Qadin.NET / Yuxular və yuxuyozmalar (7)

Yuxular və yuxuyozmalar (7)

Yuxular və yuxuyozmalar (7)

Mətnə daxil edilmiş yuxular və yuxuyozmalar beynəlxalq psixoloji mərkəzlərdə yüksək ixtisaslı mütəxəssislər tərəfindən ekspertizadan keçirilmiş və nəşrə tövsiyyə olunmuş nümunələr içərsindən seçilərək əlifba sırası ilə düzülmüşdür.

C

Cücə

1. Ağ cücələrlə əhatə olunmuş toyuq – kasıblıq.

2. Anasından ayrılımış cücə - qayğı və zəhmət barədə xəbərdarlıqdır, hansı ki, bəzən xeyir gətirəcək.

3. Balaca, indicə yumurtadan çıxmış cücələr – müvəffəqiyyətli başlanğıc; onları yemək – eqoistlik sizin təmiz adınıza xələl gətirəcək.

4. Bütün ailə üzvlərinizə kef vəd edir.

5. Sevinc, gəlir, dövlət vəd edir.

6. Sizə qarşı hazırlanan pis niyyətlərdən xəbər verir.

Cüllüt

 Uzaq yerlərdən məktub alınmasının müjdəsidir.

 

Ç 

Çanta

Yaxınlarınızda birinin edəcəyi hərəkət sizi hiddətləndirəcək.

Çapaq (balıq)

Ağır və uzun sürən xəstəlik əlamətidir.

 

Çay

1. Çayda üzmək – gəlir müjdəsi.

2. Çay kənarında olmaq – uzaq səfər müjdəsidir.

Çay (içki)

1. Çay içmək – sevinc, əminamanlıq və ailə xoşbəxtliyi.

2. Çay istəmək – çağırılmamış qonağın gəlməsi.

3. Çay dəmləmək – xoşagəlməz halın axıra çatması, hansı ki, yaxın vaxtda elədiyinizə peşman olacaqsınız.

4. Dostlarınla çay içmək – yeni hisslər. İnsanlara kömək etmək sizə sevinc gətirəcək.

Çiçəklənmə

İşlərinizdə müvəffəqiyyət deməkdir.

Yuxular və yuxuyozmalar (7)

Çobanyastığı

Qadınlarda – xəstəlik, kişilərdə - dilxorluq və narazılıq əlamətidir.

Çömçə

Əbəs yerə pul xərcləmək, ifrat dərəcədə var – dövlətdir.

Çörək

1. İsti çörəyi yemək – arzuya çatmaq deməkdir.

2. Təzə çörəyi görmək və onu götürmək – yaxşı əlamətdir.

Çuğundur

1. Çuğundurun gözəl yarpaqlı bitməsi – məhsuldarlıq və sülh olacağına işarədir.

2. Başqa insanlarla çuğunduru yemək – xoş xəbərlərin olacağına işarədir.

Daraq

1. Sizi yol gözləyir.

2. Daraqla daranmaq – yeni tanış qazanmağı, məhəbbətdə uğuru və məhkəmə davasında udmağı bildirir.

3. Sınıq qadın darağı görmək – məhəbbətdən soyumaq.

Dekabr

Var – dövlətin toplanması, lakin dostluğun itməsi əlamətidir.

Delfin

Yeni hökümətin təsiri altına düşmək meylidir.

Dəniz

1. Çimərlik, sahil boyu addımlamaq – uzaq yola; dənizə baxmaq – uzaqdan xəbər alacağınıza yozulur.

Dəvə

1. Pis hadisə barədə xəbərdarlıq.

2. Cəsur əməl və şan – şöhrətin əlamətidir.

3. Var dövlətə dözümə işarədir.

Yuxular və yuxuyozmalar (7)

Duz

1. Müvəffəqiyyətə və cansağlığına işarədir.

2. Mübahisədir.

3. Siz yad adamllarla əhatə olunmusunuz.Fikir verin ki, yuxuda duz görən kimi işləriniz tərsinə gedir, ailədə söz - söhbət yaranır ayrı – seçkilik düşür.

4. Əti duzlamaq – daimi borclar üstə narahatçılığa işarədir.

5.Qız üçün: duz yemək – sevgiliniz sizi gözəl rəqibə dəyişəcək və bu qürurunuza toxunacaq.

6. Ağzı dolu duz – var- dövlətə malik olacaqsınız.

7. Duz yerə dağıtmaq – müflüsləşməyə və əhvalın pisləşməsinə işarədir.

Duzaq (tələ)

1.Tələdə heyvan – qohumlarınızdan sizə bədbəxtçilik gələcək. 2. Boş tələ - itki deməkdir.

3. Tələ qurmaq – xəbərdarlıq; tələyə düşmək – uğur deməkdir.

Dükan

Cürbəcür mallar ilə - xeyirli iş; ət dükanı – xəstəlik deməkdir.

Dülgər

Dülgərin işini izləmək – siz maddi vəziyyətinizi istirahət və əyləncədən imtina edərək yaxşılaşdıracaqsınız.

