“İş yerlərində uzun müddət hərarəti yüksək olan, tez-tez öskürən şəxslər xəstəxanaya yerləşdirilməli, həkim nəzarəti altında olmalıdırlar”.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bunu APA -ya açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Sədrəddin Atakişizadə deyib.
O bildirib ki, koronavirusun yuxarı tənəffüs yollarına düşməsinin qarşısını almaq üçün tez-tez bol maye qəbul edilməli, ağzı maye ilə yaxalamaq lazımdır:
“Belə viruslar həzm sisteminə düşdükdə insanlar daha ağır xəstəliyə düçar olur. Yaxşı olar ki, xəstələr çoxqatlı maskalarından istifadə etsinlər. Çünki bu maskalar virusları keçirmir. Asqırdıqda cib dəsmallarından istifadə etmək lazımdır. Əgər cib dəsmalınız yoxdursa, qolunuzu 90 dərəcə qatlayaraq qolun bükülən yeri ilə ağzı tutmaq lazımdır. Dezinfeksiyaedici məhlullardan istifadə önəmlidir. Xəstə olan yerlərdə səthlər 1-2 saatdan bir dezinfeksiyaedici məhsullarla silinməlidir. Viruslar dezinfeksiyaedici məhlullarla asanlıqla məhv ola bilir”.
İnfeksionistin sözlərinə görə, əgər yaxınlıqda virus daşıyıcısı yoxdursa, maska taxmağa ehtiyac yoxdur:
“Maskalar da fərqli olur. Birdəfəlik maskaları 2 saat müddətində taxmaq olar. Bir də filtrli maskalar var. Onların xüsusi nəfəslik yeri olur. Ona filtrlər yerləşdirilir və bu filtrlərin də 1-2 həftə müddəti olur. Müddəti bitdikdən sonra filtrləri dəyişərək yeniləri ilə əvəz edirlər. İş yerlərində, ailədə virus daşıyıcıları varsa, maska taxmaq mütləqdir”.
S. Atakişizadə qeyd edib ki, koronavirusa yoluxan şəxsin müalicəsi xəstəliyin ağırlıq dərəcəsindən asılıdır:
“Koronavirusun 3 - yüngül, orta-ağır və ağır forması var. İnsanın koronavirusa yoluxması təsdiqlənsə, o, 14 gün müddətində virus əleyhinə dərman maddələri ilə yanaşı, patogenetik dərman vasitələri ilə müalicə olunur. Belə olduğu halda xəstə üçüncü həftədə tam sağalıb evə yazıla bilər. Bu, xəstəliyin orta-ağır formasıdır. Yüngül formada olan xəstələr isə daha qısa müddətdə nəzarətdə saxlanılır, əlamətlər keçdikdən sonra evə buraxılırlar. Ağırlaşma və ölüm ağır pnevmoniyanın inkişaf etməsidir. Şiddətli dövründə ağır pnevmoniya əlamətləri aşkarlanarsa, onda xəstə təcili hospitalizasiya olunmalı və pnevmoniyanın səbəbi müəyyənləşdirilməlidir ki, bu, tipik, yoxsa koronavirusa bağlı pnevmoniyadır. Spesifik müalicə başladıqdan sonra xəstənin yanında mütləq süni tənəffüs aparatı olmalıdır. Çünki xəstə hər an boğula bilər. Belə xəstələrin vəziyyəti ağırlaşdıqda dodaqları, dırnaqları göyərir, təngnəfəs olurlar və hava ala bilmirlər. Onlara oksigen yastıqları ilə hava verilməli, vəziyyəti ağırlaşdıqda isə süni tənəffüs aparatına qoşulmalıdırlar”
XƏBƏR LENTİ
Dəhşətli xəstəlik sürətlə yayılır
Günün qoroskopu: iradəli, qətiyyətli olun
İstanbulda Şuşa sevinci - VİDEO
Bu ilin ən isti rəngi: Narıncı
Almalı şirniyyat (foto-resept)
Kim ki yüz il yaşamırsa: üzüm yoxdur, kişmiş ye!
Baş ağrısı (yanaşma)
Günün ulduz falı
Sızanaqlara qarşı nar qabığı maskası
Novruz bayramı İslama ziddir?
Hamilələr üçün bəzi məsləhətlər
Nazirdən sosial kartlar barədə açıqlama
Uşaqlarda diş qıcırtmasının səbəbləri nədir?
Stallone ailəsinin karantin əyləncəsi - FOTO
Günün ulduz falı
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər baş verə bilər
Ermənistanın adı dəyişir
Arzular, arzular, gözəl arzular...
Bakıdan qorxan ermənilər
Elektron ticarət 1 trilyon dollara çatacaq
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Pendirli toyuq əti (foto resept)
İtirilmiş arzular
Toshiba 4K formatlı noutbuk buraxacaq
Bred Pitt Anjelina Coliyə indiyədən ödədiyi məbləği açıqladı
Mikrobları, qurdları və xərçəng hüceyrələrini öldürən ƏDVİYYAT
Əli Əsədovdən peşə təhsili ilə bağlı VACİB QƏRAR
Dondurulmuş pomidor püresi (foto resept)
Günün ulduz falı
Ukraynada azərbaycanlı gənclər ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər
Ayaqqabı seçimində 7 qayda
Harri Potterə yeni üz tapdılar
Qoyun ili nə vəd edir?
2018-in gəlinlikləri
Qadın.net xanımlarının Sevgi hekayəsi-3
Düyülü kabak yeməyi (foto-resept)
Ömrümüzün 11 ilini nəyə sərf edirik?
Min bir dərdin dərmanı
Orduda müəllim mübadiləsi
Rassel Krou inanılmaz dərəcədə KÖKƏLDİ-FOTO
"Yas mərasimi və qəbir daşları üçün xərclər kredit və ya borcla ödənilir"
Bu standart azərbaycanlıların xasiyyətini dəyişəcək
Azərbaycan əraziləri Ermənistan ordusu tərəfindən atəşə tutulub
Yay tərəvəzlərinin kalori miqdarı
Bürclərə görə 2018-ci ilin SEVGİ PROQNOZU: SARI İT İLİNDƏ kimlərin bəxti açılacaq?
Evli cütlüklərin eyni iş yerində işləməsi düzgündür?
Aleyna Tilki gəlinciklə diqqət çəkdi-FOTO
Müəllimlərin işə qəbul imtahanları keçirilir
Anar bu dəfə Mətanəti dəyişdi - FOTO
2017-nin ən yaxşı şəkilləri














