Qadin.NET / Yuxu yozmaları - S

Yuxu yozmaları - S

SAAT - Yuxuda  saatın səsini eşitmək –bir dəvət alacaqsınız. Sadəcə ,saat görmək-maraqsız xəbərlərə işarədir.

SABUN - Cavan oğlanın yuxuda sabun görməsi-işlərində uğur qazanacaq,əlinə pul gələcəkdir. Bir parça sabun üzüntü və qayğı icində olan adam üçün təsəlliyə, təskinliyə yozulur. Sabunla paltar yumaq günahlardan təmizlənmək və borclardan qurtarmaqdır.

 

Saqqal - yuxuda saqqal zənginlik və şərəfdir.

 

Saqqız – yuxuda görmək zəhmətlə qazanılacaq pul anlamına gəlir. Saqqız çeynəmək dedi-qoduya işarədir.

 

Saz – yuxuda saz çalmak –şad xəbər alacaqsız.

 

Sazan balıq – şad xəbər , pul , şöhrət və eşq anlamına gəlir .

 

Sandıq – içi dolu sandıq boluq və zənginlikdir. Taxta sandıq evlilikdir . Qırıq sandıq xoş xəbərdir. 

 

Saray – yuxuda özünü par-par yanan çilçıraqlı bir sarayda görmək xeyrə yozulur.

 

Saray Əhli – yüksək saray adamlarını yuxuda görmək xeyrə sayılan yuxulardandır.

 

Sarı rəng – yuxuda sarı rəngdə paltar geyindiyni görmək xəstəliyə yozulur.

 

Saç – yuxuda saç görmək uzun ömrə və var dövlətə  yozlur . saçın uzanması –ömrün qısalmasına dəlalət edir. Qadının yuxuda saçını hörməsi xeyrə yozulur.

 

Saç kəsmək – yuxuda saç kəsmək və ya saçını kəsdirmək təhlükəli bir xəbər anlamıdır.

 

Saç ağarması – yuxuda saçın ağarması ləyaqətə,ciddiliyə və uzun ömrə yozulur .

 

Sevinc – yuxuda sevinmək kədərə yozulur.

 

Səbət – yuxuda səbət sirr saxlayan qadına işarədir. Çörək səbəti müjdə və sevincə yozulur.

 

Sədəqə vermək – xeyrə yozulan yuxulardandır.

 

Sənətkar - yuxuda sənətkar görmək çətin işin öhdəsindən uğurla gələ biləcəynizə işarədir.

 

Sərnic – bolluğa,bərəkətə  işarədir.

 

Sərçə - yuxuda sərçə gülməli lətifə və oyunlarla xalqı əyləndirən adama işarə sayılır. Sərçə eyni zamanda hamilələr üçün oğlan uşağına yozulur.

 

Səfir – yuxuda səfir görmək dəniz boyu səyahətə və etibara yozulur .

 

Səhra – yuxuda səhra görmək -əlinizə böyuk bir imkan düşəcək .

 

Səcdə - yuxuda səcdə etdiyini görən adam ciddi və nəzakətli adamdır . o təkkəbürdən, lovğalıqdan uzaq olur düşməninə qalib gəlir .

 

Siqnal səsi – yuxuda uzaqdan siqnal səsi eşitmək gözləmədiyniz gözəl bir durum gözləyir sizi.

 

Sığırçın – uşaq və quluqçular anlamına gəlir.

 

Su – yuxuda su  xoş həyatı və gözəl ruzini ifadə edir.

 

Sultan – yuxuda sultanlardan birini görmək –yaxın günlərdə şad xəbər alacaqsınız.

 

Süpürgə - süpürgə xeyrə yozulan yuxulardandır.

 

Sürü – yuxuda heyvan  sürüsü sevinc dolu günlər keçirəcəyinizə işarə sayılır.

 

Sünbül – sərvətin və etibarın artması deməkdir.

 

Süfrə - yuxuda yemək süfrəsi qurmaq ömrünüzün uzun olacağına işarədir.

 

Sancaq (iynə) – bu yuxu üzücü , əhəmyyətsiz olaylara işarədir .Sancaqla bir şey tikmək kiçik uğurlara yozulur.                     


Stavrida balığı - xeyrə yozulur. Sıxıntılı günləriniz arxada qalacaq . Xoşbəxtliyə qovuşacaqsız.
13 iyun 2011
GO BACK