Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının APA-ya verdiyi məlumata görə, standarta əsasən “halal məhsul”ların sertifikatlaşdırılması üçün sifarişçi məhsulun sertifikatlaşdırılması üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına (AzSert) sifarişlə müraciət etməlidir.
F.Talıblı bildirib ki, Azərbaycanda nə qədər ət məhsulları istehsal edən şirkət varsa, indiyə qədər “halal” kəlməsindən istifadə edib. Ancaq ötən müddət ərzində cəmi 9 şirkət AzSert-ə halal sertifikatı almaq üçün müraciət edib: “Müraciətlərin sayının az olması göstərir ki, bazara “halal” adı altında çıxan məhsulların sayı az olacaq. Əsas məqsədimiz istehlakçıların aldadılmasının qarşısını almaq, istehlakçı hüquqlarını qorumaqdır. İllərdir ki, formalaşan dini, mənəvi keyfiyyətlərə əsaslanan istehlak mədəniyyətindən sui-istifadə hallarının qarşısı alınmalıdır. Vahid halal standartına əsasən Azərbaycanda halal standartının tətbiqi qanunvericiliyin tələbidir və bu tələb yerinə yetirilməlidir. Şirkətlərin müraciətləri əsasında standartın tələblərinin müəssisələrdə icra vəziyyəti araşdırılır. Araşdırmalar yüksək səviyyədə aparılır, hətta bizim mütəxəssislərimiz həmin müəssisələrin məhsul istehsalı üçün xammal aldıqları Hindistana, Almaniyaya və digər ölkələrə ezam olunub və ətin kəsilməsi qaydası ilə tanış olublar. Hətta çəkilişlər də edilib və bu çəkilişlər mətbuata da təqdim olunacaq. Məsələn, insanların bir qismi Hindistanda ətin halal kəsim qaydasına riayət edilmədiyini iddia edilirdi. Ancaq sertifikatlaşdırma orqanının əməkdaşları o ölkələrə getdilər, baxış keçirdilər və baxışın nəticələri də hər şeyi özündə ehtiva edir”.
F.Talıblı sabahdan başlayaraq AZS 731-2012 standartı əsasında sertifikatlaşdırılmayan, lakin “halal” markalı məhsulu istehsal edən müəssisələr barədə qanunvericiliyin tələblərinə uyğun olaraq Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ciddi tədbirlər görüləcəyini söyləyib. Əsassız olaraq “halal” adı altında satışa məhsullar çıxaran müəssisələrin məhsulları satışdan yığışdırılacaq: “Araşdırmalar əsasında müraciət edən 9 şirkətdən hansılar barədə müsbət qərar veriləcəksə, həmin şirkətlər halal sertifikatı alacaqlar. Sertifikat almayanlar məhsullarının üzərindən “halal” kəlməsini yığışdırmalıdırlar. Halal sertifikat alacaq müəssisələrin adları yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Dövlət Nəzarəti Xidməti tərəfindən yoxlamalar sabahdan başlanacağı üçün halal sertifikatı verilməsi üçün haqlarında ilkin müsbət rəy olan müəssisələrin məhsulları satışdan çıxarılmayacaq. Ancaq elə müəssisələr var ki, həmin müəssisələrdə halal məhsul istehsalı üçün şərait yoxdur, onlara sertifikat verilməyəcəyi qəti bilinir. Bu müəssisələrin məhsulları sabahdan satışdan çıxarılacaq”.
Mənbə:apa.az
XƏBƏR LENTİ
Dünyaca məşhur idmançı ağır infeksiyaya yoluxdu
Elektrik çaydanlar ÖLÜM SAÇIR -XƏBƏRDARLIQ
Azərbaycanın cənubunda evlər su altında qaldı
Bakıdan Ərdəbilə getmək istəyənlərə müjdə
Bu mövsümün köynəkləri
Bu il daha uzun olacaq
"Afili aşk" FİNAL edir-SƏBƏB
Nazirlikdə işləmək istəyənlərin nəzərinə!
Cəbhədən son xəbər
COVID-19-dan sağalanlar növbəti problemlə üzləşirlər
O fotoşəkli İlham Əliyev də imzaladı
"Azərenerji" yoxlanacaq
Uşaq otağı mebelləri
Keyt Apton ana olacaq
Rəngarəng plov (foto resept)
Azərbaycan Avropa vaqonları alır
Qış üçün 4 fərqli sviter modeli
Erməni nazir Azərbaycana meydan oxuyur
Günün qoroskopu: Cəsarətli olun!
Birinci Avropa Oyunlarının məşəli qədim Qarabağ torpağında alovlandı
Adriana Lima göz yaşlarına boğuldu-FOTO
Özbək aşı (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
Dollar və avroda son vəziyyət
Saat neçədir?
Türkiyədə ilk yerli avtomobil təqdim olundu - FOTO
Ər-arvad dalaşıb 177 minlik cekpot uddular- FOTO
İran Rusiyanı arxadan vuracaq?
Qadın.Netlilərin uşaqlıq xatirələri (4)
"S" hərfi ilə başlayan adların mənası
Prezident bir qrup hərbçini “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif etdi
28 il sonra anasının məzarını ziyarət etdi - VİDEO
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ
Cəbhə bölgəsində məktəblilərə təlim keçirildi
Konstitusiya Məhkəməsində 7 nəfərdən 4-ü bankları, 3-ü vətəndaşları müdafiə edib
Köhnə geyimlərini atmayın!
“Qarabağ” Rusiyanın vitse-çempionu ilə qarşılaşacaq
8 yaşlı uşağın beyninə qurd düşdü-Yuyulmamış meyvədən
Sellulitdən can qurtarmağın möcüzəvi yolu
Vikinqləri xatırladan hörük modelləri
Şahzadə Harri Meqana XƏBƏRDARLIQ ETDİ-FOTO
Mayk Tayson özünü aktyorluqda sınayacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Türk Ordusunu silahlandırırıq
Ərdoğan: "Azərbaycan Avropanı geridə qoyub"
Ləkə
Çimərlik geyimləri
Gökhan Özen məhkəməlik oldu
Qızlara nə qədər pul xərcləməli
Sabahın HAVAsı
- ŞƏRHLƏR