Qadin.NET / Yuxular və yuxuyozmalar (son)

Yuxular və yuxuyozmalar (son)

Mətnə daxil edilmiş yuxular və yuxuyozmalar beynəlxalq psixoloji mərkəzlərdə yüksək ixtisaslı mütəxəssislər tərəfindən ekspertizadan keçirilmiş və nəşrə tövsiyyə olunmuş nümunələr içərsindən seçilərək əlifba sırası ilə düzülmüşdür.

O

 

Ot

1. Varlı və xoşbəxt həyat vəd edən xoş işarədir. O, alverçilərə - tez varlanma, bütün sevgililərə coşqun məhəbbət vəd edir.

2. Yaşıl otluqda gəzmək – vəziyyətin təcili düzəlməsi, maddi imkanların bir o qədər yaxşılaşdırılması; miras ala biləcəksiniz.

Oturacaq

1. Sizə borclu olan adamlara etibar etməyin.

2. Başqalarını oturan zaman görmək – dostların xoşbəxt şəraitdə qovuşması.

3. Cəmiyyətdə mənfəətli vəziyyətin əlamətidir.

Ovuc (əlin içi) 

Təmiz ovuc – kasıbçılıq əlamətidir, tüklü ovuc – varlılıq deməkdir.

 

Ö

Ölmək

Yuxuda ölmək - dost itirmək işarəsidir.

Öpüş

1. Ananı öpmək - uğurların, övladların hörməti.

2. Bacını və ya qardaşı öpmək – mehriban dostluq.

3. Sevgilini qaranlıqda öpmək – təhlükəyə işarədir.

4. İşıqda öpmək – qadınlara qarşı yaxşı münasibətinizi dəyişməyəcəyinizin əlamətidir.

5. Rəqibiniz sevgilinizi öpsə - hörmətinizi itirəcəksiniz.

6. Öpüşən uşaqlar – ailədə və işdə xoş ab-hava.

 

Yuxular və yuxuyozmalar (son)

 

 

Ördək

1. Yalan xəbərə yozulur.

2.Evinizdə və işinizdə hər şey yaxşı olacaq.

3. Ördək suda üzürsə - xoşbəxt bir dəniz səyahətinə çıxacaqsınız.

4. Uçan ördəklər – sizin taleyiniz bu yaxınlarda üzünüzə güləcək. Mümkündür ki, xoşbəxt bir həyat qurasınız və uşaqlarınız ola.

P

Paxıllıq 

1. Başqalarına qibtə etmək – siz xoş rəftarınız və xoş xasiyyətinizlə yeni dostlarınızın rəğbətini qazanacaqsınız.

2. Kiminsə sizə qibtə etdiyini görmək – sizin problemləri həddən artıq ürəyinə salan dostunuzla anlaşılmazlığa işarədir.

Palçıq

1. Paltara yapışmış palçıq – xəstəlik.

2. Üstünüzə palçıq sıçraması – böhtan. Paltarı palçıqdan təmizləmək – düşmənlərinizin şərindən yaxa qurtaracağınıza işarədir.

3. Ayaqların palçığa batması – şəxsi həyatınızda qanqaraçılıq.

4. Palçığa yıxılmaq – yaşayış yerinin dəyişilməsi.

Palma ağacı

İncəsənətdə uğurlar, sevinc vəd edir.

Paltar şkafı

Şkafda paltarları yerbəyer etmək və orada nə isə axtarmaq qəmgin hisslərə, pis xəbərlərə işarədir; əgər şkafı açıb oradakı səliqədən ləzzət alırsınızsa, sizi xoş şərait gözləyir.

Paltar yumaq

1. Sizin qələbəniz və uğurunuzla bitən mübarizəyə işarədir.

2. Tərtəmiz yuyulmuş paltar tam xoşbəxtliyə yozulur. Əgər yuyulmuş paltarın keyfiyyəti sizi qane etmirsə, onda sizi uğursuzluq gözləyir.

Pambıq

Yaşıl əkin sahəsi görmək – yaxın zamanlarda biznes sahəsində uğurlar əldə edəcəksiniz; yığıma hazır olan pambıq isə var-dövlət və bolluq deməkdir. Tibbdə istifadə olunan pambıq - əbəs, faydasız və lazımsız zəhmətin əlamətidir.

