Qadin.NET / Yuxular və yuxuyozmalar (3)

Yuxular və yuxuyozmalar (3)

Yuxular və yuxuyozmalar (3)

Mətnə daxil edilmiş yuxular və yuxuyozmalar beynəlxalq psixoloji mərkəzlərdə yüksək ixtisaslı mütəxəssislər tərəfindən ekspertizadan keçirilmiş və nəşrə tövsiyyə olunmuş nümunələr içərsindən seçilərək əlifba sırası ilə düzülmüşdür.

A

Adəm və Həvva

Onları yuxuda görmək sizin işlərinizi pisliyə doğru dəyişdirən hadisələrdən xəbər verir. Həvvaya ilan sarmaşdığını görmək sizə gözləyən xəyanət haqda xəbərdarlıqdır. Adəmlə ilanın söhbətini eşitmək ondan xəbər verir ki, bir mərkli şəxs sizi böhtanlamaq və ləkələmək fikrindədir. Bu da işinizin pozulmasına gətirib çıxaracaqdır.

Afrika

Yuxuda özünü Afrika adamyeyənləri ilə əhatə olunmuş görmək sizi düşmənləriniz tərəfindən sıxışdırılacağınız barədə xəbərdar edir. Qadın üçün Afrika mövzusunda yuxular görmək onu heç nə ilə əyləndirilməyəcək, maraqsız səyahət gözlədiyini bildirir.

Aeroport (hava limanı)

1. Qarşıda duran ayrılıqlar, öz dəyərlərinizə yenidən qiymət verəcəyinizə işarədir.

2. Özünüzə olan inamsızlığınız və qətiyyətsizliyiniz yeniliyə doğru hərəkət cəhdlərinizi dayandırır.

Yuxular və yuxuyozmalar (3)

Ağac

1. Bəhrəli ağac gəlir, bəhrəsiz-narazılıq, quruyan-itkidir.

2. Gül açan ağaclar müvəffəqiyyət, sevincdir kəsilmiş ağac itkilər, çılpaq ağac çətin, əzablı qocalıq, ağaca çıxmaq işlərdə müvəffəqiyyət və şöhrətdir.

3. Evlilərə (kişi) ağac calaq etmək uşaqların dünyaya gələcəyini göstərir. Subaylar üçün evlənməyi bildirir.

4. Yarpaqla dolu çoxlu ağac parlaq ümidlərdir.

5. Lüt, çılpaq ağac halsızlıq və uzun sürmüş xəstəlik nəticəsində qocalığın vaxtından əvvəl gəlməsini göstərir.

6. Qarla örtülmüş ağac sevgiliniz tərəfindən sizə qarşı laqeyd və soyuq münasibətin sübutudur.

7. Kəsilmiş ağac matəm, ailəvi hüzürdür.

Ağac obrazı yuxu görənin daxili “mən”-inin həyat strukturunu əks etdirir. Onun kökləri torpaq və fiziki bədənlə, ailə kökləri və mədəni köklərlə olan əlaqənin ifadəsidir. Onun gövdəsi varlığın, həyatın enerjisinin istiqamət yollarını, inkişaf, sevgi, fikir, emosiyanı göstərir. Budaqlar həyatda inkişaf etmiş “mən”-in imkanlarını, istiqamətini, müxtəlif hüdudlarını bildirir. Bahar yarpaqları, tökülən yarpaqlar yeni inkişafı, həyatın mərhələlərini göstərir. Meşə və ya ağac qrupu insanı varlığının özünün təbii gücünü, başqa insanların şəxsi inkişafını və “mən”-i ilə əlaqəsini, qurumuş ağac keçmiş həyat yolunu, rəhmətə getmiş qohumunu bildirir. Yıxılan ağac hansısa bir təhlükənin simvoludur. Bayram yolkası və başqa həmişəyaşıl ağac ötən təcrübənizdə əbədilik aspektinin ifadəsidir. Ağacdan asılan insan ya heyvan şəxsi qurbanın simvolu, gələcək inkişafın mümkün olan başlanğıcı əlamətidir. Palıq – mərdliyin, gücün əlaməti, gül açan ağac qadınlığın, bərəkətin simvoludur.

Ağac ayaq

Ağac ayaqlarla gəzmək bugünkü müvəffəqiyyətin möhkəm olmadığına, etibarsızlığına işarədir. Ağac ayaqlardan yıxılmaq və yaxud onların qırıq olmasını hiss etmək kənar şəxslərin ucbatından bəlaya düçar olmaq deməkdir.

Yuxular və yuxuyozmalar (3)

Ağaclar

Ağaclıqda tənha gəzmək təklik və darıxmaq əlamətidir. Çoxlu adamla ağaclıqda gəzmək şən cəmiyyətdə iştirak, görkəmli nailiyyətlərdir. 

Yuxular və yuxuyozmalar (3)

Ağlamaq

1. Ailə həyatında pis xəbərlərə və pis hissiyyatlara işarədir. İki nəfəri ağlayan görmək işlərin qəmli qarışıqlıqlardan sonra yenidən  bərpa olunmasına işarədir.

2. Şadyanalıq əlamətidir.

3. Gənc qadınlar üçün sevdiyi ilə özünün arasında ötəri mübahisələrə işarədir.

4. Ticarətçilər üçün işlərin gerilik və xırda narazıçılıqlara işarədir.

Ağrı

1. Belə yuxu adətən fiziki səbəblərdən doğur və onun ətraflı yozulmasına ehtiyac yoxdur. Arabir ağrı hiss etmək sizin başınıza böyük fəlakət gələcəyinə işarədir. Başqalarının ağrıdan əzab çəkdiyini görmək mümkün olan səhv haqda xəbərdarlıq.

2. Yığıncaq və ya klubda ağrı pis əhval və xəstəlikdir.

Ağ turp

1. Mümkün pisliklər haqqında xəbərdarlıq.

2. Ağ turp yemək cəmiyyətdə pərt olmaq gözlənilir.

Ağ tük

Öz başında ağ tük görmək gözlənilmədən varlanmaqdır.

Ah

1. Dərddən ah çəkmək gözlənilməz kədərin nişanəsidir.

2. Kiminsə ah çəkdiyini eşitmək sevimli dostunuzun xətası üzündən ağır həyacanlar keçirəcəksiniz.

Ardı var...

Müəllif: Azad Nəbiyev

Əsər psixoanalizin banisi Ziqmund Freydin solmaz xatirəsinə ithaf olunur.

Folklorda fasiləsiz transfer və yuxu pradiqmaları

17 sentyabr 2014
GO BACK