Trend-in məlumatına görə, UEFA Avropa Liqasının play-off mərhələsində bu gün "Qarabağ"la qarşılaşacaq Almaniyanın "Ayntraxt" klubunun prezidentiPeter Fişer affa.az saytına müsahibə verib
- Daha əvvəl də Azərbaycanda olmusunuz. Ölkəmiz haqda təəssüratlarınız necədir?
- Bəli, bu, mənim Azərbaycana artıq üçüncü səfərimdir. İlk dəfə 2006-cı ildə Bakıda olmuşam. Dünyanın bir çox ölkələrinə səyahət edirəm, amma qısa zaman ərzində bu qədər inkişaf edən, gözəlləşən şəhər görməmişəm.
- Azərbaycan futbolu haqda fikirlərinizi bilmək maraqlı olardı. 2006-ci illə müqayisədə hansı dəyişikliyin olduğunu qeyd edə bilərsiniz?
- Azərbaycan futbolu haqda məlumatlıyam. Bildiyiniz kimi, bizim klubla AFFA arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Xüsusilə, yeniyetmə futbolundakı irəliləyişi qeyd etmək istərdim. Son 5-6 il ərzində Azərbaycan futbolunda irəliləyiş var və AFFA-nın partnyoru olaraq biz də uğurlara sevinirik.
- Bu gün UEFA Avropa Liqasının play-off mərhələsinin ilk oyunu çərçivəsində "Ayntraxt" Bakıda "Qarabağ"la qarşılaşacaq. Bu oyun əslində başqa şəhərdə - "Qarabağ"ın təmsil etdiyi Ağdamda keçirilməli olsa da, məlum səbəblərdən Bakıda təşkil olunur...
- Buna görə məyusam. Bilirəm ki, "Qarabağ" Ağdam rayonunu təmsil edir. Əslində, bu qarşılaşma onların əsl ev oyunu olmalı idi. Yəni oyun Bakıda yox, Qarabağda keçirilməliydi. Amma Qarabağ erməni işğalı altındadır. Deməliyəm ki, bu, işğalçı bir siyasətin nəticəsidir. Bu siyasət rəqibimizə qarşılaşacağı komandanı öz evində qəbul etməyə imkan vermir. Təbii ki, bu, arzuolunmaz vəziyyətdir.
- Bugünkü oyundan hansı nəticəni gözləyirsiniz?
- Diqqətli olmalıyıq. Çalışmalıyıq ki, rəqib bizim gözlədiyimizdən daha güclü oynaya bilməsin. Oyunu stadionda 30 minə yaxın azarkeş izləyəcək. Biz Bundesliqa oyunlarında adətən 45 min azarkeş qarşısında çıxış edirik. Ümid edirəm ki, iki oyunun nəticəsinə görə mərhələ keçən tərəf biz olacağıq. Təbii ki, Azərbaycanda səfər oyunu keçirmək çətindir. Buna baxmayaraq, iki oyunun nəticəsinə əsasən qalib gəlmək istəyirik.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Alma sirkəsi və bal şərbəti ilə arıqlama üsulu
Azərbaycanla Ermənistan arasında humanitar məqsədli atəşkəs başlayıb
Dinarın dünyaya gəlişi
"Dağlıq Qarabağda müharibə ehtimalı var"
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
Bədən tipinizə görə çantanızı seçin!
Everesti 24-cü dəfə fəth etdi-FOTO
Komitə sədri: “Azərbaycanla Türkiyə arasındakı viza rejimi tam aradan qalxa bilər”
Balqabaqlı qutab (foto-resept)
Avtomobillərə həsr olunan dodaq boyaları (FOTO)
Çox yatmaq beyini zəiflədir
Düşmən Ağcabədini atəşə tutur - RƏSMİ
Fəhlələr 6 aydır maaşlarını ala bilmir
"Miss England 2018" -in tarixdə ilk müsəlman qız-FOTO
Zənginlər üçün kosmosda otel: Qiymət açıqlandı-FOTO
Bakıda dollar ajiotajı
Sərt karantin günlərində itləri gəzdirmək olar? - AÇIQLAMA
Emin həmkarları ilə həkimlər üçün oxudu-VİDEO
Banka borcu olan şəxsin maaşından hansı halda tutula bilər?
İlin ilk Günəş tutulmasının vaxtı açıqlandı
Zaqatala və Balakəni dolu vurdu
Meyvələr və ət niyə dadlıdır?
Yarım ildə dörd min ailə dağıldı
Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi
Britaniyalı müğənnidən Trampa - Qadağa
Dünyanın qızıl nisbət nöqtəsi Məkkədir
Çin dünyaya bəyan elədi - "Effektiv dərman tapmışıq”
13 min kişinin saqqalı zorla kəsildi
Qış geyimləri
İstilərə hazır olun
"Qızıl top"un sahibi bəlli oldu
Ağdam həkimləri məcburi köşkünləri müayinə edir
Nazirlik: "Xəzərdən götürülmüş su içməli su kimi istifadə edilir"
Metroda qəflətən yuxu güc gələndə
Xərçəng xəstəliyini yenən tanınmışlar
Siz hansı tip anasınız?
Bit nədir, növləri hansılardır?
Cəbhədə son vəziyyət
İlham Əliyev və xanımı açılışda
Aleksandr Rozenbaum sərnişinin həyatını xilas etdi-FOTO
Rəqəmləri birləşdir-7
17 düşmən məhv edib, snayper gülləsinə qurban gedən şəhidimiz
Bəbir dərisi naxışı dəbi
Forbesə görə 2019-un ən çox qazanan məşhurları
Saxta və orijinal ətirləri necə fərqləndirməli?
Günün qoroskopu: baş verənləri diqqətlə izləyin
Günün ulduz falı
Gözəllik salonlarında olarkən 3 saatlıq icazə müddəti bitənlərəgünün güzəşt olacaqmı?
Dövlət orqanlarının saytlarının dağıdılması barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirildi
Alma qızartması ( foto resept)