Qadin.NET / Yuxularımızı yönləndirmək mümkündürmü?

Yuxularımızı yönləndirmək mümkündürmü?

 

Yuxularımızı yönləndirmək mümkündürmü?

 

Həyatımızın böyük müəmmalarından yuxunu, 197 Gün kitabıyla 'parapsixoloji' sahəsində cığır açan Şəfa Univeristetindən Dr. Sultan Tarlacıdan soruşduq. İnsanoğlu üçün böyük bir müəmma olan yuxuların sirri hələ tam olaraq aşkarlanmamışdır. Yuxuları və bilinməyənləri Dos.Dr Sultan Tarlacıdan soruşduq. İnsanların yuxularını yönləndirə bilməsi, "1990 ildə çəkilmiş Arnold's Shwarzeneggerin mübahisəli filmi Total Recall gerçək ola bilərmi?" (Hər şeyi yada salmaq filmi) sualını ağıllara gətirir. Hər gecə Marsla əlaqəli yuxu görən bir işçini canlandırdığı Arnold's Shwarzenegger filmində, bir müddət sonra gərçək ilə yuxunun iç-içə keçdiyi bir elm fantastik hekayəsi yer alırdı. Yuxular haqqında bilinməyənləri anladan Dr. Sultan Tarlacı belə izah etdi:- Yuxular arasında səyahət etmək mümkündürmü? Yuxularda səyahət deyərkən “astral səyahət” deyilən halı deyirsinizsə bunun mümkün ola biləcəyi qəbul edilir və astral səyahət deyilən bir anlayış var. Ancaq burada incə bir nöqtə var.

 

Yuxularımızı yönləndirmək mümkündürmü?

 

Astral səyahət deyilən vəziyyətdə insan gərçəkdən bədənindən uzaqlaşıb şüur olaraq başqa bir yerəmi gedir yoxsa zehni bir sualtı qayıqın periskopu kimi başqa bir yerəmi baxır. Ümumi qəbul edilən astral səyahət zamanı insanın ruhunun ya da modern mənada şüurunun bədənindən çıxıb başqa bir məkana getməsi və orada olanları müşahidə etməsidir. Ancaq şəxsi fikrimə görə astral səyahət əslində, yuxu əsnasında olan duyğular xarici hissin fərqli bir şəklidir və insandan ayrılan bir şey olmadan başqa bir məkana sualtı qayıqın periskopu kimi şüurunu uzadır və o məkanlarda nə olduğunu və hadisələri eyni olduğu kimi müşahidə edir. Bir növ uzaqdan görmə kimi bir haldır.

 

Yuxularımızı yönləndirmək mümkündürmü?

 

 

- İnsan öz yuxularını yönləndirə bilərmi? Bəzi insanlar yuxularını yönləndirə bilirlər və buna lusid yuxu ( şüurlu, anlaşlan) deyilir. Normal olaraq yuxu halında oyaqlığımız yoxdur və yuxularımızı özümüz yönləndirmirik. Ancaq bəzi insanlar doğuşdan və ya özlərinə hər hansı bir vasitə ilə təlim keçərək yuxu gördüklərinin fərqində ola bilir, yuxu tərkiblərini özləri tənzimləyə bilirlər. Beyinlərindəki surət və insanları yuxuya daxil edib, özləri bir yuxu ssenarisi hazırlayıb yuxularını dəyişdirə bilirlər. Lusid yuxu deyilən hala uzun müddət bir illuziya olaraq baxılsa da lusid yuxu artıq günümüzdə elmi bir gərçəkdir və elmi təcrübələrlə yuxu gördüklərinin fərqində olan bəzi insanlar, yuxu gördükləri vaxt xaricə mesajlar vermişdilər. Elmi olaraq lusid yuxu bir gərçəkdir.

Total Recall filmində nə olmuşdu ? Filmdə Douglas Quaid hər gecə Mars haqqında yuxular görən bir işçidir. Bu qəribə halı araşdırmağa qərar verən Quaid, ani keçid yolu ilə insanları tətilə yollayan Rekkal inc isimli şirkətdən bir Mars tətili alır. Fəqət ani keçidi əsnasında meydana çıxan bir qəza, gənc adamın zehnini alt-üst edir. Quaid birdən özünü gizli bir agent olaraq, Marsın zalım hakimi Coogana qarşı mübarizə edərkən görür. Köhnə dostlar, hətta həyat yoldaşı belə anidən ona düşman olur. Fəqət Quaidin bütün bu yaşadıqları gərçəkmi? Köhnə xatirələri xatırlamaqmı? Yoxsa ani keçidi əsnasında yaşadıqı səbəbilə bir xəyalmı görürdü.

Müəllif: Sultan Tarlacı

Tərcümə: Aidə Mahmudova

7 oktyabr 2015
GO BACK