
Fəsil dəyişikliyi zamanı insan səhhətində baş qaldıran problemlər sırasında boğaz ağrıları da xüsusi yer tutur. Əsasən yazqabağı və soyuq aylarda ortaya çıxan xəstəliyin müalicə edilməməsi müxtəlif fəsadlara gətirib çıxarır.
“Öskürək və öyümə məni təngə gətirib”
Həmsöhbətimiz Nazim Cəfərov Milli.Az-a açıqlamasında faringit xəstəliyindən əziyyət çəkdiyini bildirir: “Mən xəstəlikdən uzun müddətdir ki, əziyyət çəkirəm. Əsasən boğazda qıcıqlanma və kəskin öskürək tutmaları məni narahat edir. Öskürək və öyümə məni təngə gətirib. Demək olar ki, hər səhər yuxudan duranda öskürəklə yanaşı, öyümə halları baş verir. Müntəzəm olaraq həkim nəzarətində müalicələri davam etdirirəm. Bu xəstəlik məndə xroniki hala keçdiyi üçün hər il bir neçə dəfə müalicə alıram. Həkim mənə duzlu, istiotlu, həddən artıq şirin və turş qidalar qəbul etməyi məsləhət görmür. Həmçinin pəhriz saxlamağı tövsiyə edir. Qida rejimini pozduqda bunun zərərini hiss edirəm. Bu səbəbdən çalışıram ki, qidalanma rejimini pozmayım”.
Faringit
Lor həkimi Sima Rəhimova Milli.Az-a açıqlamasında deyir ki, faringit latınca farenks (udlaq) və itis (iltihab) sözlərindən ibarətdir. Yəni boğazda iltihablanma nəticəsində əmələ gələn xəstəlikdir. Əsasən mövsümi xəstəlik olan faringit yaz-payız aylarında daha da kəskinləşir. Xəstəlik virus və müxtəlif infeksiyalar nəticəsində törənir. Bu zaman xəstədə udqunmada çətinlik yaranır. Udlaqda qızartı, quruluq, yanma və ya qaşınma hissi, qızdırma, öskürək başlayır. Bundan başqa, burunda tutulma, axıntı, baş ağrısı, halsızlıq və digər hallar yarana bilər.
Xroniki faringit zamanı halsızlıq, qızdırma kimi əlamətlər özünü büruzə verməz. Ancaq boğazda quruluq hissi, qıcıqlanma, yad əşya hissi, udqunmada çətinlik kimi şikayətlər olur. Xroniki faringit daha çox gənclər arasında yayılıb: “Xroniki faringitin səbəbləri bunlardır - davamlı soyuqdəymə, siqaret çəkmək, spirtli içki qəbul etmək, sinus yollarındakı infeksiyalar və digər infeksiyalar”.
Xroniki faringitin müalicəsi
S.Rəhimovanın sözlərinə görə, xroniki faringitin müalicəsi uzunmüddətli və çətindir. Müalicədən öncə əvvəlcə faringiti yaradan faktorlar aradan qaldırılmalıdır. Xəstəliyin daha effektiv müalicəsi bitki tərkibli dərman vasitələri ilə həyata keçirilir. Belə ki, müalicədə daha çox yatıqqanqal, çobanyastığı, biyan kökünün dəmləməsindən qarqara edilir. Yatıqqanqal otunu dəmlədikdən sonra onun buxarı ilə 20 dəqiqə nəfəs almaq lazımdır: “Qeyd etmək lazımdır ki, xroniki faringit tam müalicəyə cavab vermir. Sadəcə olaraq xəstəlik müəyyən müalicə kursu ilə passivləşdirilir”.
Profilaktik tədbirlər
Həkim bildirib ki, belə xəstələr hava çirkli olduğu zaman açıq havaya çıxmamalıdırlar. Mümkün qədər boğaz ağrısı olan insanlarla təmasdan çəkinməlidirlər. Siqaret çəkilən məkanlardan uzaq olmalıdırlar. Hər zaman yeməkdən öncə əllər yuyulmalıdır. İstifadə olunan qablar digər insanlarınkı ilə qarışdırılmamalıdır. Yatmadan öncə ağız qarqara edilməli, dişlər fırçalanmalıdır. Qəhvə, tünd çay və qazlı işkilərdən imtina edilməlidir. Bol miqdarda “C” vitamini ilə zəngin qidalar qəbul etmək lazımdır.
Streptokoklu faringit - bu tip faringit streptokok mikrobu nəticəsində əmələ gəlir və epidemik xarakter daşıyır. Xəstəlik birdən baş qaldırır. Bədəndə üşümə, titrəmə, qızdırma, ümumi zəiflik, baş ağrısı olur. Udlaqda həddən artıq şişkinlik və qızartı, boz ləkələr meydana gəlir. Müayinə isə udlaqdan götürülən yaxma üsulu ilə aparılır.
