırım 47 nəfəri vurdu
Hamiləlikdə qidalanma - xususi vəziyyətlər
Azərbaycanda bu nazirlər həm də alimdirlər
Evimizdə təhlükə
Sabahdan benzin rəsmən bahalaşmasa da, qiyməti artır
Boyunu cavanlaşdıran 4 təsirli üsul
Samsung Galaxy S8-in yeni versiyası hazırlanır
Qripdən qorunmaq üçün nə yeməliyik?
Dodaq boyasını canlı saxlamaq sirləri
Sankt-Peterburq-Qəbələ aviareysi təxirə salındı
Sabah dünyanın gözü İlham Əliyevdə olacaq
Baş nazir etirazçıların qarşısında ağladı
"70 yaşımda da seksual görünmək istəyirəm"
Ali Sunal Kamal Sunal üçün paylaşım etdi-FOTO
Meqan Marklın cangüdəni diqqət çəkdi-FOTO
Məşhur serial FİNAL edir-FOTO
Sumqayıtda zavod yanır: Yeddi nəfər xəsarət alıb, birinin vəziyyəti ağırdır - YENİLƏNİB
Ailəsini koronavirusa yoluxdurmamaq üçün 3 gün maşında yaşadı
Birinci siniflərə məktəbi necə sevdirməli?
Geyimlərdə zəif görünmə yolları
İcazələrlə bağlı bu işçilərə məhdudiyyət qoyulur - Cədvəl
Kartoflu jülyen(foto-resept)
Eynəyini çıxartdı, hər kəs təəccübləndi-FOTO
"Barselona"dan növbəti transfer
İlin ən möhtəşəm qadınları seçildi
Türkiyə Azərbaycanla sərhədi bağladı - SƏBƏB
Nazir: "Gələn ildən 100 min müəllim yeni maaş sistemi ilə çalışacaq"
Vyetnam Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirdi
Günəş enerjisi ilə işləyən Təyyarə ilk dəfə Stratosfer qatına qalxacaq - FOTO
Məşhurlar və övladları
Builki qəbul imtahanları ilə bağlı Məleykə Abbaszadədən AÇIQLAMA
İt uşağı qəzəbli ananın əlindən belə aldı
Facebook-da mükafatlar açıqlandı
Cüt yumurta əkizi nədir?
Salatlarımızı necə bəzəyək?
3 iştirakçı birdən "SURVİVOR"dan uzaqlaşdırıldı-SƏBƏB
6 dəqiqə çəkdi, ana oldu
Ramazandan başqa hansı günlərdə oruc tutmaq müstəhəbdir?