Elə adamlar var ki, vacib məsələlərin həllini dərhal yerinə yetirmək iqtidarında olsalar belə, sabaha saxlayırlar. Belələri "təxirə salma - prokrastinasiya" sindromundan əziyyət çəkirlər.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, prokrastinasiyanın qurbanları vacib işlərin həllini sonraya saxlayanlardır: "Bəzən elə olur ki, insan onun üçün çox vacib olan işi yerinə yetirməkdən qorxur. Onu hər dəfə müxtəlif bəhanələrlə sonraya saxlayır. İşi sonraya saxladığı üçün fikir çəkir, işin necə olacağını düşünür. Bəzi insanlarda bu, tənbəlliyə görə baş versə də, işini sabaha saxlamağın səbəbləri müxtəlifdir".
Qurbanova bildirib ki, prokrastinasiya sindromunun səbəblərindən biri qorxudur: "İnsan uğursuzluqla qarşılaşacağından qorxduğu üçün işi sonraya saxlayır. Bir növ işin nəticəsindən qaçır. Elə adamlar da var ki, işi yaxşı görsələr belə kütlədən seçilmək istəmirlər. Təvazökar olan bu insanlar problemin həllini sonraya saxlayanlardandır. Mükəmməlçilik sindromunun qurbanları işin kiminsə ondan daha yaxşı yerinə yetirəcəyindən qorxurlar. Onlar gözləyir və yaxşı nəticəyə nail olacağını anlayanda işi yerinə yetirməyə başlayırlar. Bu, bəzi vaxtlarda yaxşı effekt versə də, insanı astagəl edir. Bəzi adamlar isə rahatlığı çox sevdiyi, özünü yormamaq və ya deyilənlərin əksini etmək üçün işlərini təxirə salırlar".
Bu problem müxtəlif və ən gözlənilməz səbəblər üzündən baş versə də fəsadları ağırdır. Psixoloqun məsləhətinə görə, bu sindromla nə qədər tez mübarizəyə başlanılsa, bir o qədər də xeyri çox olar: "Bu sindromdan əziyyət çəkən şəxs anlamalıdır ki, işləri təxirə salmaqla, problemdən qaçmaqla, o, hər şeyi üst-üstə yığır və sonunda onsuz da onları həll etməli olacaq. Nəticədən nə qədər qaçmaq istəsə də, bu, mümkün deyil. Son anda tələsik, yaxşı düşünməmiş problemlərini həll edəndə isə hamıdan pis nəticə göstərəcək".
Qeyd edək ki, təxirə salma sindromu insanda özünə qarşı tənqidi və neqativ münasibəti, günahklarlıq hissini də artırır. Sindromun qurbanı rahatlıq dalınca qaçdığını zənn etsə də, həyatı daha stressli və həyəcanlı olur. O, hər gün həll etmədiyi problemlərin yükü ilə yataqdan qalxır və onların fikrini çəkə-çəkə yaşayır.
Müsahibimizə görə, təxirə salma sindromu depressiyalara da səbəb olur: "Daim vacib problemləri özündən uzaqlaşdıraraq şəxs işini itirə bilər. Lakin bu sindrom nəinki karyeraya şəxsi həyata da mənfi təsir göstərir. Yaxınları belə insandan daim narazı qalır. Ümumiyyətlə, onlar məqsədlərinə daha gec çatırlar".
Mütəxəssis bildirir ki, sindromdan qurtulmaq mümkündür: "Bunun üçün günü, həftəni, hətta ayı da planlaşdıra bilərsiniz. Bir kitabçada görəcəyiniz işlərin siyahısını tutun. Onların qarşısında nə vaxt yerinə yetirməli olduğunuz vaxtı da yazın" deyən psixoloqun bildirdiyinə görə, planlaşdırma zamanı sosial şəbəkələrdə söhbətə gün ərzində bir-iki dəfə vaxt təyin edin: "Yalnız həmin vaxtlarda sosial şəbəkəyə daxil olun. Eləcə də iş yoldaşları ilə çay, kofe içmək, söhbət etmək üçün də minimal vaxtlar təyin edin. Nəzərinizdə saxlayın ki, işdən sonra doyunca söhbət edə, alış-verişə gedə, əylənə bilərsiz. İşi isə ancaq iş vaxtı görürsüz və ayrılan müddətdə bunu keyfiyyətli etməyə çalışmalısınız".
