Yuxuları ilk növbədə günlük həyatımızın bir parçası qəbul edib onlara diqqət etmək və dinləmək lazımdır. Gecə yatmazdan qabaq yuxumuzu xatırlayacağımıza dair bir şərt kəsilməlidir. Yuxular üzərində oxumaq, düşünmək və danışmaq hər ötən gün yuxularımızı daha yaxşı xatırlamamızı təmin edər. Yuxu gündəliyi tutmağı, yuxuları çəkməyin və ya yazmağın çox gözəl faydası olar. Nizamlı olaraq yatmalı, sağlam qidalanılmalıdır. Yuxudan oyanan kimi özünüzə necə bir yuxu gördüyünüzü soruşmalısınız. Amma gözünüzü açıb xarici aləmə diqqətinizi verməmiş olun. Oyanınca olduğunuz kimi tərpənmədən qalın və yuxunuzda nə gördüyünüzü xatırlamağa səy göstərin. Bunları etmək belə bir müddət sonra yuxularınızı nəzarətiniz altına alacaqdır.
Yuxuları qadınlar və kişilər fərqlimi xatırlayar? Onlar fərqli yuxular görürlərmi?
Qadınlar yuxularını kişilərdən daha yaxşı xatırlayarlar. Eynən doğum günləri və evlilik ildönümlərini ya da davaları daha yaxşı xatırladıqları kimi. Kişilər daha çox yuxularında aqressiv və cinsəlliklə əlaqəli yuxular görərkən, qadınlar ev daxili problemlər və insanlararası problemləri yuxularında görərlər. Yəni günlük həyatının eynisini...
Aclıq və qidalanma yuxularımızı dəyişdirirmi? Ac insan özünü mətbəxdəmi görür?
Ac və susuz olan insanlar yuxularında su və qidalarla əlaqəli yuxu görməyə başlayar. Bu tip yuxuları daha çox görərlər. Afrikadakı ac uşaqlar belə yuxuları daha çox görürlər. Demək olar ki, hər gecə... Üstəlik aclığın yuxu canlılığını artırdığı sübut edilmişdir. Onun üçün aclıqla nəfs tərbiyə edilərkən mistik yuxular da canlanır. Bir gün ac və susuz saxlanılmış, yatmazdan əvvəl duzlu yemək yemiş insanlar, yuxu labaratoriysına yerləşdirilmişdir. Onlardan üçdə biri susuzluqla əlaqəli yuxu görmüşdülər. Dad və yemək qoxusu yuxuları daha nadirdir, belə yuxuları daha çox korlar görür. Kabus görənlərə tez-tez “çox yemək yeyibsən?” şəkilində sual verilir. Ağartı məhsulları ilə qidalanan insanların daha çox qəribə və narahat yuxular gördüyü aşkarlanmışdır. Maraqlı bir təcrübə keçirilmiş və orqanik qidalananların daha çox mənalı və təkrar edən, daha tez xatırlanan, su və risk alma yuxuları gördükləri təsdiq edilmişdir. Fast food kimi hazır yeməklərlə qidalananlar isə yuxularını daha az xatırladığını, kabus və cinsi tərkibli yuxular gördükləri öz təsdiqini tapmışdır. Bu səbəblərə görə qidalanmanıza diqqət edin.
Müəllif: Sultan Tarlacı
Tərcümə: Aidə Mahmudova