Qadin.NET / Yuxu yozmaları - D

Yuxu yozmaları - D

Dağ - dağa dırmanan adam yüksəkliyə ucalacaq,dağdan aşağı yuvarlanmaq sizi üzəcəklər.

 

Dayı - yuxuda dayı,əmi görən adamın üstünə kimsə borca gələcək

 

Dalğa - röyada özünü dənizdə dalğalarla çarpışan görmək-həyatınız son dərəcə uğurlu olacaq.

 

Damar - damarından qan axan görən zəngin kasıblaşar

 

Dana - xəstəlikdi

 

Daraq - qız görsə ərə gedər,oğlan görsə sıxıntıya düşər.

 

Darçın - üzüntülü xəbər.

 

Daş - bir yerdə çoxlu daş şad xəbər,biri sənə daş atırsa düşmən,deməkdir.

 

Dəvə - erkək dəvə pis xasiyyət,dişi dəvə bolluq dəvəyə minmək kiməsə kömək edəssən.

 

Dəvəquşu - zəngin biriylə evlənmək

 

Dəli - özünü dəli görənin ömrü uzun olar.

 

Dəmir - dəmir döymək-kimsə sizinlə pis rəftar edəcək əyilmiş dəmir-sevgilindən küsməkdir

 

Dəniz - sakit dəniz sülh əmin-amanlıq,dalğalı dəniz təhkükə,qaranlıq zülmət dəniz isə-işləriniz bütünlüklə tərs gedəcək

 

Dərviş - özünü dərviş görmək zənginliyə işarədi

 

Diş - yuxuda dişlərin birinin sallanması xəstəlik əlamətidir,qızıl və gümüş dişlərin olması bədbəxtlik və xəstəlikdir, dişi çəkdirmək-gəlirli iş deməkdir

 

Dırnaq - qopmuş dırnaq səfalət,uzun çirkli dırnaq,pul və mal itkisi,manikürlü dırnaq eşq acısıdır

 

Dovşan - dostluq əlamətidir.

 

Dodaq - yuxuda qadın dodağı görmək kimsə haqqınızda pis söz danışır.

 

Dondurma - dondurma yemək eşqdə uğur qazanacan

 

Donuz - donuz ümumiyyətlə pisdir,ətini yeyənin əlinə haram pul keçəcək

 

Döşək - ayrılıq deməkdir

 

Dua - röyada dua etmək ya ibadətlə məşğul olmaq həyatınız səadət içində keçəcək

 

Duvaq - murada çatmaqdır

 

Düşmən - düşməni yerə yıxmaq, bir təhlükə gözlənilir.

 

Düşmənçılik - Allah düşmənləri ilə düşmənçilik etmək,Allah sevgisidir

 

Düyün - düyün açmaq bir işin yaxşı sonluqla bitməsidi

 

Düşmək(Yıxılmaq) - yuxuda yıxılan bir  az diqqətli olmalıdı

 

Durna - yoxsulluqdu

 

Dost - xeyir əlamətidir,yuxuda dost qazanmaq həyatda da dost qazanmaqdı

 

Dəri – qorxunc xəbər olacaq

 

Dərs kitabı - peşimançılıq

 

Dəsmal - ayrılıq

 

Dəfinə - dəfinə tapmaq yaşayışın asanlaşacaq

 

Dəfn etmək - toya dəvətdir

 

Daban - ayaqqabı dabanı övladdır,dabanının qırıldığını görənin övladı ölər

 

Divar - bir adamla arada olan divarı sökmək ,həmin adamla münasibətin yaxşılaşacaq

 

Divar saatı - yatmış görmək yaxşı sayılmaz

 

Dirsək - yıxılıb dirsəyini sıyırmaq yaxşı əlamət sayılmaz

 

Dövlət başçısı - yuxuda dövlət başçısı görmək güzəranın yaxşılaşmasıdı

15 mart 2011
GO BACK