
Qışın təsir etdiyi, şiddətləndirdiyi xəstəliklərdən biri də astmadır. El arasında boğulma kimi tanınan bu xəstəlik yaşından asılı olmayaraq bütün insanlarda görünə bilir. Ağırlıq dərəcəsindən asılı olaraq kimi xəstələr sadəcə, onlara pis təsir edən faktorlardan uzaq durur, bəzi insanlar isə ağırlaşmaların qarşısını ala bilmədiyi üçün dərmanlara üz tutur. Cəmiyyətdə, xüsusən uşaqlar arasında geniş yayılan bu xəstəlik böyüklərin 5, uşaqların 10%-ni təşkil edir. Əsasını allergik reaksiyalar təşkil edən astma xəstəliyi irsi olaraq da keçə bilir. Valideynlərindən hər hansı birinin astmadan əziyyət çəkən uşağın da gələcəkdə bu xəstəliyə tutulma riski çox böyükdür. Aldığımız nəfəs bronxlar vasitəsilə ağciyərə ötürülür. Ətraf mühitdən gələn hər hansı bir təsir nəticəsində bronxlar sıxılmağa, daralmağa başlayır ki, bu da nəfəs alıb-verməyi çətinləşdirir. Hava yollarının daralmasına sadəcə bronxlar deyil, eyni zamanda bronxətrafı zərin şişməsi də səbəb ola bilir. Astma xəstəliyindən əziyyət çəkən insanların özlərinə məxsus həssas olduqları faktorlar var ki, məhz həmin faktorlara məruz qalındığı zaman boğulmalar artar və müdaxilə olunmadığında vəziyyət daha da ağırlaşa bilər. Həkim-pulmonoloq Manaf Cabbarovun sözlərinə görə, astma çox ciddi bir xəstəlikdir və müalicəsinə nə qədər tez başlanılsa, bir o qədər yaxşıdır. Bu xəstəlik nadir hallarda tamamilə aradan qaldırılır: "Astma xəstəliyinin beynəlxalq Ümumdünya Səhiyyə Təşkilatının protokollarına uyğun standart müalicəsi var. Müalicənin də xüsusi kriteriyaları var. Müalicə uzunmüddətlidir və arada boşluq verilmədən davam etdirilməlidir. Xəstənin astmasının əmələ gəlmə səbəbi və dərəcəsi müəyyənləşdirilir. Bronxial astmaya diaqnoz qoymaq o qədər də asan deyil. Bu xəstəliyi yalnız xüsusi hazırlığı olan allerqoloqlar müalicə edə bilərlər. Astma göstəriciləri olan uşaq astma olmaya da bilər. Virusların törətdiyi bir çox xəstəliklər var ki, onlar bronxların şişməsinə, eynilə astmadakı simptomların ortaya çıxmasına səbəb olur. Buna görə də, bu gün uşaqlar arasında abstruktiv bronxitlər geniş yayılıb. Təəssüf ki, həkimlərimiz bəzi hallarda bronxial astmanı virusların yaratdığı xəstəliklərdən ayıra bilmirlər. Bu isə xəstəliyin daha çox ağırlaşmasına səbəb olur". Xüsusən qış aylarında xəstəliyin kəskinləşdiyini deyən pulmonoloq qeyd edir ki, çox soyuq, rütubətli iqlim də xəstəliyin yaranmasına və var olan xəstəliyin şiddətlənməsinə səbəb olur. Bundan başqa, ekoloji vəziyyət də mühüm amillərdəndir. Son dövrlər atmosferin zərərli tullantılarla, müxtəlif kimyəvi maddələrlə daha çox çirklənməsi astma xəstəliyinin artmasına gətirib çıxarır: "Yay ayları ilə müqayisədə qışda uşaqlar daha çox qapalı məkanlarda saxlanılır, soyuqdan qorunurlar. Lakin nəzərə almaq lazımdır ki, evdə bir çox faktorlar var ki, məhz astmanın daha da şiddətlənməsinə - məsələn, evin havasını dəyişdirməmək, hava isti olsun deyə daim evdə qaz sobalarından istifadə etmək, ev şəraitində böyüklərin siqaret çəkməsi, yağış, qar kimi təbiət hadisələrində rütubətin daha da artması - səbəb olur. Xüsusən kif göbələyinə qarşı həssas olan uşaqlar belə aylarda havada çox gəzdirilməməli, quru şəraitdə saxlanılmalıdırlar. Evdə yemək bişirmək, su qaynatmaq, hamam buxarı və bu kimi buxaryaradıcı amillər evin daxilində kif sporlarını artırır və bu da uşaqların nəfəs yollarını qıcıqlandıra bilir". Soyuqdəymə və respirator virus infeksiyaları da bronxial astma tutmalarını törədə bilər. Bu əsasən uşaqlarda baş verir. KRVİ üçün