Bunu Modern.az saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov bildirib. Onun sözlərinə görə, Xəzər dənizində uzun illər aparılan neft-qaz əməliyyatları, keçmiş sovetlər dövründə ətraf mühitin təmizliyinə fikir verilməsi nəticəsində buxta kifayət qədər çirklənib: “Bu gün respublikamızda fəaliyyət göstərən bütün şirkətlər tərəfindən dənizin çirklənməsilə bağlı müvafiq tədbirlər həyata keçirilib. Bakı buxtasının ekoloji vəziyyətinin araşdırılması, oradakı gərginliyin aradan qaldırılması üçün layihələrin də həyata keçirilməsi nəzərdə tutulub. Nazirlik bu sahədə fəaliyyət göstərən Bakı buxtasının öz təbii gözəlliyinin bərpasını nəzərdə tutur. Hazırda buxtanın Lökbatan çimərliyinə qədər olan məsafəsində 30-a yaxın mənbə çirklənmədə mühüm rol oynayır”.
Sektor müdiri dedi ki, bunlar araşdırılıb və qarşısının alınması üçün tədbirlərin miqyası müəyyənləşdirilib.
M.Əbdülhəsənovun dediyinə görə, 2015-ci ildə Bakıda Birinci Avropa oyunlarının yüksək səviyyədə keçirilməsi üçün dənizin, Bayraq meydanının ətrafının təmiz saxlanılması əsas məqsədlərdən biridir: “Bu tədbirlər hər il həyata keçirilir. Lakin bu dəfəki araşdırma sırf respublikamızda keçiriləcək tədbirlərin yüksək səviyyədə təşkil olunmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Bu araşdırmalarda Xəzər dənizini çirkləndirən, mərkəzləşmiş kanalizasiya sisteminə qoşulmayan mənbələrin monitorinqi aparılıb, lazımi məlumatlar hazırlanıb. Bildiyiniz kimi, Şıx çimərliyi daha çox çirklənməyə məruz qalıb. Səbəb həm Bakı buxtasının təsiri, həm də axarların buraya axıdılmasıdır. Həmin əraziyə böyük həcmdə axarlar axır. Bu həm Şıx çimərliyinə, həm də Bayraq meydanı ətrafında xoşagəlməz halların yaranmasına səbəb olur. Bunların çoxu şəhərdə formalaşan məişət-kommunal tullantı sularıdır. Onların bir hissəsi ayrı-ayrı qurğularda təmizlənir, lakin digər hissə təmizlənmədən birbaşa dənizə axıdılır”.
M.Əbdülhəsənov deyib ki, bunun qarşısının alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi təkliflər irəli sürüb: “Təkliflərdə bu ərazinin normal vəziyyətdə saxlanması üçün ilkin olaraq bura axıdılan axarların qarşısının alınması nəzərdə tutulub. Nazirlik olaraq hansı axarların üzərində modul qurğuların quraşdırılmasına ehtiyac olduğu, hansı axarların tamamilə qurudula biləcəyi məsələsinə aydınlıq gətirdik. Artıq dövlət tərəfindən həmin tədbirlərin həyata keçirilməsinə başlanılıb. Gəmiqayırma zavodunun 650 kubmetrə yaxın çirkab suları Bayraq meydanı ətrafına bura axıdılır”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
ABŞ-dan şok etiraf
Bədən quruluşuna görə palto seçimi
Sabahın HAVAsı
Elmar Məmmədyarov Albaniyanın xarici işlər nazirini qəbul edib
Gəlin biraz gülək
Məşhur olmadan əvvəl aktyorların peşələri
Azərbaycanda ev şəraitində 83 uşaq doğulub - 6 AY ƏRZİNDƏ
Uşaqlar gün ərzində cəmi neçə saat yatmalıdır?
Bakıya qar yağır!
Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri başlayıb
Var-dövlət nümayişi mənəvi kasıblıqdan irəli gəlir
Meryem Üzerli Dominikdə belə görüntüləndi-FOTO
Sürücülər üçün məsləhət: maşını qışa hazırlayırıq
İşçiyə az maaş verənlərin nəzərinə!
Qatıqlı verməşil salatı (foto-resept)
Yaxşı ana olmağın sirləri
Evlilik məsləhətləri
Vətəndaşlar nazirdən nə istədilər?
Alma haqda bunları bilməlisiniz!
Uşağa baxan kişilərə müjdəli xəbər
Azneft meydanı bağlanacaq
Evlənəcəyiniz insandan bunları soruşun
Beren Saat xəstəxanaya aparılıb
HAVA necə olacaq?-26 Oktyabr
Vətənə 102 qızıl medal gətirdilər
Qorxunc silahlar İŞİD-in əlində
Facebook çökür?
İlon Mask oğlu ilə bağlı VİDEO paylaşıb
Afrika mənşəli virus Azərbaycanda
Tırtıl bisküvit (foto resept)
Təhsildə yenilik
Ayaq barmaqlarınız şəxsiyyətinizi ələ verir!
Dəbli çəkmələr
Sürücülərə XƏBƏRDARLIQ: "Ayaq tərləyir və sürüşür"
Güclü insanlar həyatın acı olduğunu bilir
Məşhur aktyorlar çəkiliş meydançasında öldülər-FOTO
Qadın.Netlə birlikdə hamiləlik (28-ci həftə)
"Elə bir ailə yoxdur ki, orada problem və ya münaqişə olmasın"
Günün ulduz falı - 14.10.2013
TQDK-dan imtahanlarla bağlı açıqlama
Yer yarıldı, avtomobillər yerə girdi
Facebook-da şərhlərdən şikayət olacaq
Benzinin qiyməti nəqliyyatda gediş haqqını da artırdı
Cavan olmam bir də mən?
Məşhurların 14 fevral paylaşımları
Toxunma şal nümunələri
Düşmənin raket hücumuna məruz qalan Gəncənin səmadan çəkilmiş görüntüləri - VİDEO
Bakılıları xəstə edən küy
Ayşvariya Ray ekranlara qayıdır
Ərəb serialındakı səhnələr QALMQAL yaratdı -VİDEO
- ŞƏRHLƏR