Qadin.NET / Yuxular və yuxuyozmalar (4)

Yuxular və yuxuyozmalar (4)

Yuxular və yuxuyozmalar (4)

Mətnə daxil edilmiş yuxular və yuxuyozmalar beynəlxalq psixoloji mərkəzlərdə yüksək ixtisaslı mütəxəssislər tərəfindən ekspertizadan keçirilmiş və nəşrə tövsiyyə olunmuş nümunələr içərsindən seçilərək əlifba sırası ilə düzülmüşdür.

A

Ah – Nalə

1. Dostlarını, yaxud mülkiyyətini itirdiyinə görə heyifslənmək, ah-nalə etmək–bir çox əzablardan və indiyənədək sizin üçün fərəh, rifah mənbəyi olanlarla çətin mübarizədən xəbər verir.

2. İtirdiyiniz qohumlarınız üçün ağlamaq–ah-nalə etmək xəstəlik və ümidlərin puça çıxması deməkdir. Lakin bunların nəticəsində öz həmkarlarınızla tam qarşılıqlı anlaşmaya gəlib çıxacaqsınız. Bu isə sizin üçün gələcək perspektivlər açacaq.

Axıtma

Nəyisə axıtmaq ailə üzvləri ilə mübahisəyə işarədir.

Axsamaq

1. Özünü axsayan görmək pis xəbərlərə yozulur.

2. Axsayan adam xəstəliyə yozulur.

3. Qadın axsadığını görərsə, arzularına çatmayacaq.

4. Çətin bir səyahətə çıxacaqsınız və yolunuz uğursuz olacaq. Axsamaq uğursuz işlərə yozulur. Başqaları axsayırsa, dostunuzdan inciyəcəksiniz.

Axşam

1. Xeyirsiz sövdələşmə barədə xəbərdarlıq.

2. Axşam düşdüyünü hiss etmək–axır vaxtlar buraxdığınız səhvlər üzündən arzularınız həyata keçməyəcək.

3. Sakit bir axşamda təmiz, ulduzlu bir səma–kədərli hadisələr, lakin sonra sizi uğurlar gözləyir.

4. Kiminləsə axşam gəzintisinə çıxmaq–xoşagəlməz hadisələrə işarədir.

Axşam qonaqlığı

1. Tanımadığınız şəxslərlə axşam qonaqlığında olmaq-düşmən qazanacaqsınız.

2. Şən və xoş qonaqlıq–həyatda ümidlərinizin boşa çıxmasından yaxa qurtaracaqsınız.

Ailə

Mehriban və xoşbəxt ailə sağlamlığın və imkanlılığın əlamətidir. Lakin ailədə sakitlik və sağlamlıq yoxdursa, belə yuxu ümidsizlik və ruh düşkünlüyü vəd edir.

Yuxular və yuxuyozmalar (4)

Aktrisa

Məhəbbətdə xəyanət və təhqir olunmuş hissin işarəsidir.

 

Aktyor

1. Riyakar dost və yalançı yoldaşa işarədir.

2. Ləzzət və yaxın adamların təriflərini vəd edir.

3. Yuxuda aktrisa görmək xoş görüşlərin müjdəçisidir.

4. Əzab çəkən aktrisanı yuxuda görmək–dostlarınızın problemlərinə mərhəmətlə yanaşacaqsınız.

5. Özünüzü aktrisa rolunda görmək həqiqətdə qazanca görə əziyyət çəkəcəyinizə və bu əziyyətlərin müvəffəqiyyətlə nəticələnəcəyinə işarədir.

6. Cavan qadın üçün aktyora ərə getmək–nəticədə öz sevgilisi haqda yaxşı fikirləşmək lazım olduğuna işarədir.

Ala-qaranlıq

Sizin həyatınızda çətinliklər dövrü başlayır.

Yuxular və yuxuyozmalar (4)

 

Albalı

1. Cinayətkar məhəbbətə və qeyri–qanuni əlaqəyə işarədir.

2. Albalı ağacı əkmək–zənginlik.

3. Albalı görmək-əgər siz dostcanlı və təmannasızsınızsa, onda bu yuxu uğur və şöhrətdən xəbər verir. Albalı yemək–siz çoxdan arzuladığınız əşyanın sahibinə çevriləcəksiniz.

4. Yaşıl albalılar–yaxşılığa doğru dəyişikliklər, uğurdur.

5. Albalını dərib yemək–xoş güzəran, firavanlıqdır. Albalı içkisini içmək–dilxorçuluq, mədənin pozulması. Barsız albalı ağacı görmək–yoldan çıxmaqdır.

Yuxular və yuxuyozmalar (4)

Albom

1. Sevinc və şadlığın müjdəsidir. Gözlənilməz görüş, müvəffəqiyyət dost qazanacağınıza işarədir.

2. Cavan qadın üçün fotoşəkilli alboma baxmaq sevincə, tanışlığa işarədir.

Alçalma

1. Özünü alçalmış görmək–sizi uğurunuzun qabağını kəsəcək qəmli xəbərlər gözləyir.

2. Başqalarının alçalmağını görmək–dostlarınızın gözlənilməz xəyanətinə və küsülülüyə işarədir.

Alətlər

1. Hər hansı bir işin uğursuz sonluğuna işarədir.

2. Qırılmış alətlər dostlardan və ya qohumlardan kiminsə ciddi xəstəliyinə, işlərdə uğursuzluğa yozulur.

Yuxular və yuxuyozmalar (4)

Alma

1. Bir çoxları üçün yaxşı yuxudur.

2. Ağacda qırmızı alma arzuların həyata keçməsi, çürük-səyləriniz hədərdir.

3. Yaşıl yarpaq arasında gözəl alma–son dərəcə yaxşı yuxudur.

4. Çürük və qurdlu alma yemək-yaxşılığa yozulmur.

5. Kal alma yemək–mənəvi və fiziki əziyyətlərə işarədir.

Yuxular və yuxuyozmalar (4)

Alov

1. Varlanmaq imkanına işarədir.

2. Güclü təlatümə (tufana) işarədir.

3. Əsəbiliyə işarədir.

4. Alovla mübarizə-əgər siz varlanmaq istəyirsinizsə, böyük səy göstərmək lazım gələcəyinə işarədir.

Ardı var...

Müəllif: Azad Nəbiyev

Əsər psixoanalizin banisi Ziqmund Freydin solmaz xatirəsinə ithaf olunur.

Folklorda fasiləsiz transfer və yuxu pradiqmaları

20 sentyabr 2014
GO BACK