Papaq

1. Papaq qoymaq – şən bayramda iştirak etmək üçün dəvət almaqdır.

2. Köhnə papaq – məqsədə çatacağınıza işarədir.

3. Papağı çıxartmaq – qayğıdan qurtulmaq deməkdir.

4. Qız üçün sevdiyi oğlanı papaqda görmək onun sevgilisinin yanında utancaq və cəsarətsiz olacağına işarədir.

Yuxular və yuxuyozmalar (son)

Payız

Başqa fəsildə gözlənilməz dostlara qəfil kömək kimi yozulur.

Pəncərə

Gözləməyə işarədir; sındırmaq və qırağa çıxmaq – arzuların yerinə yetməsidir.

2. Açıq pəncərə qüssə, heyifsilənmək və kədər, bağlı – çoxdan görmədiyiniz dost üçün darıxmaq.

Pillələr

1. Pillələrlə qalxmaq müvəffəqiyyət və böyük xoşbəxtlik; pillələrlə düşmək – işlərinizdə müvəffəqiyyətsizlik.

2. Pillələrdən yıxılmaq - işarə edilir ki, siz kiminsə paxıllığına və nifrətinə düçar ola biləcəksiniz.

Pişik

1. Pişikləri görmək – göz yaşlarına, dəyişikliyə, ailə mübahisələrinə işarədir.

2. Qara pişik – açıq düşmənə; ağ – hiyləgər dosta yozulur.

3. Pişiyin sizi cırmaqlamasını görmək – dostunuz olmayan biri qılığınıza girmək istəyir.

4. Pişiyin miyoltusunu eşitmək – cəzasını alacaq yalana işarədir.

5. Qadın üçün pişiyi və ya pişik balasını əldə tutmaq – imkan baxımından heç də xoş olmayan işə cəlb olunmaq barədə xəbərdarlıqdır.

Pomidor 

1. Yemək – sağalmağa işarədir.

2. Gənc qız üçün: yetişmiş pomidorlar – evlilikdə xoşbəxt olacaq.

3. Cücərən pomidorlar – ailə həyatında xoşbəxtlik.  

Yuxular və yuxuyozmalar (son)

Portağal

1. Portağal almaq – arzuların təmin edilməsinə yozulur. Portağalı təmizləmək – gördükləri əməllər haqda acı peşmançılıq və təəssüfdür.

2. Təzə və ətirli portağallar – taleyin sizə qarşı yumşalacağını göstərir.

3.Kişilər üçün: həyat yoldaşı üçün portağal almaq və onların yeyildiyini görmək – onun gəlir əldə edəcəyinə, işlərdə çətinliklərin özbaşına həll olacağına işarədir.

Pul

1. Pul tapmaq – böyük müvəffəqiyyət və xoşbəxt dəyişkliyə işarədir; itirmək – evdə və işdə pis hadisə deməkdir.

2. Kağız pullar – sevincdir; mis – göz yaşlarıdır.

R

 

Restoran 

Evdə qarışıqlıq barədə xəbərdarlıqdır.

Rəqs etmək 

1. Sevinc, xoşagəlməzliklərdən azad olmaq işarəsi.

2. Əbəs zəhmət əlamətidir.

3. Rəqs edən şən uşaqlar – xoşbəxt evlilik, mehriban ailə əlaməti.

4. Rəqs edən yaşlı adamlar – işlərdə parlaq perspektivlər.

Rəssam

Yuxuda rəssam görmək – illuziyalardan, boş ümidlərdən ehtiyyatlı olun. Özünüz rəssamsınızsa - sizi əbədi məhəbbət gözləyir.

