Prezident İlham Əliyev Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirməlidir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Qeyd edək ki, 2020-ci ilin sentyabr ayında Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur.
Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçmişdir.
1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak etmişdir. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilmişdir.
Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda, Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilmişdir. Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır.
Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir.
XƏBƏR LENTİ
Zerrin Özer evlilik təklifi aldı
Yaddaşı gücləndirən 5 ərzaq
Çayı isti içənlərə XƏBƏRDARLIQ
Facebook-da bu da olacaq - YENİLİK
Mehriban Əliyeva qızları ilə konsertdə -FOTO
HAVA necə olacaq?
Baş Nazirdən pandemiya dövründə kafe və restoranlarla bağlı QƏRAR
Bakıda dilənçi əməliyyatı
Ordumuz ermənilərə məxsus hərbi hissə ələ keçirib - VİDEO
Günün qoroskopu: israfçılıq etməyin
Səfərbərlik Xidmətindən yeni çağırışçılarla bağlı MƏLUMAT
Məşhur aktrisa ana oldu-FOTO
Koronavirusla bağlı son STATİSTİKA
Artıq ünvanlar daha tez və rahat tapılacaq
Ədviyyatlar haqqında bilmədiklərimiz (3)
Nanəli kekslər (foto resept)
Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda "20 Yanvar Şəhidləri Bulağı"nın açılışı olub
Hindistanın məşhur musiqi qrupu Azərbaycan mahnısı ifa etdi - VİDEO
Körpələrdə ürək xəstəlikləri
Daha bir ölkədə EBOLA
Tərtərin pambıq zavodunda düşmən atəşi nəticəsində başlayan yanğın davam edir
Qaraciyərin təmizlənməsi
İstirahət gününün HAVAsı
AZAL Bakıdan Krasnoyarska müntəzəm reys açır
Antonio Banderas qocalıb tanınmaz hala düşdü - FOTO
Topa bənzətmişdi, əslində isə...-FOTO
Hansı meyvə-tərəvəz hansı xəstəliyin dərmanıdır?
"Hercai"nin məşhur aktyoru əsgərlikdən qayıtdı
Növbəti 4 günün havası AÇIQLANDI
Dünyanın ən cazibədar nənəsi sirrini açdı - FOTO
Yer əhalisi çoxalır
Bakıda vulkan püskürdü
Gecə ərzində düşmənin məhv edilən döyüş texnikaları - VİDEO
Bakının mərkəzi küçələri bağlandı - SİYAHI
Günün qoroskopu: Yaxınlarınıla münaqişə etməyin!
Azərbaycan əhalisinin sayı açıqlandı
Sizi daim məşğul edən Feysbuk haqqında BİLMƏDİKLƏRİNİZ
Dəfnindən 5 gün sonra evə qayıtdı
Azərbaycanın bəzi ərazilərində yağış yağacaq
Millimiz sonuncu oyunda da uduzdu
Gələn il bahalaşma olacaqmı?
Gigi Hadidin gözəllik sirləri
Buna görə Tailanda getməyə dəyər
Ana südünün xərçəngə qarşı mübarizəsi
Bəhram Bağırzadə koronavirusa yoluxdu?
“25-26 iyulda koronavirus testlərinin cavabları səhv göndərilib” - RƏSMİ
Çörək çəkini artırırmı?
Gülən insanın yaddaşı yaxşıdır
Dövlət qulluğuna qəbul başladı
Əhalinin gəlirləri artıb