16 iyul 2020-ci il tarixində Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilən hərbi təxribatla bağlı fövqəladə iclası keçirilib.Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Azərbaycan tərəfinin təşəbbüsü ilə çağırılmış iclasda Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT yanında daimi nümayəndələri iştirak edib. Xarici İşlər naziri öz çıxışında Ermənistan silahlı qüvvələri tərəfindən 12 iyul 2020-ci il tarixindən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə etməklə törədilmiş hərbi təcavüz, bununla əlaqədar regionda yaranmış vəziyyət və Azərbaycan tərəfindən həyata keçirilmiş qətiyyətli əks-tədbirlər barədə məlumat verib. Nazir Ermənistan tərəfindən Azərbaycanın silahlı qüvvələri ilə yanaşı, beynəlxalq humanitar hüquqa zidd olaraq mülki əhali və mülki obyektlərin də hədəf alındığını diqqətə çatdırıb və hücum nəticəsində Azərbaycan silahlı qüvvələri, eləcə də mülki şəxslər arasında itkilərin qeydə alındığını və mülki obyektlərə ciddi xəsarət yetirildiyini qeyd edib.C.Bayramov Ermənistanın davam edən təxribatının münaqişə ətrafında vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirmək, Ermənistanda formalaşan və COVID-19 pandemiyasının təsiri altında daha da kəskinləşən sosial-iqtisadi, maliyyə və siyasi böhrandan diqqəti yayındırmaq niyyəti ilə törədildiyini vurğulayıb. Ermənistanın bu hərəkətlərinin ümumilikdə beynəlxalq hüququn, eləcə də Qoşulmama Hərəkatının əsasını təşkil edən Bandunq Prinsiplərinin ciddi pozuntusu olduğunu bildirib.Nazir Ermənistanın təxribatçı hərəkətlərinə son qoymaq və Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinə nail olmaq üçün beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın cinayətkar əməllərinin ciddi və birmənalı pislənilməsinin vacib olduğunu diqqətə çatdırıb.Nazir, Qoşulmama Hərəkatına üzv dövlətlər də daxil olmaqla bu cür prinsipial mövqe nümayiş etdirmiş bütün dövlətlərə təşəkkür edərək, Hərəkata üzv dövlətlər tərəfindən ən yüksək səviyyədə Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə verilmiş dəstəyi, eləcə də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində göstərdiyi səylərlə həmrəylik nümayişini yüksək qiymətləndirdiyini vurğulayıb.İclasda iştirak edən Qoşulmama Hərəkatına üzv dövlətlərin nümayəndələri çıxış edərək Ermənistanın təxribatını pisləmiş və ölkələri tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin dəstəkləndiyini ifadə etmişlər.
19:43
Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan-Ermənistan sərhədi boyunca yaranan vəziyyətlə əlaqədar Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun fövqəladə videokonfransı keçirilir.APA-nın xəbərinə görə, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov videokonfransda iştirak edir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kəsmikli-kişmişli piroq (foto resept)
Mükəmməl ziyafət donları
Ən maraqlı 6 psixoloji effekt
Ronaldonun 2 milyon avroluq saatı diqqət çəkdi - FOTO
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
Spinnerlər təhlükəlidir - ABŞ-dan XƏBƏRDARLIQ!
Təbii maskalar
Toyuq qutabı (foto-resept)
Məşhur ulduz Antalyada konsert verəcək
Cənub istiqamətində bölmələrimizin minaatan taqımının məhv edilməsi xəbəri cəfəngiyyatdır - RƏSMİ
Məşhur cütlük evləndi-FOTO
19 yaşlı gənc elə rekord vurdu ki..
İspaniyanın ən gözəl şəhərləri
XƏBƏRDARLIQ: psixi sağlamlığa ən mənfi təsir göstərən şəbəkə bilindi
Bollivud aktyorları
İşgüzar xanımların seçimi
Kremldən Əliyev-Sarkisyan görüşü ilə bağlı açıqlama
İki məşhur instagramda dalaşdı-SƏBƏB
Fırtına quşları gəmini “ələ keçirdi” - VİDEO
Münasibətlərdə dürüstlüyün əhəmiyyəti
Ərəblər bunu da etdilər
Dağlıq Qarabağda atəşkəsə birgə nəzarət edəcək rusiyalı və türkiyəli personalın sayı bərabər olacaq - RƏSMİ
Qəbələdə 725 yaşı olan kitab sərgilənir
Rahat yatmaq üçün üsullar
Xərçəng və qanqrenin yaranma səbəbləri sübut edildi
Dünyada koronavirusa yoluxanların sayı 26 milyonu keçdi - STATİSTİKA
Rusiya mətbuatı: Azərbaycan seçkilərə tam hazırdır
"Əmək haqqı barədə banka arayış təqdim edən insanların kredit almasında heç bir problem yoxdur"
Azərbaycanda daha 35 nəfər koronavirusdan öldü: 3712 yeni yoluxma
Uşaqlarda qızdırma, ishal, qusma hallarının yayılma səbəbi açıqlandı
Azərbaycan müdafiə naziri Türkiyəyə gedib
Günün ulduz falı
Sürücələrə: "Yolu unudun"
Azərbaycan pilotları "Anadolu Qartalı - 2016" beynəlxalq təlimində iştirak edirlər
AMEA işçilərinin attestasiyadan keçiriləcəyi tarix açıqlandı
İşğaldan azad edilən Cəbrayılın Əmirvarlı kəndindən reportaj - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etdi
Koronavirus xəstəxanada ən çox bu otaqdan yayılır
Zövqə uyğun ayaqqabılar
Dişləri təbii üsullarla necə təmizləməli?
Bakıda 10 və 11-ci sinif şagirdlərinə hüquq dərsləri keçirilir
Arıqladan yay meyvələri
Bayram süfrəsi arxasında sərxoş olmamaq üçün 5 MƏSLƏHƏT
İlk görüşə nə geyinməli?
Toyuq salatı (foto-resept)
Vüqar Həşimovun xatirəsinə ənənəvi turnir təsis olunacaq
Əl əməyim, göz nurum (2-ci hissə)
Azərbaycan həkimlərindən insanlıq dərsi...
“Diqqət!Ebola qızdırması”
Məcburi köçkünlərin torpaqlarına qayıtması könüllülük əsasında aparılacaq - RƏSMİ














