Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev gələn ildən həyata keçiriləcək ali təhsilin əsas prioritetlərindən biri olan tələbə qəbulu planının formalaşdırılması barədə danışarkən deyib: “Burada yanaşma ondan ibarətdir ki, keyfiyyətli təhsil vermək imkanlarına, maddi-texniki şəraitlərinə, elmi-pedaqoji heyətin potensialına görə bütün ali təhsil ocaqları, istər dövlət, istər özəl olmaqla, iki qrupa bölünməlidir - milli statuslu universitetlər və adi universitetlər. Dövlət sifarişi yalnız milli statuslu universitetlər arasında bölüşdürülməli, eyni zamanda bura qəbul olunmaq istəyən abituriyentlər üçün yüksək keçid balı müəyyənləşdirilməlidir. Adi universitetlərin keçid balı minimal səviyyədə saxlanılmalı, eyni zamanda ödənişli təhsil üzrə qəbul planı tədricən ləğv edilməlidir. Bu, yüksək reytinqə və daha yaxşı təhsil vermək imkanlarına malik ali məktəblərin hazırlıqlı kontingent ilə təmin edilməsinə zəmin yaradacaqdır. Digər tərəfdən, ali təhsil almaq istəyən və minimal tələblərə cavab verən hər bir şəxs təhsilini adi universitetlərdə davam etdirmək imkanı qazanacaq. Fəaliyyət göstəricilərindən asılı olaraq ali təhsil müəssisələri bir kateqoriyadan digərinə keçə biləcəklər”.Y. Piriyev qeyd edib ki, 2010-2011-ci tədris ilindən başlayaraq ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilir. Onun fikrincə, dövlət sifarişinin formalaşdırılmasında mövcud əmək bazarının xüsusiyyətləri və ölkənin perspektiv inkişafı amilləri nəzərə alınmalıdır. Təhsil Nazirliyi həmin real tələbatı təmin etmək iqtidarında olan universitetlər arasında seçim aparılması üçün obyektiv meyarların işlənib hazırlanmasını, bu prosesə rəqabəti stimullaşdıran elementlərin daxil edilməsini məqsədəmüvafiq hesab edir.
Mənbə: Lent.Az
XƏBƏR LENTİ
Can Yaman Burak Özçivitə söz atdı
Milyarderin qızı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Saytımızın ƏN-ləri II HİSSƏ
Lolita qonorarını açıqladı
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Bakıda ilk rəsmi moda həftəsi keçiriləcək
Avropa ən yaxşı maşınları seçir
Almalı oladi (foto resept)
Saakaşviliyə Ukraynada yüksək vəzifə təklif ediblər
Azərbaycanda banklar bir illiyə gəlir vergisindən azad edildi
Təhsil Nazirliyi deputatın iradına cavab verdi
Kişi hansı halda arvadından boşana bilməz?
Saçlara qulluq maskaları (2)
Aclıq hissi yaradan qidalar
Saç rezinləri
Ancelina Coli bu görüntülərlə heyran etdi
Övladı birinci sinfə gedəcək şəxslərin NƏZƏRİNƏ
"Titanik" yenidən hazırlanır-2022-ci ildə təhvil veriləcək
Uşaq tərbiyəsində 7 vacib məqam
Soyuğun faydaları
“Doğduğun Ev Kaderindir”də yeni aktyor
Məşhur serialla bağlı yeni qərar verildi
Əli Əsədovdan yeni TƏYİNAT
Təyyarəni qaçıran şəxs həbs edildi
İlon Mask koronavirusa qarşı peyvənd vurdurmaqdan imtina edib
ABŞ-da 91 yaşlı qadın gözəllik kraliçası seçildi(FOTO)
Adi köynəklə tərz sahibi olmaq üçün...
2011-ci ilin yaz-yay ayaqqabı modelləri
Erməni çöküşü sürətləndi
Arıqlamaq üçün edilən hərəkətlərin texnikası
Məşhur aktrisa vəfat etdi
Məşhur model qala gecədə - FOTO
Bakıda ağır avtobus qəzası: yaralılar reanimasiyada
Gəncənin 4 saylı tam orta məktəbi "İlin ən yaxşı ümumtəhsil məktəbi" seçilib
Bakıda alverin yeni yolu: uşaqların səhhəti hədəfdə
Sevgilisinin boğazına xalta keçirib gəzdirdi - FOTO
"Ebola" virusunu 15 dəqiqəyə aşkarlayan preparat hazırlandı
Bananlı rulet (video-resept)
"Neftçi", “Bakı” və "Sumqayıt" qalib gəldi
Ordumuz cəbhədə daha 2 erməni hərbçini məhv etdi
Məşhur model həbs olundu
Hadisənin uşaqlıq fotosu
Qurban bayramında qeyri-iş günlərinin sayı açıqlandı
Dünyanın ən bahalı gəlinliyi
Hava haqqında - 09.10.2013
Çay evlərində ömrünüzü çəkirsiniz?..
Qəhvə içənlərin arteriyaları "daha təmizdir"
Təhsil Nazirliyi 913 nəfərə yol açdı, yanvarda imtahandır
Ermənilərin cəbhə xəttində təxribatı davam edir
Naringili dondurma (foto resept)
- ŞƏRHLƏR