S

Saat 

1. Saz saat işdə müvəffəqiyyət, sağlamlıq, nasaz – pis həyat, müvəffəqiyyətsizlik, kədər bildirir.

2. Gəlir söz verir.

3. Divar saatı – azart oyunlarda böyük müvəffəqiyyət.

Sabun 

1. Yeni tanışlıqlara, gözlənilən maraqlı qonaqlığa işarədir.

2. Gənc qadın üçün sabundan istifadə etmək – onun heç nəyə ehtiyacı olmayacağına yozulur.

3. Cavan oğlanın yuxuda sabun görməsi – işlərində uğur qazanacaq, əlinə pul gələcəkdir.

4. Sabunla paltar yumaq – günahlardan təmizlənmək və borclardan qurtarmaqdır.

Saçlar 

1. Uzun saç – uzaq yol.

2. Ağ saçlar - əziyyət.

3. Daramaq – həyatda dəyişiklik və ya aldadılmaq nəticəsində itki; çətinliklə daramaq – məhkəmə prosesi.

4. Tökülən saçlar – dostu itirmək.

5. Hörmək – qayğılar; kəsdirmək – xəyanət, satqınlıq.

6. Qalın – zənginlik və güc.

Samovar 

Sakit, həyatın və mənəvi rahatlığın vəd edilməsidir.

Sandıq 

1. Dolu – gəlir, boş – qanqaraçılıq.

2. Var- dövlət xəbəri.

Sarımsaq 

1. Sarımsaq ləkini seyrəltmək – cəmiyyətdə ehtiyacın ifrat dərəcəsi. Belə yuxu gənc qadın üçün sevgi ilə yox, pul naminə evlənməkdir. 2. Sarımsaq yemək – yalnış fikirlərdən əl çəkərək kamilləşmək.

3. Sarımsaq iyi hiss etmək – zəifləmiş sağlamlığın bərpası.

Səhər 

1. Yuxuda səhəri görmək – axşama tərəf darıxacaqsınız.

2. Aydın səhər – yaxınlarda varlanacaqsınız və özünüzdən məmnun olacaqsınız.

Səhər yeməyi 

1. Zehni əməklə məşğul olanlar üçün gözəl yuxudur.

2. Səhər yeməyində yumurta, təzə süd və meyvə ilə dolu boşqab görmək – tezliklə xoş dəyişikliyə işarədir.

Sərçə 

1. Məhəbbət və rahatlıq dolu həyat vəd edir.

2. İşlərdə uğur müjdəçisidir.

3. Toydan xəbər verir.

4. Sərçə tutmaq – yeni tanış qazanmaq; sərçəni tuta bilməmək – kiminsə məhəbbətini qazanmaq üçün əbəs səylər.

Səs 

1. Xoş, sakit – barışıq və həmrəylik; kobud, kəskin – xoşagəlməz hadisələr; ağlar səs – yaxın adamlarınızı incidəcəksiniz.

2. Rəvan səs – yaxşı yeniliklərə, uca səs – qazanca işarədir.

3. Ana üçün: yuxuda öz uşağının səsini eşitmək – kədərli xəbərlər alacaqsınız.

Sırğalar

Bol hədiyyənin vəd edilməsi və əziyyətli sirrin açıqlanması.

2. Şənlik, toy və ya sevgilinizlə görüşün əlaməti.

3. Gələcəkdə yaxşı xəbərlər və maraqlı iş olacaqdır.

Siçan 

1. Gizli düşmənin fitnəsindən, yaxın tanışlarınızın ucbatından itkilərinizin olacağından xəbər verir.

2. Qız üçün bu yuxu - gizli paxıllıq edənləri olduğuna, öz hərəkət və sözlərində ehtiyyatlı olmağın zəruriliyinə işarədir.

Sirkə 

1. İçmək – xeyirsiz işə razılıq verməyiniz üçün həyəcan hissləri keçirtmək. Sizə şər atacaq və şəxsiyyətinizi təhqir edəcəklər.

2. Salatı sirkə ilə hazırlamaq – işlərin korlanması.

Skamya 

1. Skamyada oturmaq – sizə borclu olan adamlara etibar etməyin.

2. Başqalarını oturan görmək – dostların xoşbəxt şəraitdə qovuşması.

Skripka 

1. Ailədə harmoniya və sakitlik.

2. Gənc qadın üçün: skripkada çalmaq onun gələcək şan-şöhrətinə işarədir; əgər skripkada çalmaq istəyi müvəffəqiyyətsizliklə qurtarsa, onda o, kiminsə dost münasibətini itirəcəkdir; yuxu həmçinin onun əlamətidir ki,o, elə əşyalar əldə etməyə çalışacaq ki, onda onlar heç vaxt olmayacaqlar.