Psixoloq diqqətə çatdırıb ki, iş gününün qeyri-effektiv şəkildə planlaşdırılması da insanda mənəvi yorğunluq yaradır: "Nəticədə çətin bir işlə qarşılaşan kimi şəxs onu təxirə salır. Bu baş verməsin deyə "torağayı" (səhər daha effektiv işləyənlər) və ya "bayquş" (gecə daha yaxşı işləyənlər) olduğunuzu müəyyənləşdirməyə çalışın. Nə vaxt daha enerjili olursunuz? Səhər, günorta və ya axşamlar? Bunu müəyyənləşdirdikdən sonra vacib və çətin işlərin icrasını daha çox enerjili olduğunuz vaxtlara təyin edin".
Elə adamlar da var ki, həll etməli olduğu işi görmək əvəzinə saatlarla internetdə nəsə axtarır və oxuyur. Beləcə vaxtın necə tez keçdiyinə fikir vermir. Axırda tələsik işlərini birtəhər görüb təhvil verir. Qurbanovanın dediyinə görə, təxirə salma sindromunun qurbanları bir qayda olaraq, diqqətini cəmləməkdə də çətinlik çəkirlər: "Əgər diqqətinizi heç cür cəmləyə bilmirsinizsə, eybi yoxdur. Bir qədər özünüzə istirahət verə bilərsiniz. Amma istirahətiniz çox uzun sürməməlidir. Məsələn, bir neçə dəqiqəlik iş və problemləriniz haqqında deyil, başqa məsələlər barədə düşünün. Təmiz hava ala, parka gəzintiyə çıxa bilərsiz. Musiqi dinləməyi, klipə baxmağı da yoxlayın. Ola bilsin ki, bunları görməklə yorğunluğunuzu azalda və diqqətinizi daha yaxşı cəmləyə bilərsiniz".
Ekspress.az
XƏBƏR LENTİ
17 asteroiddə su aşkarlandı
Ekspress testlər koronavirusu müəyyənləşdirmir - AÇIQLAMA
Azana həsrət məscidlər
Günəş Sistemində səyahət
Bal pətəklərinin sirri açılır
2015-ci ildə hansı hədiyyələri vermək olmaz?
Ali Məhkəmə ipoteka ilə bağlı QƏRAR qəbul etdi
BÜRCLƏR bizə nə vəd edir?-31 Mart
İspan qadınlarının makiyaj sirləri
Can Yamanın Saç Stili TƏƏCCÜBLƏNDİRDİ-FOTO
HAVA necə olacaq?
Bakıda binalar yeni materiallarla üzlənir
Günün ulduz falı - 08.08.2013
Əhvala uyğun idman növü
Məktəblilərin vinetka həyəcanı: Bu il çəkilişlər neçəyə başa gələcək?
Bu gün Aşuradır
Bahar yorğunluğu üçün 4 tövsiyə
Niderland "Eurovison-2020" üçün narahatdır-SƏBƏB
Parkda ölənlərin sayı 70-ə çatdı: 29-u uşaqdı
Sabahdan ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır
"Barbi" gəlincikləri də "ağıllan"dı
“WhatsApp”da yenilik!
Mənzil bazarında qiymətlər artıb
Sıla və Ahmet Kuralın məhkəməsi baş tutdu
Ayaq qoxusunu aradan qaldıran təbii həll
Futbolçu rekord qırdı
ABŞ-da xəbərdarlıq
Dadlı toyuq əti (foto resept)
2017-ci ilin ən gözəl toy şəkilləri
Azərbaycanda ən çox maaş bu sektorda verilir
"Arzu, salamat qal" yazan neftçinin meyidi tapıldı
Instagram-da yeni funksiya
Messinin yoldaşından milyon “like”lıq paylaşım - FOTO
Bayram süfrəniz üçün pendirli şam ağacı(foto resept)
ABŞ 600 milyon doza koronavirus peyvəndi istehsal edəcək
Meqan Marklın gizli Hollivud planı ortaya çıxdı
Milyarder "cin atı"na mindi: yaxta boyası üçün 62 milyon dollar
Ali Sunaldan ad günü paylaşımı-FOTO
Tələbələrə əla xəbər!
6 yaşlı Leyla hər kəsi heyrətləndirdi-FOTO
Bakıda evlərin bahalaşmasının səbəbləri
Epilyasiyanın tarixi
Neftin qiyməti Azərbaycanı sevindirdi
Gündə 100 ədəd saç teliniz tökülərsə...
Yayda saçların qurumasının qarşısını necə alaq?
Xasiyyət testi
Meryem Üzerli anasını belə təbrik etdi-FOTO
Virtual səyahət-İlisu kəndi
600-dən çox şagird “Azərbaycan dili” imtahanından kəsildi
Uşaq otaqları üçün xalça modelləri
- ŞƏRHLƏR