Bakıda evlərin qiyməti Avropa ölkələri ilə müqayisədə iki-üç dəfə bahadır. Buna görə də Azərbaycanda, xüsusilə də paytaxtda ev almaq bir çox insanlar üçün arzu olaraq qalır. Son illər Bakıda yüzlərlə yaşayış binası tikilsə də, oradakı mənzillərin qiyməti “əl yandırır”. Bakıda mənzillərin qiymətində bahalaşma davamlı şəkildə müşahidə olunur.
Hansı ki, əksər ölkələrdə son illər mülklərin qiyməti enməyə başlayıb. Orta aylıq əmək haqqının 300 manatdan bir qədər çox olduğu bir ölkədə əksər vətəndaşların mənzil sahibi olması mümkünsüz görünür. Bu maaşla ev almaq üçün bütün maaşı yığmaqla gərək 50-60 il gözləyəsən.
Avropa ölkələrində evlərin qiymətləri ucuz olmaqla yanaşı, burada vətəndaşların da gəlirləri azərbaycanlıların gəlirlərindən xeyli artıqdır. Müqayisə üçün kiçik araşdırma aparıb dünyanın bir çox şəhərlərində mənzillərin qiymətinə nəzər saldıq. Qərbi Avropada mənzilin bir kvadrat metrinin qiyməti orta aylıq əmək haqqından azdır. Ayda orta hesabla 3 min 300 avro qazanan Berlin vətəndaşı 3 ilə istədiyi mənzili ala bilər. Bu şəhərdə 193 min avroya elit mənzilə sahib olmaq mümkündür. 2013-cü ildə Bolqarıstanda mənzillərin kvadratmetrinin qiyməti əvvəlki illə müqayisədə cəmi 2 avro artıb və 739 avro təşkil edib. Bu, Avropada ən aşağı həddir.
Mənzillərin ucuzluğuna görə ikinci yerdə Portuqaliyadır. Mənzil bazarındakı vəziyyəti araşdıran ekspertlər qiymətlərin ən yüksək olduğu ölkələri də müəyyən edib. Məlum olub ki, Avropa ölkələri arasında mənzillərin kvadratmetrinin dəyərinə görə ilk sırada İsveçrə qərarlaşıb - 9 min 972 avro. Bu ölkənin paytaxtı Berndə isə 1 kvadratmetr mənzil sahəsi 9 min 900 avro təşkil edir. Ən bahalı mənzillərin reytinqində ikinci yerdə 8 min 706 avro ilə Fransadır. Paytaxt Parisdə satılan mənzillərin kvadratmetri alıcılara 8900 avroya başa gəlir. Avstriyada orta qiymət 4858 avro, İsveçdə 3655, Niderlandda 3024, Almaniyada 2500, Çexiyada 1450 avrodur. Kurort əraziləri ilə tanınan Monteneqroda 150 min avroluq mənzil bahalı hesab olunur. Belarus paytaxtı Minskdə Bakı ilə müqayisədə mənzillər xeyli ucuzdur. Burada müasir iki otaqlı mənzil 90 min dollardır. Pakistanda isə mənzillərin qiyməti orta hesabla 74 min dollardır. Türkiyədə Aralıq dənizi sahilində yeni tikilmiş binalarda 40 min avroya 2-otaqlı mənzil əldə etmək mümkündür.
Bu günlərdə reklam çarxlarında Almaniyada hətta 17 min avroya mənzil təklif olunub.
130 min avroya isə 120 kvadratlıq mənzil, yaşayış sahəsi, bağ, terras və hovuz da daxildir. Mumbayda elita mənzillərin qiyməti təxminən 1 milyon 200 min dollardır. Qeyd edək ki, Bakıda da bu qiymətə mənzillərə rast gəlmək olur. Xüsusilə şəhərin mərkəzində elit binalarda mənzillərin qiyməti 1 milyon manatı ötür.
Maraqlıdır ki, nəyə görə Azərbaycanda evlərin qiyməti digər ölkələrlə müqayisədə dəfələrlə bahadır və bahalaşmağa da davam edir?
İqtisadçı ekspert Qadir İbrahimli Azərbaycanın daşınmaz əmlak bazarındakı qiymətlərin məqsədli şəkildə şişirdilmiş qiymətlər olduğunu dedi: “Daşınmaz əmlak bazarında qiymətlərin şişirdilməsində bir neçə amil rol oynayır. Birincisi, yeni tikili bazarında karter razılaşmalarıdır. Karter razılaşmalarının mahiyyəti ondan ibarətdir ki, tikinti şirkətləri razılıq əldə edirlər ki, tutaq ki, bazarda yeni tikilinin bir kvadrat metri 1000, yaxud 1500 manatdan ucuz satılmasın. Yəni belə bir razılaşma olur. Bu razılaşmaya əməl etməyən həmin karter qruplaşması bazardan çıxardılır. Bu, ciddi faktordur. İkinci faktor Azərbaycanın tikinti sektorunda müəyyən qədər qeyri-rəsmi ödənişlərlə bağlıdır. Yəni dövlət orqanları hər kvadrat metrə görə həmin tikinti şirkətlərindən rüşvət alır. Həmin qeyri-rəsmi ödəniş isə yeni tikilinin maya dəyərinə daxil olur. Üçüncü faktor isə odur ki, Azərbaycanda təxmini beş minə yaxın məmur qrupu var ki, onlar pullarını daşınmaz əmlaka yatırırlar. Yəni bazarda süni tələbat yaradırlar. Elə məmur var ki, onun Bakıda 20 və daha çox mənzili var.