3. İnsanlar arasında skripkada çalmaq - sizi ələ salacaqlar.

Soğan 

1. Pis cəmiyyətdən xəbər verir.

2. Kimdənsə qalan mirasa görə ailədə dava-dalaş.

3. Ziyanlıq əlamətidir.

4. Çoxlu soğan - sizə paxıllıq edəcəklər.

5. Soğanı əzmək – düşmənlər sizə uduzacaq.

6. Soğanı yemək – sirriniz açılacaq.

7.Soğanı qızartmaq – ticarətdə gəlir.

8. Soğanı doğrayarkən ağlamaq – rəqibləriniz sizə ziyan vuracaq.

Soyuducu 

1. O deməkdir ki, siz xudbinliyinizdən, öz zəhməti ilə yaşayan bir adamın xətrinə dəyəcəksiniz.

Söhbət 

Söhbət etmək, yaxud söhbət eşitmək – yorucu, darıxdırıcı tanışlıq əlamətidir.

Söyüş 

1. Ciddi söhbətlər haqda xəbərdarlıqdır.

2. Düşmənlə barışığın müjdəsidir.

Stəkan 

1. Boş stəkan – nəticəsiz çalışmalar.

2. Qonaqlıq, şadlıq barədə xəbərdarlıq.

Su 

1. Elə adamlar var ki, yuxularında, demək olar ki, heç zaman sudan çıxmırlar; onlar gah özlərini çayın və ya gölün ortasında, gah da çimərlikdə görürlər. Bu adət həmin şəxsin öz vaxtını ailə şəraitində, sakitlik keçirməyə meylli olduğunu, çox böyük hərəkət tələb etməyən təmrinlərə, oyunlara və istirahətə həvəskarlığını bildirir, yeknəsəq mövcudluğun əlamətidir.

2. Təmiz su içmək – xoşbəxtlik; bulanıq – xəstəlik.

Susuzluq 

1. Yuxuda susuzluq hiss etmək – o, deməkdir ki, siz əlçatmaz zirvəyə qalxmaq istəyirsiniz - əgər suzuzluğunuz keçsə, deməli, ona nail olacaqsınız.

2. Kimisə su içəndə görmək – sizi varlı və hörmətli adamların rəğbəti gözləyir.

3. Təmiz su içmək – sağlamlıq, gəlir və müvəffəqiyyət deməkdir.

4. Çirkli su içmək – yüngül xəstəlik keçirəcəksiniz.

5. Ümumiyyətlə, yuxuda susuzluq hiss etmək – nəyəsə ehtiyacınız var.

Süd 

1. Süd içmək – bol məhsul götürməyə, bolluğa, bərəkətə, sağlamlığa, gəlirə yozulur.

2. Dağılmış süd – müvəqqəti çətinliklərə və narahatlığa yozulur.

3. Turşumuş süd, ayran və ya kefir içmək – dostlarınızın çətinliklərini ürəyinizə salacağınıza yozulur.

Süpürgə 

1. Həyatda tezliklə olacaq müsbət yeniliklərə, artıma yozulur.

2. Yuxuda qadının süpürgə ilə evi süpürməsi – xeyrə yozulan yuxulardandır.Küçə süpürmək – zənginliyin, rifaha qovuşmağın müjdəsidir.

 

Ş

 

Şabalıdlar 

1. Şabalıdları əlində saxlamaq və ya onları yığmaq – siz işlərinizdə zərər çəkməli olacaqsınız, lakin gözəl həyat yoldaşınız olacaqdır.

2. Şabalıdları yemək – qəmginlikdir. Qovrulmuş şabalıd – arzuların təmin edilməsinə; çiyi – mübahisəyə və qarşılıqlı davaya işarədir.

Yuxular və yuxuyozmalar (son)

Şaftalı

1. Şaftalı yemək – var- dövlətə işarədir.

Şam

1. Yanan şam – xoş fürsət sizi çoxdan görüşmədiyiniz dostlarla rastlaşdıracaq; bu yuxu açılan imkanları və yeni görüşləri vəd edə bilər.