Düymə

1. Gənc qadın üçün – gözəl və varlı insana bağlılıq.Gənc oğlan üçün: hərbi vəzifə haqqında xəbərdarlıq.

2. Düyməni itirmək – itkiyə işarədir.

Yuxular və yuxuyozmalar (7)

Düyü

1. Sağlamlıq, gəlir, dinclik və rifah əlaməti; uğur və dost münasibətlər müjdəsi.

2. Düyü yemək – səadət və ailədə əmin - amanlıq.

3. Zibilli düyü – xəstəlik və dostlarla pozuluşma təhlükəsi.

4. Qız üçün: düyü bişirmək – tezliklə yeni vəzifələrin olacağına, həmçinin bunların onu xoşbəxt və zəngin edəcəyinə işarədir.

5. Bulyonda bişmiş düyü yemək – ayrılıq, süddə bişmiş düyü yemək – mübahisə,dedi - qodu.

E

Elçi düşmək

Yaxın gələcəkdə yalan, şayiələr,savaşmalar olacaqdır.

Eşşək

1. İnciklik barədə xəbərdarlıq, təhqiredici xəbərlərdir.

2. Planların pozulması gümanı.

3. Artan əmək və qayğıların maddi cəhətdən əvəzinin verilməsi.

4. Müvəffəqiyyət barədə xəbərdarlıq, şan - şöhrət, məhşurluq və firavanlıq.

Eşşək arısı

1. Dedi – qodudan xəbərdarlıq, düşmənçilik və xoşagəlməz hadisələr.

2. Uzunmüddətli dostluğun sonu barədə xəbərdarlıq və ya ümidsizlikdir. Ola bilsin ki, düşmənləriniz sizə böyük dilxorçuluq gətirəcək.

3. Eşşəkarısı tərəfindən sancılmaq – paxıllıq,düşmənlərin nifrəti və ya məhəbbətdə rəqibə işarədir.

4. Arını öldürmək öz düşmənlərinizin hücumlarının və cəzalarının qarşısını almaqdır.Eşşəkarılarını görmək – düşmənlərdə itki,sancılmış görmək yadların paxıllığı.

Ev

1. Xəstə üçün: ev tikmək – tezliklə ölüm,sağlam üçün - əziyyət, qayğı əlamətidir.

2. Yanan ev – böyük gəlir nişanəsidir.

3. Ev görmək - təhlükəlidir; tikmək – işlərin yaxşılaşması ; evdə yeri süpürmək – qonaq gələcəyini bildirir; evdə yeri silmək – ölümü,ayrılığı bildirir.

4. Damı uçmuş ev görmək – başqa yerə köçmək, evdə olmaq - dedi – qodu, narazıçılıqdır; baba və ya nənənin evi - ailədə ölüm,böyük bədbəxtlik əlamətidir.

5.Atılmış evə rast gəlmək – qəmli hadisələr deməkdir.

6. Köhnə evinizdə olmaq - yaxşı xəbər almaq deməkdir.

7. Təzə evə köçmək - təcili məlumatlar və tələsik səfərlər deməkdir.

Ev quşu

1. Pul xərcələmək üçün xəbərdarlıqdır.

2. Qız üçün: ev quşunun dalınca getmək - vaxtının boş əyləncələrə sərf olacağını bildirir.

Eybəcər

1. Yuxuda bir eybəcər adam görmək, o deməkdir ki, uğura və böyük bir mirasa sahib olacaqsınız.

2. Cavan aşiqlər üçün - şübhə işarəsidir.

3. Hamilə qadın röyasında bir eybəcər uşaq dünyaya gətirdiyini görərsə - uşağı çox xoşbəxt olacaq.

Eynək

1. İnamsızlıq, yalan və şübhələrə işarədir.

2. Sınmış eynək – xəyanətə və yaxud yaxın adamla ayrılığa işarədir.

3. Cavan qız üçün: sevgilisini eynəkdə görmək - sevdiyi adamla dava – dalaşa, ayrılığa işarədir.

Eyvan

1. Sevgidə təhlükə haqda xəbərdarlıqdır; eyvandan baxmaq - işlərin müvəffəqiyyətli bitməsinin vədidir; sevgililər üçün eyvan – uzunsürən vidalaşma, qəti ayrılığın müjdəsidir; yuxuda eyvan görmək – yanında olmayan dostlar haqda xoşagəlməz xəbərlərdir.

2. Öz evinin yanında eyvan görmək - şərəf və başlanmış işin müvəffəqiyyətlə bitməsinə yozulur.

Ə

Əcnəbi

1. Gələcəkdə əla sağlamlığa və başqa xoş hadisələrə yozulur. 2. Əcnəbi ilə qarşılaşmaq – artıq bir neçə il ölmüş hesab edilən kreditorun üzə çıxmasına yozulur.

