İstifadəçilər axşam saatlarında internetə daxil ola bilmədiklərini bildirirlər. “Bakinternet”in xidmətindən istifadə edən abunəçilərin sözlərinə görə, bir aya yaxındır ki, axşam saatlarından başlayaraq internetə girmək mümkünsüzdür. Yaranmış durumla bağlı müraciət etdikdə isə ATS-dən (telefon qovşağı) bildirilir ki, bu problem “Bakinternet”indir. Oradan isə ATS-in problemi olduğu söylənilir. Abunəçilər isə “Bakinternet”lə ATS-in arasında qalmalarından, problemin günlərlə uzanmasından şikayətlənirlər.
Qeyd edək ki, “Bakinternet”lə bağlı bu cür problemlər vaxtaşırı meydana gəlir və günlərlə uzanır. Şirkətdən problemin səbəbi barədə ziddiyyətli açıqlamalar verilir, ya da ümumiyyətlə suallar cavablandırılmır.
İki gün ərzində “Bakinternet”lə əlaqə saxlasaq da, suallarımızı normal şəkildə cavablandıran olmadı. “Bakinternet”in xidmətlər şöbəsinin rəisi Müşviq Sadıqov bildirdi ki, vəzifəsi artırılıb və artıq bu suallara cavab vermir. Qurumun rəhbərliyindən gün ərzində suallarımızı cavablandıran olmadı. Şirkətin özünü təqdim etməyən əməkdaşı bildirdi ki, rəhbərlik idarədə deyil, haradasa iş başındadır və həm də nasazlıqla bağlı problemlərdən danışa bilməz: “Bizdən də böyüklər var, məsələn, ”Baktelecom", ondan soruşun". “Baktelecom”dan isə bildirildi ki, problemlər təmir işlərinin aparılması ilə bağlıdır. Təmirin nə zaman bitəcəyi və vətəndaşlara normal şəkildə internetin veriləcəyi də məlum deyil.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəriMüşviq Əmirov sözügedən provayderdə yaranan problemlərdən xəbərsiz olduğunu bildirdi. O, məsələnin araşdırılacağını və açıqlama veriləcəyini də vəd etdi.
Əldə etdiyimiz məlumata görə, “Bakinternet”in həftələrdir davam edən probleminin və abonentlərin internet kəsintisinin səbəbi avadanlıqların xarab və istifadəyə yararsız olmasıdır. Şəbəkə avadanlıqlarının dəyişdirilməməsi isə yekunda abonentlərin internetsiz qalması ilə nəticələnib. Bildirilir ki, texnikanın sıradan çıxması, həmçinin yeni yükləmələrə cavab verə bilməməsi provayderi çıxılmaz duruma salıb. Qeyd edək ki, “Bakinternet” ölkədə yaranmış ilk internet provayderlərdən biridir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Xanım Fatimeyi Zəhra (əs) yad edildi
Yumurta sarısı qadına ana olmaqda kömək edib
"Hummer" tortu (foto resept)
7620 metrdən paraşütsüz tullandı
Cennifer Lopezin "fotoşopsuz" şəkilləri
Qadınlar doğuşdan niyə qorxur?
Uzun kəmər dəbi
Ermənilər Türkiyəyə vizasız gedə biləcəklər
Lavaş incə məsələdir
Erkən qırışların səbəbləri
Apple yeni şirkət alır
Xarici dövlətlərin ixtisaslarının tanınması qaydası dəyişib
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunur
Cəfərinin faydaları
Məşhur prodüser Noel Fişer həbs olunub
Ermənistandan gülünc bəyanat: "Bakı atəş açsa..."
Küləkli hava Şəkini işıqsız qoydu
Ən çılğın selfilər - FOTO
Ledi Qaqa festivala qayıqla gəldi - FOTO
İnternetdə neçə dildən istifadə olunur?
Günün ulduz falı
Azərbaycanda ilk - böyrək köçürülən qadın ana oldu
Dəbli çəkmə modelləri
Uşaqların sosial-psixoloji inkişafı-6
"Deyirlər məhəbbət xariqələr yaradır..."
Bu günün hava proqnozu
Disney şəhzadələrinin modern görünüşləri
Saç və göz rənginə görə makiyaj necə edilir?
Balıqqulağında salat (foto resept)
Dünyanın qızıl nisbət nöqtəsi Məkkədir
Qırmız rəngli köynəklər
Ruslar Azərbaycanı əsas rəqib hesab edirlər
NATO Putinə xəbərdarlıq etdi
Evlilik niyə kökəldir?
Nazirlik qazma məhlulunun dənizə axıdılması ilə bağlı araşdırmalara başladı
Zəngin tərkibli makaron (foto resept)
Ev şəraitində hörgülü toppuz yığmaq üsulu
Facebook ala bilmədi, rəqib oldu
Giorgi Marqvelaşvili seçicilərin 65 faizinin dəstəyini qazanıb
Rus Dili dərs-6
Kubokun finalı... "Tofiq Bəhramov"da olmayacaq!
Makronun açıqlamalarından sonra müsəlman ölkələri Fransa məhsullarına boykot elan etdi
Prezident İlham Əliyev və birinci xanım Mehriban açılışda iştirak ediblər - FOTO
8 yaşlı uşaq qocalıqdan öldü - VİDEO
Meyvəli salat (foto resept)
"Lans" "Bakı" klubu ilə rəsmi müqavilə bağladı
Ahmet Kural Sılnın böhtanından danışdı-MÜSAHİBƏ
Kraliça 32 minlik maaşla xidmətçi axtarır
Leyla Əliyeva Emin Ağalarovun toyundan YAZDI - FOTO
Murad və Aslı toy hazırlığına başladılar-FOTO
- ŞƏRHLƏR