2. Yanan şam - ər – arvadlıq, söndürülmüş – ziyan.

3. Şam yandırmaq – gözlənilməz qulluğun əlaməti.

4. Sönən şam – ailədə matəm.

Şam ağacı

1. Hər bir işdə müfəvffəqiyyət vəd olunur.

Şeh

Bolluq, firavanlıq müjdəsidir.

Şəfəq – (qızartı)

Üfüqdə qızartı – şərəf, hörmət və bolluq əlamətidir.

Şəlalə 

Firavanlıq və uğur vəd edir. Bir şərtlə ki, öz hüdudsuz istəkləriniz üzərində qələbə çalasınız.

Şokolad

1. Şokolad konfet – işinizdə münasib tərəf müqabillərinin peyda olacağına işarədir.

2. Köhnə Şokolad – xəstəlik və başqa xoşagəlməz vəziyyətlərə işarədir.

3. İsti şokolad içmək – hadisələrin arzu olunmayan gedişinin qısa sürən mərhələsindən sonra çiçəklənmə dövrünün başlayacağına işarədir.

4. Şokoladı kiminləsə bölmək – sizdən asılı olan şəxsə maddi yardım edəcəyinizə işarədir.

Şorba

1. Sakitliyin və ya dincliyin, yaxşı xəbərlərin əlaməti.

2. Şorba yeyən adamları görmək - ərə getmək və ya evlənmək üçün gözəl imkan.

3. Qız üçün: şorba bişirmək – o, ev işləri ilə məşğul olmayacaq, çünki dövlətli adama ərə gedəcək.

4. Çoxlu şorba yemək – tezliklə sağalacaqsınız.

Şotka

1. Saç darağıyla başı daramaq – uğursuzluğadır, işlərin öhdəsindən yaxşı gəlməməkdir.

2. Geyim təmizləyən şotka – çətin məsələnin həllini gecikdirmək olmaz.

3. Şotkayla geyim təmizləmək – çətin işi gördüyünə görə layiqli mükafatı alacaqsan.

Şüşə

1. Şüşədən baxmaq – qəm-qüssə vəd edilir.

2. Təmiz yuyulmuş pəncərə şüşələrinə baxmaq – hörmətli vəzifə alacaqsınız, amma bu, əhatənizdə konfliktlərlə müşayiət olunacaq.

T

Taxt 

1. Paxılların fitnələri haqqında xəbərdarlıqdır.

2. Sevgilinizlə özünüzü gözəl taxtda görmək – rəqiblərinizin sizi nişanlınızın gözündə ləkələməyə yol axtarmasına işarə; yuxu qətiyyətə çağırır; siz toyu tələsdirməlisiniz.

Taqqıltı 

Qapıdan taqqıltı səsi gəlməsi – tezliklə xoş xəbər eşidəcəksiniz.

Tarakan 

1. Varlı müştəri vədi.

2. Şənlik və sevinc əlaməti.

3. Kiçik, lakin xoşagəlməz hadisələrin baş verəcəyinə işarədir.

Telefon 

1. Öz adınız ətrafında qəzəbli dedi-qodular haqqında xəbərdarlıq.

2. Telefon görmək – Sizi çaşdırmaq istəyən adamlara rast gələcəksiniz.

3. Qadınlar üçün: telefonda söhbət - paxıllığını çəkən çox adamların olduğuna işarə, ancaq o, əhatəsindəki şərə qarşı dayana biləcək.

Tək-tənha 

Evlənməyə qədəm qoymaqdır. Birgə həyatda harmoniyasızlıq, ümidsizlik həmişə sizinlə olacaqdır.

Təmizlik 

1. Qadın üçün - ərin münasibəti yaxşılaşacaq, uşaqlar şən və sözə qulaqasan olacaqlar.

2. Evdə çirk görmək – bədbəxtlikdir.

Tərəvəz 

1. Tərəvəz yemək - gözlənilməz uğur vəd edir. Məhəbbətdə müvəffəqiyyət.

2. Bəzi tərəvəzlər - boşuna çalışmalar, boş yerə vaxtını və pulunu itirmək.

3. Əzik və ya çürük tərəvəzlər – qəm- qüssə gətirəcəkdir.