3. Yaraşıqlı əcnəbi - işlərdə uğura; çirkin görünüşlü əcnəbi – ümidin boşa çıxmasına işarədir.

4. Özünü əcnəbi görmək – həqiqi dostlarınız var.

Ədviyyat

1.Əyləncə dalınca qaçmaqla öz reputasiyanıza zərər gətirə bilərsiniz.

2. Qız üçün - yeməyə ədviyyat qatmaq – kiminsə saxta görünüşü diqqəti özünə cəlb edəcək.

Əkizlər

Adi əkizlər - işlərdə əminlikdir, siam əkizləri – hansısa mürəkkəbləşmələrə işarədir.

Əks – səda

1. Uzaqdan gələn xəbər.

2.Bu onun əlamətidir ki, uğursuz bir xəstəliyə görə işiniz yarımçıq qalacaq,dostlarınız isə sizi atacaqdır.

Yuxular və yuxuyozmalar (7)

Əqrəb

1. Əqrəb görmək – xain dostlarınız sizi gözdən salmağa çalışacaqlar.

2. Məhkəməyə və məhkəmə davasına işarədir.

3.Əqrəb öldürmək – sizə qarşı olan böhtanın açılacağına işarədir.

Əl

1. Bədənsiz əl - zərər və təhlükədir.

2.Gözəl əllər – sizi məhşurluq, işdə kamilliyinizin artması və cəmiyyətdə yüksək mövqe gözlədiyinə işarədir. 3. Əllərdə qan olması – yaxın olan adamların müvəqqəti olaraq sizə qarşı soyumaları, dostun nahaq yerə ittiham edilməsi.

4. Zədələnmiş əl – Gerçəklikdə sizin üçün əziz olanın bir hissəsini güzəştə gedəcəyinə işarə.

5.Əlini yandırmaq – daha qiymətli olanı itirməmək üçün sərvət dalınca qaçmamaq barədə xəbərdarlıqdır.

6. Çirkli əllər – sizi sevənlərə qarşı haqsızlığa yol verdiyinizə işarədir.

7. Bağlı əllər – gələcəkdə çətinliklər,təhlükə kasıblıq və gücsüzlük.Yuxuda onları aça bilsəniz, gerçəkdə vəziyyətə sahib ola biləcəksiniz.

8. Əlləri yumaq – qayğılardan azad olmaq; sağ əl -azad olma; sol əl-qayğılar.

9. Uşaq əlləri –xoşbəxtlik.

Əlcək

 1. Yaxın adamla ayrılıq.

2.Əlcək taxmaq- var-dövlət.3.Əlcəkləri çıxarmaq - sizi işlərinizdə və məhəbbətdə kiçik uğur gözləyir.

Əlil

1.Sizin maraqlarınıza müdaxilə edən,xoş olmayan partnyora işarədir.

2.Rahat qocalığa yozulur.

3.Əlil arabasında oturmuş adam - sizin ürəyinizi kövrəldəcək aclığa və faciəyə işarədir.Ona görə də kasıb, yazıq adamlara hər cürə kömək edəcəksiniz.

4. Özünü şikəst görmək – xoşagəlməzliklərə yozulur.

Əmək haqqı

1. Maaş almaq – yeni sahibkarlığa başlayan insanlar üçün gözlənilməyən uğurdur.

2. Əmək haqqını ödəmək – işçilərin narazılığına yozulur.

3. Maaşın aşağı düşməsi - sizin əleyhinizə olan xoşagəlməz hərəkətlər.4. Maaşın artması – istənilən işdə qeyri-adi hala işarədir.

Əmi (bibi,xala,dayı) oğlu,qızı

1. Məyusluğun və kədərin qüssənin xəbərdarlığıdır; onlarla məktublaşma – ailələr arasında əlaqələrin birdəfəlik kəsilməsinin əlamətidir.

2. Əmi (bibi,xala,dayı) oğlunu görmək – düzgün və xeyirxah insanla dostluq; əmi qızını görmək- aldanma,dedi-qodu,küsmək işarəsidir.

Yuxular və yuxuyozmalar (7)

Əncir

1. Yemək – həyəcanlı tələskənliyə yozulur.

2. Böyüyən əncir – olduqca gözəl əlamətdir. İşlərinizin sakit axarına və əla sağlamlığa işarədir. Qız üçün: onun bütün arzularını reallaşdıracaq evliliyə işarədir.

Ər

1.Ərlə küsmək - Onun sizə böyün inamı və hörmətinə yozulur.Bu yuxu həm də ailədən kənarda narahatlıq olacağına da xəbər verir.

2.Öz ərini xoşbəxt görmək – evdə bolluğa, bərəkətə işarədir.

3.Qız üçün özünü ərdə görmək – ona xarici görünüşünə və hərəkətlərinə diqqətli olmaq məsləhət görülür.

Ardı var...

 Müəllif: Azad Nəbiyev

Əsər psixoanalizin banisi Ziqmund Freydin solmaz xatirəsinə ithaf olunur.

Folklorda fasiləsiz transfer və yuxu pradiqmaları

1 oktyabr 2014
GO BACK