
Tanışlıq, münasibət qurmaq, eləcə də gündəlik həyatda ünsiyyət bizim üçün çox vacibdir. Amma bəzən buna mane olan səbəblər ortaya çıxır.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, bu sırada ağızdan gələn xoşagəlməz qoxu çoxlarını narahat edir.Ağızdan gələn pis qoxu insanların həm şəxsi, həm də iş həyatlarında ciddi problemlər yaradır.
Bəzi adamlarda bu, hətta daimi stresslərə gətirib çıxarır. Nəfəsin xoşagəlməz qoxmasının bir çox səbəbləri var.
Məsələn, soğan, sarımsaq, ət, balıq, pendir və s. kimi bəzi qidaları yeyəndən sonra qoxu yaranır. Köklük, siqaret yaxud alkoqol qəbulu da nəfəsin təmizliyini korlayır. Ümumiyyətlə, bu baxımdan ağızın və dişlərin gigiyenik baxımı olduqca vacibdir. Çünki dişlərin vaxtında və düzgün yuyulmaması da ağızdan qoxunun gəlməsinə səbəb olur. ANS PRESS ağızdan qoxu gəlməməsi üçün nə etmək lazım olduğunu yazır.
Belə ki, yemək qalıqları dişlərin arasına çökür və orada qalaraq qoxu törədən bakteriyaların çoxalmasına səbəb olur. Ona görə dişləri bir dəqiqədən az olmayaraq firçalamaq lazımdır. Həmçinin, yalnız dişləri yox, dilin üzərini də təmizləməliyik ki, bura yığılan bakteriyalar məhv olsun. Bunun üçün xüsusi fırçalar satılır.
Bakteriyalar daha çox dilin arxa hissəsinə toplandığından, bu hissənin təmizlənməsinə xüsusi diqqət vermək lazımdır. Hər yeməkdən sonra isə fırçalamaq imkanı yoxdursa, heç olmasa ağızı su ilə yaxalamaq olar.
Ağızdakı qoxunun qarşısını almaq üçün mixək dənələrini çeynəmək məsləhətlidir. Mixək nəfəsi təravətləndirir. Eyni zamanda nanə, cəfəri, kərəviz bitkilərinin yarpaqlarını çeynəmək də ağızdakı qoxunu yox edir.
Gün ərzində nanəli konfetlərdən istifadə etmək olar. Bununla yanaşı, arı şanını çeynəmək də nəfəsdəki qoxunu götürür, həm də ağız boşluğundakı problemləri aradan qaldırır. Bu baxımdan, tanıdığımız ədviyyatlardan olan darçının dəmləməsi də faydalıdır.
Qeyd edək ki, ağızda quruluq da nəfəsin pis qoxmasına səbəb olur. Çünki ağızın quru olması zamanı ölmüş hüceyrələr dil, damaq və yanaqda toplanıb qalır. Sonradan parçalanaraq iy törədir. Normal halda yatan zaman ağızda quruluq yaranır. Ona görə də, bəzən səhərlər oyanarkən ağızda qoxu olur. Digər hallarda isə yeməkdən sonra 10-15 dəqiqə saqqız çeynəməklə ağız suyu vəzilərini qıcıqlandırıb ifraz edilmiş ağız suyu ilə qida qalıqlarını yumaq olar.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Metro və avtobuslar işləməyəcək
Bu ayaqlar 40 milyon dollardır
Tailandda Facebook niyə bloklanıb?
Dünyanı bu bəladan Rusiya xilas edəcək?
Rusiyalı müğənni döyüldü-SƏBƏB
Gün ərzində dərinin sağlamlığını pozan 4 hal
"Survivor"un ilk iştirakçısı o oldu - FOTO
20 il eyni rəqəmlərlə lotereya oynayan qadın cek-pot uddu
Məşhur cütlük yenidən boşanır-SƏBƏB-FOTO
WhatsApp-da problem yaranıb
"Hummer" tortu (foto resept)
Əfsanəvi rok-operası Bakıya gəlir
Obamanı ofisiant bildilər
Ətli kartof kotleti (foto-resept)
Şəhərini gözəlləşdirən rəssam
Bakıda gecə əməliyyatı: iyirmisini birdən məhv elədilər
Şokoladlı-kokoslu rulet (foto resept)
Boy uzadan qidalar
Nazirlikdən XƏBƏRDARLIQ: iyulun 6-7-də...
Doldurulma toyuq budları (foto-resept)
Ermənistan Bərdəni diplomatik korpus olan müddətdə atəşə tutub - RƏSMİ
Meymunun çəkdiyi şəkillərdən sərgi təşkil olunacaq
Yuxuda gözəlləşmək üçün nə etməli?
Hamiləlikdə pəhriz və qidalanmaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Maraqlı məlumatlar
Qış toyu üçün rəng seçimi
Deniz Çakırı hədəyələn şəxs həbs olundu
Akın əsil adını açıqladı
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
Başabəla vitamin
Polislərin vəzifə hüququ məhdudlaşdırıldı
Onun qiyməti açıqlandı: 120 milyon avro!
Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - RƏSMİ
WhatsApp niyə çökdü?
HAVA necə olacaq?
Balqabaq pəhrizi
Türkiyə MN: “Şanlı Ay-Ulduzumuz Azan sədaları ilə birgə Kəlbəcərdə dalğalanacaq”
Boksçumuz erməninin çənəsini oynatdı
Zakir Həsənov: "Bayrağımız tezliklə işğal altında olan torpaqlarımızda dalğalanacaq"
İşə qəbul üçün müəyyən edilən yaş həddi artırılacaq?
İrem Derici manyak fanatından gizlənir
Fillər, etnik mənşəyi səsdən müəyyən edə bilir
Ronaldodan türk dostuna sürpriz hədiyyə
Balıqqulağında salat (foto resept)
Ata olmaq şansını azaldan faktorlar
Heyvanlar ətrafı necə görür?
Məşhur aktrisa jurnalistləri hədələdi-SƏBƏB
Rus cheesecake (foto resept)
C vitamini ilə dəri maskası















- ŞƏRHLƏR