Antibiotiklə müalicə
S.Rəhimovanın dediyinə görə, xəstəliyin müalicəsində antibiotiklərdən istifadə mühüm rol oynayır. Belə müalicə viruslar üzərinə təsirli olmasa da, bakteriyaları zərərsizləşdirmək üçün lazımlıdır. Bu yolla xəstəliyin sağalması sürətlənir. Bundan başqa, temperatur salıcı, ağrıkəsici və allergiyası olanlar üçün allergiya önləyici və öskürək kəsici dərmanlardan da istifadə edilir.
Laringit
Laringit udlağın selikli qişasının iltihabı xəstəliyidir. Xəstəlik soyuqdəymə, siqaret, həddən artıq spirtli içki qəbulu, bağırmaq, hava çirkliliyi nəticəsində baş verir. Bununla yanaşı, allergiya verən güllər, toz, tüstü, qida məhsullarından - şokolad, yumurta, sitrus meyvələri və sair də laringit törədə bilir.
Əsasən payız-qış fəslində daha da kəskinləşən laringit zamanı ağızda yara hissi, boğazda qıcıqlanma, quru öskürək, səsin batması, temperaturun artması müşahidə olunur. Bu zaman iltihabi prosesin müəyyən olunması üçün boğazdan yaxma və qan analizi götürülür.
İmmun sistemini gücləndirmək
Xəstəliyin müalicəsi 7-10 gün müddətində aparılır. Bu zaman zəif orqanizmi virus və bakteriyadan təmizləmək üçün immun sistemini gücləndirəcək dərmanlardan istifadə olunur. İnqalyasiya edilir. Boğaz nahiyəsinə müxtəlif kompreslər qoyulur, mazlar vurulur və fizioterapiya tətbiq olunur. Xəstələrə qıcıqlandırıcı qidalar, ədviyyatlı yeməklər, qazlı içkilərdən istifadə etmək qadağan edilməlidir.
Təbii müalicə vasitələrindən bir neçə qaşıq balla 1 stəkan kök suyunu qarışdıraraq qəbul etmək, həmçinin isti suya 1 çay qaşığı qliserin, 3-4 damcı yod və 1 çay qaşığı nişasta tökməklə qarqara etmək lazımdır.
Zəhra
Mənbə:Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Evin dirəklərinə" – "Hə", "duz yükünə" – "Yox"?
Havanın temperaturu 0 dərəcəyə qədər enəcək – PROQNOZ
Qarpızın faydaları
Leyla Əliyevadan təbrik mesajı: “Sən mənim həyatımda ən yaxşı və ən vacib insansan!” - FOTO
Pensiyanın bir növündən başqa növünə keçmək mümkün olacaq
Qadınların ən dəhşətli qorxuları nələrdir?
Saakaşvili Azərbaycanı “təhlükə zonasına” saldı
Azərbaycanda ilin doğulanları və ölənləri: onlar nə qədərdir?
Qarpız və yemişlərin keyfiyyəti necədir? - Xidmət rəisi cavab verdi
Dadlı əl işlərim
Kərə yağlı paratha (foto resept)
Aleyna Tilki anasına 3 milyonluq ev aldı
Bakıda vulkan püskürdü
Uşaqlar üçün pizza (2 yaş)(foto-resept)
Bakı Nəqliyyat Agentliyi yeni tədris ili ilə bağlı MÜRACİƏT YAYDI
İkiqat qohumluğa ehtiyac varmı?
Menstruasiya sancısının qabağını alan 7 üsul
Onu 1 milyon insan izləyir - FOTO
Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ
Öd kisəsi polipləri
Günün qoroskopu: özünüzə inamı itirməyin
Fettel: dalbadal 7-ci qələbə
Saytımızın ƏN-ləri - I Hissə
Azərbaycanda planşet istehsalına başlanacaq
Həqiqəti yıxa bilməyən erməni güləşçinin yalanı - VİDEO
Tam çərçivəsiz “Lenovo” smartfonu buraxılacaq
Ət alarkən diqqətli olun!
Məşhurlar yürüşə çıxdılar: "Baş verənlərlə barışa bilmərik" - FOTO
Ramazan təqvimi ilə bağlı xəbərdarlıq
Qan azlığına xeyirli olan qidalar
4 uşaq anası vampirə "çevrildi"-FOTO
Ermənistan ordusu iriçaplı pulemyot, minaatan və qumbaraatanlarla mövqelərimizi atəşə tutub
Bananlı rulet (video-resept)
Halit Ergenç 1 milyon dollarını itirdi
Daha bir ölkə İŞİD-i vuracaq
İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib
Bütün Dünya bu qızdan danışır-FOTO
Tərəvəzli plov (foto resept)
Azərbaycanda gözdən əlillər üçün saat hazırlanıb
Bakıda bayram yarmarkaları açıldı
Antidepressantların uşaqlara faydaları və zərərləri
Hava haqqında
“Yuxuların çin olduğu yerdə”: Qubadlının görməli yerləri ilə tanışlıq
Dünyanın ən tüklü adamı- FOTO
Özümüz olmadıq...
Azərbaycan tarixindən yüz şəxsiyyət-10
Bu şəxs Dünya Müharibəsinin səbəbkarıdır
Sizi qısqanan insanı 6 işarə ilə tanıyın!
Prezidentlərin görüşünün vaxtı açıqlandı
Prezidentlər görüşdü-VİDEO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]