Nağıl – yuxuda nağıl izləmək bəzi xəyalların gercəkləşə biləcəyinə yozulur.
Nalça (nal) – qazanca və şad xəbərə yozulur.
Nar ağacı – halal mala yozulur.
Nar dənəsi – asanlıqla əldə edilən ruzidir.
Ney – yuxuda ney tütək çalmaq oyuna, əyləncəyə, bəzən də fərəhə , sevincə yozulur.
Nehrə - işlərin öz axarına düşəcəyinə, qazancın artacağına işarədir.
Nənə - çoxlu uşağnız olacaq və məsud firavan yaşayacaqsız.
Nişanlanmaq - yuxuda tanımadığnız biri ilə nişanlanmaq xoş xəbərə yozulur.
Noxud – yaxın günlərdə yaxşı bir iş xəbəri alacaqsız.
Növbətçi əsgər – yuxuda qarovulda duran əsgər görmək- həyatnızın əmin-amanlıq içində keçdiyinə işarədir.
Nöqsan (qusur) – var-dövlətdəki kəm-kəsəri, qüsuru bildirir.
Nökər – yuxuda nökər görən və ya satın alan adam bolluq və şadlıq içində yaşayan duşmənə üstün gələcək.
Nur (aydınlıq) –Doğru və haq yola işarədir.
Nümunəlik əşya –yuxuda nümunə üçün qoyulmuş bir əşyanı almaq bəzi arzuların gerçəkləşməsinin imkansız olduğunu göstərir.