Tırtıl 

1. Paxıllıq əlamətidir.

2. Mübahisə və pis hadisələrdən xəbər verir.

Tısbağa 

1. Sizi tezliklə xoş hadisə gözləyir. 

2. Uzun varlı həyat vəd edir.

3. Sürünən tısbağa – işlərdən əmin olmaq: arxası üstə çevrilən tısbağa – sizi bədbəxtliklə təhdid edir, ancaq onu aradan götürmək çətin deyil.

4. Məqsədlərinizin həyata keçirilməsində çox ləngsiniz.

Top 

1. Uşaqlıq dostunuzla tezliklə görüşəcəyinizə işarədir.

2. Cırılmış top – arzularınızın boşa çıxacağına və bütün işlərdə uğursuzluğa işarədir.

Tort 

1. Tort – demək olar ki, cəmiyyət və ya uğurlu işdən alınan böyük həzz əlamətidir.

2. Sevdiyiniz xəmir məmulatları - sevgilinizin sizə tamamilə layiq olması əlaməti.

3. Təzə tort – yaxşı əziyyət çəkmiş adama gəlir, cəsur və zirək adama əlverişli şans, sevgililərə isə xoşbəxtlik əlaməti.

4. Cavan qadın üçün toy tortu görmək – uğursuzluq əlaməti, tort bişirmək də yaxşı yuxu deyil.

Toy 

1. Həyəcan vəziyyətindən çıxış yolunu tez tapmalısınız.

2. Gənc qadın üçün ərə gəlmək təklifini qəbul etmək – xəyallar və gümanlar yalan olmayacaq.

3. Dost ya da tanış adamın toyunda olmaq – müvəffəqiyyət gəlinin görüşündən asılıdır.

4. Şad olmaq vədi.

Toyuq 

1. Gözlənilməyən qonağa işarədir; çoxlu toyuq – qonaqlara işarədir.

2. Dən yeyən toyuqlar – pula; cücəli toyuq - ziyana işarədir.

3. Ailə üzvləri lə şən görüşə, o cümlədən ailənin bir üzvünün artmasına işarədir.

Tutuquşu 

1. Uçan – xaricdən xəbərlər; qəfəsdə oturmuş – yalan şayiələr, fırıldaq.

2. Tutuquşunun səsi – xoş olmayan görüş.

Tülkü 

1. Gizli düşməniniz var.

2. Tülkünü öldürmək - uduş; sığallamaq - təhlükə deməkdir.

3. Həyətə gizli girmiş tülkü - paxıl dostlarınızdan özünüzü qoruyun; sizin adınız şübhə altındadır.

4. Tülkü ilə mübarizə etmək – siz hiyləgər adamla rastlaşacaqsınız.

Tüstü 

1. Yalançı şöhrətin əlamətidir.

2. Otaqda tüstü - tezliklə qalmaqal.

3. Tüstü – mühüm işlərdə razılıq.

4. Uzaqda tüstü – bir müddətdən sonra çox vacib xəbər alacaqsınız.

U

 

Uçmaq 

Özünüzü uçan görsəniz - sevgidə uğurdur.

Uşaq 

1. Ağlayan uşaq – səhhətin pisləşməsi və məyusluq; gülən uşaq – sevgi.

2. Şən təmiz uşaq – sevginin mükafatlanması və möhkəm dostluq müjdəsi.

Uşaq arabası 

Vəfalı dostunuz tərəfindən xoş sürprizin nişanəsidir.

Uşaqlar 

1. İşlərdə müvəffəqiyyətdən xəbər verir.

2. Uşaqları öpmək – sağlamlıq və mənəvi sakitlikdir.

3. Balaca uşaqlarla oynamaq – sizə böyük zərər verə biləcək düşüncəsizliyin, ehtiyyatsızlığın əlamətidir.

Uzanmaq 

1. Yataqda uzanmaq - uzaq yol əlamətidir.

2. Xəstəliyiniz uzun çəkəcək amma sağalacaqsınız.

Ü

 

Ütü 

Ayrılıq nişanəsidir. 

  

15 oktyabr 2014
GO BACK