Danışıqlar formatı, o cümlədən onun genişlənməsi, dəyişikliklər və.s ilə bağlı bir çox təkliflər var. Bu mövzu həmçinin Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə müzakirə olunub.
Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Kommersant” nəşrinə müsahibəsi zamanı bildirib.
“Problemin hərbi yolla həllinin mümkünlüyü mövqeyini dəstəkləmədiyimizi gizlətmirik. Həm erməni, həm də Azərbaycan xalqına dost və qardaş xalq kimi baxaraq, biz bu cür fikirləri bölüşə bilmərik. Rusiya, ABŞ və Fransa prezidentləri yalnız siyasi tənzimləmənin lehinə çıxış ediblər. Məhz bu həmsədrlər “üçlüyü” konfliktin aradan qaldırılması üçün hər kəs tərəfindən tanınan vasitəçilik formatıdır”, - deyə S.Lavrov bildirib.
S.Lavrov bildirib ki, Rusiya problemin həlli üçün bütün tərəfdaşlarla, o cümlədən tərəflərin qonşu dövlətlərlə işləmək mövqeyindən çıxış edir.
“Rusiyanın XİN rəhbəri həmçinin Rusiya rəsmilərinin Ankaranın yürütdüyü siyasətə müsbət yanaşması ilə bağlı suala da cavab verib.
Moskva və Ankara çevik, praqmatik bir yanaşma göstərməyi bacaran və bir-biri ilə qarşılıqlı əlaqə zamanı strateji baxışları rəhbər tutan tərəfdaşlardır.
Rusiya və Türkiyə ən müxtəlif regionlarda böhranların tənzimlənməsi üzərində gərgin işləyirlər. Suriyadakı qarşılıqlı fəaliyyətimiz rus və türk diplomatlar, hərbçi və xüsusi xidmət orqanları arasında işgüzar,maraqların qarşılıqlı nəzərə alınmasına əsaslanan əməkdaşlığın aşkar nəticəsi olaraq qalır. İranla birlikdə bu gün ən uyğun tənzimləmə mexanizmini - Astana formatını yaratmağı bacardıq. İdlib və Fərat kimi problemli bölgələrdə Rusiya-Türkiyə ortaq patrul dəstələri yaradıldı, terror qruplarının zərərsizləşdirilməsi istiqamətində işlər aparılır və suriyalı qaçqınların vətənlərinə qayıtması üçün lazımi şərait yaradılır.
Tripoli, Tobruk və Liviyadakı digər güc mərkəzlərində mövcud təsir rıçaqlarından istifadə edərək, ölkələrimiz BMT-nin himayəsi altında uzanan kəskin böhrandan çıxmaq və hərtərəfli Liviyadaxili dialoq qurmaq üçün şərait yaratmağa kömək edir.
Dağlıq Qarabağ məsələsində vəziyyət kökündən fərqlidir, bunu əvvəlki sualların cavabında qismən dedim. Təkrar edirəm: gizlətməmişik və gizlətmirik ki, problemin güc yolu ilə həllini dəstəkləmirik, hərbi fəaliyyətlərin tezliklə başa çatması üçün çalışırıq.
Tərəflər kimi, həm də onların bütün xarici tərəfdaşlarının da atəşkəsə dair müqavilələrə, nəzarət mexanizminin yaradılmasına və müəyyən bir cədvəllə məzmunlu danışıqlar prosesinin bərpasına ciddi şəkildə riayət etməsi vacibdir. Davamlı atəşkəsə nail olmaq dərhal mümkün olmasa da, bölgədəki bütün təsir gücümüzdən istifadə etməyə davam edəcəyik, hərbi ssenarinin gələcək inkişafını dayandırmaq, tərəflər arasında dialoq qurmaq və Bakı ilə İrəvanı danışıqlar masasına oturmağa razı salmaq üçün türk tərəfdaşlarımızla birlikdə çalışacağıq”, - S.Lavrov bildirib.
![](/sfiles/img/icons/news-icon.png)
XƏBƏR LENTİ
Qorxulu meşədən
Dünyanın gözlədiyi toya az qaldı - FOTO
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Rusiyanın qərarı Avropanı hiddətləndirib
Dueyn Conson futbol liqasını satın aldı
Əmək pensiyaları ilə bağlı şərtlər dəyişdiriləcək
Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı - FOTO
"Altıncı Hiss" filminin məşhur aktyoru İLLƏR SONRA-FOTO
Qırmızı rəngli iPhone 7 buraxılacaq
Portağallı toyuq qızarması (foto resept)
HAVA necə olacaq? 19 İyun
Müxtəlif geyim tərzləri
Uşaqların həyatı üçün təhlükəli olan bezlər - VİDEO
Hicablı xanımlar üçün geyimlər
Möhtəşəm cütlük: əncir və süd
Harrison Fordun cəzası məlum oldu
Taner Yıldız: "Türkiyə Rusiyadan qazın qiymətləri üçün endirim tələb edəcək"
Balıq alarkən nələrə diqqət etmək lazımdır? - FOTO
Yalçın Rzazadə müalicə olunması üçün Türkiyəyə aparıldı
42-ci ilin "Çayka"sını 1 milyona satır-FOTO/VİDEO
Musiqi ürəyi gücləndirir
Mobil telefonun zərəri
Əlavə reallıq eynəyi göstərildi
Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTO
"Dünyanın ən çirkli şəhərləri siyahısında Bakı birincidir"
Bürclər içində ən sadiq kişi
Faydalı daşlar - Oniks (damarlı əqiq)
Tolstoydan qızıl məsləhət: “Qadınlardan uzaq dur”
Neft ucuzlaşmağa başladı
Aleyna Tilki xəstəxanalıq oldu
Futbolçunun xanımı və üç uşağı da koronavirusa yoluxdu - FOTO/VİDEO
Günün qoroskopu: qətiyyətli, sərt və hətta aqressiv olun
UNİCEF tərəfindən Bakıda Tərbiyə müəssisəsində monitorinq keçirilib
"Fransız" saç kəsimi
"Şinitzel" toyuq (video-resept)
Bu mövsüm meyvəsiz qala bilərik, əgər...
Qadın.Net-lilərin ilk şərhləri (2-ci hissə)
Dünyada ən uzun şüşə körpü açıldı
Yaz fəsli üçün maskalar
Bakı Şəhər İcra Hakimiyyətindən bağçalar üçün yeni qərar
Dekorasiyada qış rəngləri
Ban Ki Mun İŞİD-ə meydan oxudu
Şeyma Subaşı kitab yazır
Yeni konsepsiyaya görə Bakıda bu binalar söküləcək
Yaşam tərziniz xərçəngə təsir edir
Azərbaycanda internetin inkişafı üçün nə çatışmır?
COVID-19-a yoluxmamış şəxslərin qanında koronavirusa qarşı immunitet aşkarlandı
Azərbaycanda narkomanların sayı artıb - Onların arasında 5 uşaq da var
Cennifer Lopezin 5 milyonluq nişan üzüyü-FOTO
Bazar ertəsi sindromundan qurtulmağın YOLLARI
![](/sfiles/img/icons/valuable-icon.png)