məqbul hesab edilən profilaktik vasitələrdən istifadə etmək, bədəni möhkəmlətmək, orta ağır və ağır astma ilə xəstələnənlərə hər il qrip əleyhinə profilaktik peyvənd etmək lazımdır. Əvvəllər həkimlər astmanı perspektivsiz xəstəlik hesab edirdilər. Həkimlər ən yaxşı halda xəstəni boğulmalardan xilas edə bilirdilər. İndisə vəziyyət dəyişib. Təbabətin inkişafı astmaya tutulmuş xəstələrin vəziyyətini yaxşılaşdırmağa imkan verir. Alimlərin araşdırması həftədə ən azı 3 hamburger yeyən uşaqlarda astma xəstəliyinə daha tez-tez rast gəlindiyini göstərib. Alman, ingilis və ispan alimlər qrupunun 50 000 uşaq üzərində apardıqları araşdırma bu faktı tam təsdiqləyib. Yaşı 8-12 arasında olan uşaqlarda astma xəstəliyinə tutulanların əksəriyyətinin hamburger düşkünü olduğu müəyyən edilib. M.Cabbarovun sözlərinə görə, astma xəstəliyi üçün iki tip dərmanlar mövcuddur. Birincisi qoruyucu, ikincisi rahatladıcı. Rahatladıcı preparatlar astma boğulmaları zamanı vəziyyəti yüngülləşdirir, boğulmanı aradan qaldırır, rahat nəfəs alıb-verilməsini qaydaya salır. Qoruyucu preparatlar isə müalicə zamanı istifadə olunur: "Müalicə əgər uzun bir müddət davam edirsə, xəstə özünü yaxşı hiss edirsə, müalicəni özbaşına dayandırmaq olmaz. Həkim nəzarəti altında dərman dozalarını azaltmaq lazımdır. Bu dərmanları antibiotiklərlə, bəlğəm yumşaldıcı siroplarla əvəzləmək olmaz, çünki bu sadalananlar astmanı sağalmaq bir yana, boğulmaların qarşısını belə ala bilməz. Odur ki, xəstə özünü yaxşı hiss etdiyi, boğulmaları azaldığı zamanlarda belə dərman müalicəsini də saxlamamalıdır".
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Türkiyə günə terrorla başladı
Lobya (foto-resept)
Həyatımın fəsli
Ermənistanda zəhərlənmə
Hansı yeməkdən sonra hansı idmanı etməli?
Həcc ziyarətində olan zəvvarlar üçün Ərəfat günü mərhələsi başladı
Meyvə-tərəvəzlərin tərkibi satışdan əvvəl yoxlanılacaq
Türkiyə prezidenti Avropa liderlərinə "diktator" damğası vurub
Təcili yardımın ən qəribə qeydləri-Bağırsaqda butulka
Azərbaycanda 15 yaşı tamam olmamış vətəndaşların fərdi kartı olacaq
Diabet qidalanma müalicəsi
Günün ulduz falı
Simmetrik çevrələr
"Qarpız soyuducuda saxlanılmamalıdır" - Bakının baş infeksionisti
Donlar
Tarkan haqqında
Super modellərin dueti
Mursilər qəbiləsinin qadınları-FOTO
Günün qoroskopu: Stressdən uzaq olun!
Beş istedadlı rəssamların rəsmləri
Ötən il cinayət törədən qadınların sayı bəlli olub
"Lənkərana qədər belimizdə təndir daşımışıq" - REPORTAJ
Cəbhədə son vəziyyət
Mobil telefonların idxalı azaldıb
Əli Əsədovdan iki mühüm QƏRAR
Cəbhədəki döyüş meydanından meyitlər çıxarılacaq - növbəti razılıq
Qız uşaqları ücün geyimlər
Hörgülü piroq (foto resept)
Gəlinlər üçün boyunbağılar
Kompüterdə izləri necə silməli?
Elnurun Avropa fəthi başladı
AzTV HD formata keçir
Oriqami sənəti
Süni intellekt 20 il gizlənən cinayətkarı "yaxaladı"
Dəri problemləri üçün kartof suyu
15 yaşlı qız eşqi üçün üzünü dəyişdi
Hər ay bir şəhzadəyə çevrildi
Ermənistanın Rusiyadan asılılığı artdı
Ledi Qaqa yeni filmə çəkilir
Günün qoroskopu: tələsməyin, aramla hərəkət edin
Diş çəkdirərkən öldü, tabutda dirildi
Bakıda içməli suyun verilməsində fasilələr olacaq
Yeni ildə kişilərə nə hədiyyə etməli?
İstirahət gününün HAVAsı
Azərbaycan tarixindən yüz şəxsiyyət-50
Milad qara gəldi: bayram alt-üst oldu
Şakira xəstəxanaya yerləşdirildi-FOTO
Azərbaycan sinoptikləri proqnozu yeni sistemlə hazırlayacaqlar
Game of Thrones obrazlarının saç düzümləri
Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
