Növbəti buraxılış (qəbul) imtahanlarının vaxtı məlum olub.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 23-24 iyul tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri barədə yaxın iki gün ərzində məlumat veriləcək.
Xatırladaq ki, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verilib və imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək.
Bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək.
Bundan əlavə, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər hazırda keçirilən buraxılış imtahanlarında iştirak etməyə bilərlər. Həmin şagirdlər üçün də buraxılış imtahanının sentyabr ayında keçirilməsi nəzərdə tutulur.
“İmtahana buraxılış vərəqəsi” hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
23-24 iyul tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri barədə yaxın 2 gün ərzində məlumat veriləcək.
Xatırladaq ki, qeyd olunan tarixlərində:
• 11-ci sinif üzrə buraxılış imtahanları;
• Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanları;
• Azərbaycan dilindən fərqli dildə təhsil alan və kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) və 11-ci sinif (cari və əvvəlki illər) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;
• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək.
İmtahan keçiriləcək tarixlərdə rayon və şəhərlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunarsa, həmin bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək.

XƏBƏR LENTİ
Qadınlar haqqında deyilmiş aforizmlər (3)
Yeyilən su-unikal ideya
Bölgə yazarları həyəcan təbili çalırlar
Pandemiya yalnız bu iki ehtimalın gerçəkləşməsilə bitəcək - Mütəxəssis
Balqabaqlı zapekanka (foto resept)
İki nazirliyin 30 əməkdaşı işdən çıxarıldı
Heyva mürəbbəsi (foto resept)
Sabahın HAVAsı
Şaftalının faydaları
"Bakı Telefon Rabitə" hüquqi formasını dəyişdi
Çin qüdrətini lap artırır
Məşhur bloger dolğu etdirdi eybəcər oldu-FOTO
Müəllimlər üçün sınaq imtahanları keçiriləcək
Uşaqlara kitab oxumağı sevdirmək üçün 7 qayda
Nazirlik hərəkətə keçdi
Dəbli kişi ayaqqabıları
Qarabağ"ın matçı canlı yayımlanmaya bilər
Hava haqqında
Dəriyə parlaqlıq verən maskalar
Qar və buz festivalı
Azərbaycan Silahlı Qüvvələri onlardan xilas olur
İçi doldurulmuş kartof (foto resept)
Facebook birbaşa xəbər yayacaq
Yay geyim nümunələri
Ramazanın 7-ci günün duası
BÜRCLƏR bizə nə vəd edir?-2 Oktyabr
Jurnalistin ölümünə prezidentdən reaksiya
Putin Ərdoğanı nüvə silahı ilə hədələdi
İki gün toz-duman olacaq
Hava necə olacaq?
“Qarabağ”da şok itki
Metro stansiyasının gözəl dizaynı
İŞİD Türkiyəyə müharibə elan etdi
"Dondurma" effektli yazı hazırlamaq
Dərinizi bahara hazırlayın
Məşhur aktrisa bostanda pomidor əkdi-FOTO
Bananın zərərləri
Hind üsulu ilə baş masajı (I hissə)
Azərbaycan Ukraynaya əsgər göndərir
Əlilləri sevindirəcək xəbər
Günün qoroskopu:Aktiv olun!
Geri dönmək istəməyən məcburi köçkünlərin NƏZƏRİNƏ
Eksklüziv Porsche 911 Turbo S
İnsanların ən çox gördüyü 5 yuxu
Sumaqlı ciyər (foto resept)
Hülya Avşardan yeni çimərlik FOTOsu
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Çağatayı Pablo Eskobara bənzətdilər
Firuzə daşı
Hava haqqında - 07.02.2014
