Həkimlər ikinci COVID-19 dalğasının birincidən daha təhlükəli ola biləcəyi barədə xəbərdarlıq etməyə davam edir. Bunun səbəbi koronavirusun payız üçün ənənəvi tənəffüs yolları xəstəlikləri ilə üst-üstə düşməsidir. Bu halda virus sadəcə yaşlı insanlar və xəstələr üçün deyil, güclü immuniteti olan gənclər üçün də təhlükəlidir.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, rusiyalı bioloq Nikolay Kontarov gənclərin aktiv həyat tərzi səbəbilə virusa yoluxma ehtimalının daha yüksək olduğunu qeyd edib. Gənclər böyük şirkətlərdə görüşərək və müxtəlif izdihamlı yerləri gəzərək həyatlarını tam şəkildə yaşamağa davam edirlər. Odur ki, həm koronavirusa, həm də qripə yoluxa və onu yaya bilərlər. Mütəxəssisin sözlərinə görə, cəmiyyətdə yeni tip virusun yayılması davam etdiyi üçün qrip hər yaş qrupu üçün təhlükəli ola bilər:
“Ancaq bu il vəziyyət fərqlidir. Ağciyərlərdə çoxalan iki virus tənəffüs sisteminə ikiqat zərbə vurur. Hər qrip müalicəyə müsbət cavab vermir. Üstəlik, virusun sonrakı fəsadları hələ də tam məlum deyil”.
Mütəxəssisin fikrincə, ağır sinir xəstəlikləri də daxil olmaqla bir çox xəstəlik viral etimologiyaya malikdir. Onların yaranmasının səbəblərindən biri – keçirilmiş infeksiyalardan virusların orqanizmdə mövcudluğudur. Orqanizm güclü intoksikasiyaya məruz qalır, qaraciyər və böyrəklər yüklənir. Çox vaxt bir çox virus ürək kisəsinə də mənfi təsir göstərir. Əsas təhlükə bütün bunların dərhal görünməməsi ilə bağlıdır.
Yoluxucu xəstəliklər üzrə mütəxəssis İlya Akinfiyev isə qrip və koronavirusun insan orqanizminə birgə təsirinin hələ araşdırılmadığını, lakin uzunmüddətli nəticələrin təsəvvür edilə biləcəyini qeyd edib:
“Qrip virusunun dövriyyəsi noyabr ayında başlayır və mart ayına qədər davam edir. Lakin hələ belə hallar olmayıb və ümid edirik ki, peyvəndin köməyi ilə bu cür xəstələrin sayını minimuma endirmək mümkün olacaq”.
Mütəxəssisin dediyinə görə, ehtimal ki, apreldə gördüyümüzdən daha ağır sətəlcəm halları olacaq. Daha sürətli inkişaf edəcək və xəstəlikdən intoksikasiya daha güclü olacaq.
Qamaleya Mərkəzinin direktoru Aleksandr Qintsburq yaxşı interferon statusuna sahib insan orqanizminə koronavirusun minimal təsir etdiyini və gənclərin virusu bir qayda olaraq yüngül keçirdiyini bildirib. Mütəxəssis bunu COVID-19-un interferona çox həssas olması ilə izah edib: “Qrip virusu isə interferona daha az həssasdır, buna görə gənclər daha tez-tez qripə yoluxur. Odur ki, əvvəlcə qripə qarşı peyvənd vurdurmaq lazımdır, 1,5 ay sonra koronavirusa qarşı çox miqdarda peyvənd peyda olacaq. İnsanlıq öhdəsindən gələcək”, - Qintsburq qeyd edib.
XƏBƏR LENTİ
Sürmə çəkməyin asan üsulları
Dizaynına heyran olacağınız evlər
Türkiyəli həkimlər Polad Həşimovun ailəsini ziyarət edib - VİDEO
Birlikdə və ya ayrı?
Çələng rulet (foto resept)
Azərbaycanda ölüm ayağında olan xəstənin taleyi saniyələrdən asılıdırsa, nə etməli?
İnsanı tanımağın ən rahat yolu...
Millimiz FİFA reytinqində irəlilədi
Dənizdən çıxan butulkadan hər kəsin arzusunun yazıldığı məktub tapıldı - VİDEO
Hitlerin 4 tonluq qızıl XƏZİNƏSİ TAPILDI - DƏNİZDƏ
İfic xəstələrə köməkçi hazırlanıb
Murad və Hande barışdı?
Torpaqda yetişdirilməyən gül
Milyonlarla tamaşaçını aldatdı - Qoca kişi sandıqları şəxs əslində
Bonibonlu qurabiyə (foto resept)
Aydan Şener hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Körpə döş əmmək istəmirsə
Qozlu tərəvəz küküsü (foto resept)
Şokoladın yeni bir faydası ortaya çıxdı
İskəndəriyyə kitabxanasının sirləri
İsveçrədən ermənilərə şok!
İrem Derici son FOTOsu ilə diqqət çəkdi
Kompyuterinizin ekranı üçün Yeni il şəkilləri
Outlook yeniləndi
Şahzadə Çarlzda koronavirus aşkarlanıb
Yumurta, yoxsa plastik top?-Bakıda qeyri-adi hadisə - VİDEO
Dubayda "Şöhrət xiyabanı" olacaq!
Ebru Gündeşin "O səs Türkiyə"də qazanacağı məbləğ açıqlandı
Pendirli kartof salatı (foto-resept)
Ataya uşaq əmanət edilərsə
Bilməli olduğumuz 5 maraqlı fakt
Castin Biber Tənqid olundu-SƏBƏB/FOTO
Ozan Güven mediadan gizlənmək üçün evindən köçdü
Ön cəbhədə qızğın atışma
Bakıda məktəbli yarmarkaları açılır
COVID-19-un erkən simptomları
Ədviyyatlar
Bayramınız mübarək!
Bakı bazarında qadağa
Koronavirusla bağlı SON STATİSTİKA
Mayli Sayrus ana olacaq
Gürcüstan NATO-ya qəbul ediləcək?
Səmada Müqəddəs Məryəm göründü
Ətli göbələk (foto resept)
Daha top atmırlar...
Azərbaycanda aviabiletlərin qiymətində dəyişiklik var
Səudiyyə də Suriyanı vurmağa başladı
Tələbələrin təqaüdləri artırıldı
Şaxta Baba Rusiyada qadağan olundu?