Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
Baş Prokurorluqdan verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 30.09.2020-ci il tarixdə saat 16 radələrində Füzuli rayonu, Horadiz şəhərində yerləşən yanacaq doldurma məntəqələrinin birinin yaxınlığına düşmüş top mərmisinin qəlpələrindən 1990-cı il təvəllüdlü Rüstəmov Murad Tahir oğlu həlak olmuş, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, məntəqəyə ciddi ziyan dəyib.
Faktla bağlı Füzuli rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.
Eyni zamanda düşmənin növbəti dəfə ağır artilleriya qurğularından açdığı atəş nəticəsində 30.09.2020-ci il tarixdə saat 15 radələrində Tərtər rayonu, Yenikənd kənd sakini Azərbaycan Respublikasının vətəndaşı Oqorodnik Lyuda Vasilyevnaya məxsus yaşayış evinin həyətinə top mərmisinin düşməsi nəticəsində həyətdə olan yardımçı tikili dağılıb.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək.
XƏBƏR LENTİ
Koronavirusdan qorunmaq üçün BUNLARI EDİN - Professor AÇIQLADI/VİDEO
Azərbaycanda əmək kitabçaları ləğv olunur
O an...
Gülüş günü
825 uşaq Yeni il ağacı "oldu"
Qırışlardan xilas edən maska
Türkiyə kino tarixində REKORD-VİDEO
Bakıda nəyə görə addımbaşı dayanacaq var?
"İdman və siyasəti qarışdırmaq lazım deyil"
Dünyada "Atalar günü"...
Tırtıl və çiçək kurabiyə (foto resept)
Qərbdən Serjə son xəbərdarlıq
Qəlbi titrədən ən qısa hekayələr
Hollandiyada ağıllı yol
Fotoşopsuz daha gözəl olan şəkillər
Lavrov: "Türkiyə ilə ehtiyac duyulan məsələlərin müzakirəsi üçün yaxşı imkan var"
Sən pissən, o yaxşıdır...
Ayın ən çox satılan kitabları-SİYAHI
WhatsApp-da daha bir yenilik
Gözəllik maskaları necə hazrlanır?
Sabah yaz havası olacaq
Bu günün tarixi
Bəhram Bağırzadəyə təcili ağ ciyər köçürülməlidir - HƏKİM
Vilayət Eyvazovdan yeni təyinat
"Ayntraxt"ın prezidenti: "Oyun Bakıda yox, Qarabağda keçirilməliydi"
Azərbaycanda ən çox qoyulan adlar bunlardır
Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü – 572 yeni yoluxma+FOTO
"Neft Daşları" yatağında yeni quyu qazılır
Mehriban Əliyevadan işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım
Rus dili dərs-1
Smartfonun batareyası çox qızırsa, nələrə fikir vermək lazımdır?
BÜRCLƏR bizə nə vəd edir? -2 İyun
Qaşları qalın və gözəl edən 3 təbii vasitə
Leyla Əliyeva Qobustan qoruğunda gəzdi - FOTO
Yanan bina sakinləri evlərinə geri dönür
Nə vaxt sükut, cavab verməkdən daha yaxşıdır?
Prezident xalqı təbrik etdi - Video
"Firdevs Yöreoğlu kimi tanınmaqdan yoruldum"
Yer kürəsində mövcud olan bütün ağac növlərinin SAYI bilindi
Adriana Limanın son FOTOsu diqqət çəkdi
Fransanın Azərbaycandakı səfiri: “Gərginlik dövrü bitdi, o səhifə bağlandı”
Zəhərlənmə
Yeni il makiyajı üçün tövsiyələr
BÜRCLƏR bizə nə vəd edir? -3 İyun
52 yaşlı Holl Berri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Hər zövqə uyğun çanta modelləri
Oturaq işin bizdən aldıqları...
Azərbaycanda həqiqi hərbi xidmətə çağırış yaşının artırılması məsələsi reallaşır
Sayımız 11 milyona çatacaq
Azərbaycan məktəblərində idman zalları və kitabxanadan istifadə edilməyəcək