Qadin.NET / Yuxular və yuxuyozmalar

Yuxular və yuxuyozmalar

Yuxular və yuxuyozmalar

Yuxuların həyata keçməsini əks etdirən ayın günləri.

1. Yuxular xeyrə yozulur və dəqiqliklə həyata keçir.

2. Heç bir məna daşımayan boş yuxulardır.

3. Yuxu həyata keçir, amma bir qədər gec.

4. Yuxular o qədər də tez həyata keçmir.

5. Yaxşı mənalı yuxulardır.

6. Tez həyata keçmir.

7. Xoşbəxtlik yuxusudur, ancaq onu heç kəsə danışmamalısan.

8. Yuxu arzunu həyata keçirir.

9. Yuxu həyata keçir, ancaq xoşagəlməzliklər baş verir.

10. Yuxu 10 gün müddətində həyata keçir, amma yaxşılığa aparmır.

11. Yuxu 11 günə həyata keçir və fərəhli nəticəyə aparır.

12. Yuxu tez həyata keçir və xoş əhval-ruhiyyə doğurur.

13. Yuxu xoşagəlməzliklərə səbəb olur.

14. Uğurlu yuxular olmur.

15. Tez həyata keçir və çox uğurlu olur.

16. Yuxu həyata keçmir və heç bir əhmiyyət kəsb etmir.

17. Yuxu uğur vəd edir və 20 günə həyata keçir.

18. Yuxu gəlirə və yeniliyə aparır.

19. Yuxu ailəvi xoşagəlməzliyə aparır.

20. Yuxu həyata keçir, lakin çox tez yox.

21. Yuxu tez həyata keçmir, ancaq varlanmaya aparır.

22. Yuxu baş verəcək xoşagəlməzliklərdən xəbər verir.

23. Yuxu tez həyata keçir.

24. Fərəhli və tez həyata keçən yuxulardır.

25. Yuxu yalan və aldatmadır.

26. Yuxu rahatlıq və qayğıdır.

27. Mənasız və heç bir əhəmiyyəti olmayan yuxulardır.

28. Yuxu bir sıra çətinliklər vəd edir və 30 günə həyata keçir.

29. Yuxular həyata keçmir.

30. Fantastik yuxulardır, heç vaxt həyata keçmir.

31. Sevgi qələbələri və fərəhləridir, 15 günə həyata keçir.

Yuxular və yuxuyozmalar

Mətnə daxil edilmiş yuxular və yuxuyozmalar beynəlxalq psixoloji mərkəzlərdə yüksək ixtisaslı mütəxəssislər tərəfindən ekspertizadan keçirilmiş və nəşrə tövsiyyə olunmuş nümunələr içərsindən seçilərək əlifba sırası ilə düzülmüşdür.

A

A-bu hərifi qırmizi mürəkkəblə yazılmış və ya çap olunmuş görmək–qəm, qüssə deməkdir. Onu ağ rəngdə görmək müvəffəqiyyət və razılıqdır. Əgər bu hərif alovlu görünürsə, bu yanğından cuzi itkilər vermək deməkdir.

Abırsızlıq: 1. Özünü abırsız aparmaq onu göstərir ki, siz axır vaxtlar ifa etdiyiniz ictimai rolunuzla vidalaşmağa və yeni həyata başlanmağa hazırsınız. 2. Özgələrinin abırsızlığını görmək sizin müvəffəqiyyət əldə edəcəyinizə işarədir, həmişə real vəziyyəti düzgün qiymətləndirəcəksiniz.

Abidə: 1. Miras. 2. Abidənin yanında oturmaq–yaxşılıq başa düşməyən insanlarla tanışlıq. 3. Abidə üzərində oturmaq–uzaq qohumdan sizə miras qalacağına işarədir. 4. Ot, tikan basmış abidə görmək unutqanlığa və nankorluğa işarədir.

 

Ardı var...

Müəllif: Azad Nəbiyev

Əsər psixoanalizin banisi Ziqmund Freydin solmaz xatirəsinə ithaf olunur.

Folklorda fasiləsiz transfer və yuxu pradiqmaları

5 sentyabr 2014
GO BACK