Qadin.NET / Yuxu yozmaları - B

Yuxu yozmaları - B

Baba - Röyada babanı görmək çoxlu uşağın olacağına,məsud həyat sürəcəyinə işarədi.

 

Bağça - bağça görmək xeyrə işarədi,bağçada oturub dincəlmək,möhkəm sağlamlıq və sevgiyə işarədi.

 

Bağçada gül-çiçəyin açması sərvətə işarədi.

 

Badımcan - badımcan qızartması yemək acı xəbər olacaq.

 

Bazar - gənc qız bazara getdiyini görsə bəxti açılacaq.

 

Bayquş - yuxuda bayquş görən xeyir tapmaz.

 

Balıq - özünü balıq ovlayan görmək maraqlı və şad xəbərdi,mərhəm yerdən balıq çıxdığını görmək qızı olmağa işarədi.

 

Balta - balta oğlan uşağıdı.

 

Barmaq - barmaq görmək oğlan olacağına işarədi,barmaqlarının hamısını görmək sərvətə yetişməkdir

 

Barmaq yalamaq - ruzi-bərəkətdi

 

Baca - bacanızdan tüstü çıxırsa deməli evinizdə ruzi-bərəkət bolluq,nəşə və sevinc hökm sürəcək

 

Bataqlıq - özünü bataqlıqda görmək bədbəxtliyə və çox çətinliyə yozulur.

 

Bacı - böyük bacını yuxuda görmək röya sahibi subaydırsa yaxın zamanda evlənəcək,evlidirsə xoş xəbər alacaq.

 

Beşik - özünü beşikdə görmək xeyir və bərəkətə yozulur.

 

Bəbə - özünü bəbə görən varlanıb zənginləşər.

 

Bıçaq - yuxuda bıçaq qüvvət və qüdrətin artacağına yozulur,bıçaqla bir şey kəsmək pul var- dövlət sahibi olacağına işarədi.

 

Bilərzik - bilərzik taxmaq,sevgiliniz sizi heç zaman tərk etməyəcək,

 

Bina - köhnə və uçmaqda olan evlər firavanlığa yozulur.

 

Boy - boyun həddən artıq uzandığını görmək əcəlin yetişdiyinə,qısaldığını görmək kasıblayacağına işarədi

 

Boynu vurulmaq - dövlət başçısı,yuxuda kiminsə boynunu vurarsa ,boynu vurulan üzüntü və sıxıntıdan qurtarar..

 

Borc - yuxuda borc almaq da borc vermək də yaxşı əlamət sayılmaz.

 

Buğa - yuxuda buğa görən xəstələnər.

 

Burun - burun görmək uzun ömrə işarədi.

 

Bülbül - bülbül səsi eşitmək eşqə düşmək və bu sevda əbədi olacaq.

 

Boran - yuxuda boran-çovğun görənin başında böyük təhlükə dolaşır.

 

Boşanma - evli kişi boşandığını görsə ya özü ya arvadı oləcəyinə işarədi,qadın görsə,ər-arvad arasına başqa biri girəcək .

 

Badam - badam yemək çox sevincli bir hadisəylə qarşılaşacan

 

Bağban - bağçada çalışan bir bağban görmək,ailə səadətinə işarədi.

 

Bayraq - öz evinin üstündə bayraq görmək o evdən kimsə öləcək.

 

Bığ - bığlı bir kişiyə aşiq olmaq xöşbəxt və uğurlu ailə həyatı quracaq.

 

Bildirçin - Tanrı tərəfindən gələn ruzuyə və sıxıntılardan qurtulmağa yozulur. Yuxuda bir dəstə bildirçin görmək-başınıza bir iş gələcək.

 

Bibər - yuxuda bibər yeyən adam tutduğu işdən peşiman olacq.

 

Bənövşə - təmiz və əxlaqlı qadına işarədir.

 

Bəxşiş - bir qadına bəxşiş verilərsə ,bəxşiş verənə narahatlıq üz verəcək.

 

Bostan - yaxın vaxtlarda nişanlanmaq və evlənmək arzunuz həyata keçəcək.

 

Boxça - yuxuda boxça aparmaq,yaxın və sevdiyiniz bir dost sizə gələcək və bu xeyir işlə nəticələnəcək.

 

Böyük adam - röyada rütbə sahibi,rəhbər bir adam görmək xeyrə yozulur

 

Buynuz - öz başınızda buynuz görmək,xəyanətə,alçaqlığa qurban getməmək üçün hər addımınızı ölçüb ,biçin Buğda-yuxuda buğda yemək əlinə çoxlu pul gələcək.

 

Bədənin səpməsi - yuxuda bədəninin səpməsini görən adamın uşağı olacaq

 

Bəhməz - yuxuda bəhməz görən adamın işi düzələcək

 

Banan - banan görən adamın uşağı olacaq,əgər bananı yeyirsənsə,əlinə mal gələcək banan cənnət meyvəsidi

1 mart 2011
GO BACK