Hətta bəzi məlumatlara görə, 200-ə yaxın evi olan məmurlar da var. Bunun başqa bir səbəbi isə onunla bağlıdır ki, Azərbaycanda biznes təhlükəsizliyi təmin olunmadığına görə, yəni kapitalın sərbəst hərəkəti və fəaliyyətinə təminat olmadığına görə insanlar əllərində olan pul vəsaitini biznesə yox, həmin daşınmaz əmlakın alınmasına yönəldirlər. Normalda sərbəst pul vəsaitinin biznesə yönəldilməsi daha effektiv sayılır. Çünki burada gəlirlilik daha çox olur. Ancaq biznesin təhlükəsizliyi ilə bağlı problemlər olduğuna görə insanlar risk etməyərək vəsaitlərini biznesə yox, daşınmaz əmlakın alınmasına yönəldirlər. Bu da qiymətin artımına təkan verən amillərdən biridir”.
Q.İbrahimli daşınmaz əmlak bazarında qiymətlərin yüksələn xətlə getdiyini dedi: ““Sovetski” və “Ağ liman” şəhərinin söküntüsü ilə əlaqədar olaraq bazara məcburi müştəri qrupu daxil olub. Onlara verilən təzminat müqabilində özlərinə mütləq ev almalıdırlar. Bu situasiyada evlərin bahalaşması istər-istəməz təbii görünür. Hər il adi qaydada Bakıda orta hesabla 8 min mənzil alınıb satılır. Həmin qrupun daxil olması 10 min 500 “Sovetski” camaatı və bir neçə min “Ağ liman” şəhərində yaşayan ailələr mənzil bazarına çıxıblar. Qiymət artımı yaxın bir il ərzində davam edəcək".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib
Sənət və estetika stresin dərmanı kimi
Sabah da qar və yağış yağacaq
Yeni Xiaomi smartfonları təqdim olundu
Qadın olmaq heç də asan deyil...
Meşədə yaşayan amerikalı ziyalılar
Nejat İşler Xocalı soyqırımı haqda: "Təcavüzləri, işgəncələri yazmağa ürəyim dözmədi"
Dində məcburiyyət yoxdur
36 saat çəkən evliliyindən danışdı
Tələbələrin təqaüdləri artırıldı
İngiliscə danışıqda lazım olan bəzi ifadələr (3-cü hissə)
Mobil telefon savadsızlığa qarşı
Burak Özçivit Yeni İmicdə-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Retro saç aksesuarları: yaylıq
Kanadada buz vurmuş bayram
Koronavirus testi pozitiv çıxan şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər - RƏSMİ
Üzən evlər
Yerə nəhəng asteroid yaxınlaşır
Kris Qardnerin maraqlı həyatı
Vatsapdan YENİLİK
"Əsədin dişi aslanları"
Prezidentdən yeni fərman
95 yaşlı qazi koronavirusa qalib gəldi
Milyarderlərlə görüşən məşhurlar - FOTO
Tuba Büyüküstün Parisdə 7 milyonluq ev aldı-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Fərqli vaxtlarda eyni donu geyinən məşhurlar
İran kişiləri arvadlarının müdafiəsinə qalxır
Günün qoroskopu:Heç kəsi qəlbinizə buraxmayın!
Ramazan ayının 20-ci gününün imsak və iftar vaxtları
Çox ağıllı olmağa çalışmamaq daha yaxşıdır
Bakı məktəblərinin I sinfinə qeydiyyatdan keçən şagirdlərin sayı açıqlandı
Möhkəm və uzun dırnaqlar üçün
Yeni şəxsiyyət vəsiqəsi belədir
Sərnişinlər boru ilə daşınacaq
"Ali məktəblərdə təhsil alan qızların sayı artıb"
İş yerlərini dəyişmək istəyən müəllimlər üçün bir ilk
Con Kerri Gürcüstandadır
Salma Hayek ailəsindən danışdı-FOTO
"Gələcək illərdə də ölkəmizin iqtisadi inkişafı davam edəcək"
"Eşkıya dünyaya hükümdar olmaz"ın çəkilişləri başladı
HAVA necə olacaq?
Günün ulduz falı - 21.08.2013
Hər birimiz bir çiçək...
Cəbhənin Goranboy istiqamətində diversiya cəhdi: Erməni komandir əsir götürüldü
Gözəllik maskaları necə hazrlanır?
NASA kosmik turizmə başlayır
Xülyalarla yaşayan zavallılar
Tər qoxusunun qarşısını necə almalı?















- ŞƏRHLƏR