Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Almaniyanın Frankfurt şəhərində keçirilən beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan kitabları da nümayiş etdirilir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə ölkəmiz dünyanın bu nüfuzlu kitab sərgisində artıq altıncı dəfə təmsil olunur.Ötən illərdən fərqli olaraq, bu il ölkəmizin stendi daha genişdir. Kitablarımız "Messe Frankfurt" sərgi şəhərciyində 48 kvadrat metr sahədə gözəl tərtibatlı stenddə nümayiş olunur. Qız qalasının fiquru və Qala divarları fonunda dizayn edilən stenddə ölkəmizin tarixini, mədəniyyətini, dövlətçiliyini, Qarabağ həqiqətlərini əks etdirən nəşrlər yer alıb.Sərgi çərçivəsində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan, ümummilli liderə həsr edilmiş "Heydər Əliyev adına" kitab-albomun təqdimatı keçirilib. Tədbirdə Hessen əyaləti rəsmiləri, alman ictimaiyyətinin nümayəndələri, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının təmsilçiləri, diplomatlar iştirak ediblər. Tədbirdə çıxış edən ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında iştirakçılara məlumat verib. O, dünya siyasətinin nəhəng simalarından olan Heydər Əliyevin müasir Azərbaycan dövlətinin banisi olduğunu vurğulayıb. Diplomat Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasi kursun keçmişdə və bu gün olduğu kimi gələcəkdə də Azərbaycana böyük nailiyyətlər qazandıracağını bildirib. Səfir ulu öndərin siyasi kursunun prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini də söyləyib. O, ümummilli liderə həsr olunmuş "Heydər Əliyev adına" kitab-albomun geniş oxucu kütləsinin böyük marağına səbəb olacağını qeyd edib.Mərasimdə çıxış edən Türkiyə Respublikasının Frankfurtdakı Baş konsuluUfuk Ekici, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür, Frankfurt şəhərinin bələdiyyə başçısı və başqaları tədbirin əhəmiyyətini vurğulayıblar. Çıxışlarda Heydər Əliyevin Azərbaycan diasporunun inkişafı, türk dünyasının birliyinin təmin olunmasındakı misilsiz rolundan minnətdarlıqla bəhs olunub.Qeyd edək ki, ölkəmizin stendində ziyarətçilərə 200 adda kitab, Azərbaycan, ingilis, alman və rus dillərində nəfis tərtibatlı nəşrlər, respublikamızın turizm imkanları haqqında bukletlər və digər çap məhsulları təqdim edilir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Aromaterapiya yağları və onların faydaları
“Barselona”da “təmizləmə” işləri
Oruc tutmağın dəriyə faydası
Aleyna Tilkidən qəribə açıqlama
30 milyona ev aldı
Möcüzəvi üz maskası
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi
İlya Rapinin əsərləri
Toydan sonra gəlini makiyajsız görən bəy boşanmaq istədi - FOTO
İran Ərdoğana niyə yalvardı?
Anomal hava daha bir ölkəni cənginə aldı
Günün ulduz falı
Günün ulduz falı - 27.01.2014
Dünyanın ən güclü parataekvandoçusu at belində Novruzun rəmzi obrazında
Bergüzar Korel məhkəməlik oldu-SƏBƏB
Azərbaycanlı qadınlar niyə əcnəbilərə ərə gedirlər?
Kremli ad günü tortu(foto resept)
Bakı-Moskva təyyarəsi qəza enişi etdi
Bakıda nadir şiş əməliyyatı reallaşdı
Maddi imkansızlıq ailələrin dağılmasının əsas səbəbidir
Allergiya nədir?
Uğurlu ünsiyyət üçün
İnsan möcüzəsi:Kirpik
İlham Əliyev: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”
Uşaqları çox təmiz saxlamaq niyə təhlükəlidir?
Günün ulduz falı - 03.09.2013
Gerçəyi müdafiə edin və fərq yaradın
Atəşkəsdən indiyədək ermənilər tərəfindən 398 hərbçimiz öldürülüb - RƏSMİ
Bakı klubu Çempionlar Liqasının qalibi ilə vidalaşdı
Uşağa ev tapşırıqlarını necə sevdirməli?
Moskvada Avropanın ən böyük məscidi
Koronavirusun daha bir fəsadı aşkar edildi
Sabahın HAVAsı
Milan moda həftəsində diqqət çəkən payız aksesuarları
Dünyanın ən zəngin şəhərləri
Kəpəyə qarşı təbii üsullar
ABŞ Rusiyaya maliyyə yardımını dayandırıb
Nokia Lumia 1520-ni göstərəcək
Zəmzəm suyunun inanılmaz sirləri
Yeni il süfrəsi dekorasiyaları
İnstagram-da yarımçıq YENİLİK
2 gündə atəşkəs 67 dəfə pozuldu
Payız aylarında izləyə biləcəyiniz filmlər
"Səma şəhəri"ni duman basıb
Səhralar
Yolunuz açıq olsun
Anormal valideynlər
Dərs cədvəllərinin necə qurulacağı açıqlandı
HAVA necə olacaq?
Hamilə qadınlar üçün geyimlər
- ŞƏRHLƏR