Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu gün KİV-də və sosial şəbəkələrdə uşaq ədəbiyyatının spesifik xüsusiyyətlərinə və ona olan tələblərə uyğun gəlməyən, lakin uşaq auditoriyası üçün nəzərdə tutulduğu qeyd edilən “Qaz ilə göyərçinin əhvalatı” adlı kitabla bağlı məlumat yayıb.
Qadin.Net-in məlumatına görə, Qurumdan verilən məlumatda bildirilir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğu iddia edilən şairə Aygün Bal müəllifi olduğu kitabında uşaqların yaş xüsusiyyətlərini, həmçinin seçdiyi mövzunun didaktik və tərbiyəvi əhəmiyyətini nəzərə almayıb:
"Şübhəsiz ki, bədii ədəbiyyatın tərkib hissəsi olan uşaq ədəbiyyatı birbaşa təlim-tərbiyə və yeni nəslin ədəbi zövqünün formalaşması vasitələrindən biridir. Məhz bu səbəbdən hər bir ədəbi nümunə gələcəyimiz olan övladlarımızın formalaşması işinə öz müsbət təsirini göstərməklə yanaşı, həm də uşaq psixologiyasına və marağına müvafiq məzmunda və üslubda yazılmalıdır. Adıçəkilən çap məhsulunda istifadə olunan ifadələrin azyaşlı uşaqlara göstərə biləcəyi mənfi təsirləri nəzərə alaraq vəsaitin istifadəsinin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun gəlmədiyini qeyd etmək lazımdır.
Belə ki, ailə institutunu nüfuzdan salan infornasiyalar uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiyalar sırasına aid edilib. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən həmin informasiya məhsullarının uşaqlar arasında yayılması qadağandır. Həmçinin, bu qanunun tələblərinə zidd olaraq sözügedən "kitab" ekspert rəyi olmadan çap edilib.
Məlumat üçün bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən informasiya məhsulunun “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən həmin Qanunla müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına görə inzibati məsuliyyət nəzərdə tutulub.
Nazirlər Kabinetinin 29 iyul 2020-ci il tarixli 267 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”na əsasən informasiya məhsullarının ekspert rəyi olmadan yayılması inzibati məsuliyyətə səbəb olur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq uşaqların istifadəsi üçün bu kimi informasiya məhsullarının yayılmasını məqsədəuyğun olmadığını vurğulamaqla yanaşı, bu barədə məlumatların yayılmasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırırıq".
XƏBƏR LENTİ
Mətbəximizin möcüzəsi
Sadə xalçalar
Hikmətli sözlər
Məşhur aktrisa yaddaşını sildirəcək-SƏBƏB
Gizli yolla telefon danışıqları dinlənilən prezidentlərin siyahısı açıqlandı
Müəllimlərin sınaq qiymətləndirilməsinin tarixləri açıqlandı
Azərbaycanda tikinti işlərinə məhdudiyyət qoyuldu
ABŞ Rusiyanı hədələdi: "Bu onlara baha-başa gələcək"
Dünyanın ən gənc milyarderi artıq subaydır
Azərbaycanla Çin arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edildi
Obama Putini təklədi
“Qışqıran qadının mumiyası”nın sirri açıldı - FOTO
Vanqanın arxivində sirli vərəq tapıldı: BƏLALAR GƏTİRƏ BİLƏR
Bu gün atəşfəşanlıq olacaq
Kıvanç Tatlıtuğ Həbs oluna bilər - SƏBƏB
Uşağınız hələ dil açmayıb?
ÜST COVID-19 peyvəndlərinin dünyada paylanmasının vaxtını açıqladı
Qarın piylərindən azad olmağın yolları
Dünyanın Putin qorxusu
Sızanaq izləri üçün maskalar
Bu qiymətlər bakılı sürücüləri heyrətləndirəcək
Planetin 10 ən cazibədar qadını
Leksika (son)
Abstrakt şəkillər
817 dollarlıq maşınla dünyanı dolaşdılar
İrəm Dərici sevgilisindən ayrıldı
Günün ulduz falı
Hadise 1 milyon itirdi
Fərqli və gözəl manikür
Aldığı əraziyə baxış keçirərkən içərisində insan qalıqları olan 300 çuval aşkarladı - FOTO
Özünü təmir edən orqan-Qaraciyər
Ali Sunal və azərbaycanlı xanımı tətildə-FOTO
Meqan Marklın gizli Hollivud planı ortaya çıxdı
"Santa Run" başladı-Hər kəs küçələrdə-FOTO
Balaca qız uşaqları üçün ətəyin toxunması
Dünyanın ən bahalı çələngi satılır
Şəhid general Polad Həşimov haqda film çəkiləcək
Payızın rəngləri
Ermənistan məhbusların cəbhəyə göndərilməsini rəsmən təsdiqlədi
Azərbaycanda uşaqların cinsinə görə abortlara qadağa qoyulacaq
Tanınmış aktyor Ələsgər Məmmədoğlu vəfat etdi
Günün ulduz falı - 27.02.2014
Azərbaycan millisi üçün qələbə şansı
Evdə təmirin bu təhlükəsini bilirdiniz?
Övladı birinci sinfə gedəcək şəxslərin NƏZƏRİNƏ
Sadə gəlinliklər
Bəzən inanmaq bəs edir
3 il axtarışda olan Türkiyə vətəndaşı Azərbaycanda saxlanıldı
Nazirlik kolleclərin məzunlarının universitetlərə qəbul şərtlərinə aydınlıq gətirdi
Yataq dəstləri modelləri