Qadin.NET / Yuxugörmənin öyrənilmə tarixindən (son)

Yuxugörmənin öyrənilmə tarixindən (son)

Əziz Qadin.Netlilər, yuxunun açıqlanmasında mənəvi metodlar haqqında  xəbərimizin ötən hissəsində bəhs etmişdik. Buyurun davamını izləyin. 

Dördüncüsü, yuxu yozmalarını açıqlayan ən qədim metodlardan biri də astroloji metoddur. Bu, uzun zaman ərzində yuxu yozumlarının ən səmərəli metodu kimi geniş yayılmışdır. Astroloji metoda görə insan həyatı, fəaliyyəti, məişəti, maddi və psixoloji durumu və s. ilə bağlı yuxular ulduzların sıra düzümü, onların yerdəyişmələri, qütblərə doğru şaquli və üfüqi hərəkətləri, eləcə də görülən yuxuların ayın günləri arasında bölüşdürülməsi əsasında yozulur. Astroloji təqvimə görə Р°yın elə günləri vardır ki, həmin tarixdə görülən yuxular heç bir məna və məzmun ifadə etmir və yozumsuz yuxular hesab olunur. Aparılan müşahidələr və eksperimentlər əsasında müəyyən edilmişdir ki, məzmunundan asılı olmayaraq hər ayın 2, 16, 25, 27, 29, 30 tarixlərində görülən yuxuların yozumu yoxdur. Yenə həmin metod üzrə aparılan hesablamalar təsdiqləmişdir ki, hər ayın 1, 5, 7, 8, 15, 17, 18, 23, 24 və 26-sı tarixində görülən yuxular isə insana uğur gətirəndir.

Yuxugörmənin öyrənilmə tarixindən (son)
Ən uğurlu yuxular isə hər ayın 7-də görülən yuxulardır. Onu başqasına danışmaq olmaz, səbr edib yuxunun nəticəsini gözləmək lazımdır. Kimə isə bu barədə danışılsa, yuxunun uğuru sına bilər. Ümumilikdə isə uğurlu tarixlərdə görülən yuxular danışılmaz hesab edilir.
Beşinci tip yuxuyozmalar bürclər əsasında müəyyən edilib şərhi verilən yuxulardır. Yuxuyozmaların başqa müasir öyrənilmə metodlarından biri onların gen qaynağı ilə bağlı öyrənilməsidir.
Yuxugörmənin öyrənilmə tarixindən (son)

Yuxular üzərində aparılan müşahidələr göstərir ki, dünya xalqlarının yuxuları bir-biri ilə sıx oxşarlıq və eyniliklərlə şərtlənir. Məsələn, bütün dünya xalqlarında yuxuda axar su görmək-aydınlıq, at-murad, sağsağan-müjdə, xoş xəbər, işıq, günəş-uğur rəmzləridir. Yuxu insan düşüncəsində müxtəlif dövrlərdə onun müşahidə etdiyi hadisələrin, faktların əsasındakı istəklərinin yaxud qovuşmadığı arzularının xəyalda əks olunmuş izləridir. Ona görə də xalqlar çox qədimdən bu psixoloji duyğu toplumuna biganə qalmamış, onu müxtəlif yollar və vasitələrlə öyrənməyi–yozmağı öz maraq çərçivəsində saxlamışlar.

XX yüzilliyin başlanğıcında yuxu ilə bağlı artıq "köhnə" adlandıra biləcəyimiz stereotiplər sökülməyə başladı. Z.Freyd tərəfindən bişüurun kəşfi ilə əlaqədar yuxunun insanın real həyatı və fəaliyyəti ilə bağlılığı gündəmə gəldi. Onun öyrənilməsinin yeni meyarları üzə çıxdı. Dünya xalqları folklorunun mənşə açıqlanmasının bu istiqamətinin elmə daxil olması Z.Freydin nəzəri baxışlarının irəliləməsinə imkan verdi. Röyanın–yuxunun və yuxuyozmaların Z.Freyd tərəfindən irəli sürülmüş təlimi artıq dünya elmində öz sözünü demiş və yeni bir tarixi çevrilişin əsasını qoymuşdur. Onu zənginləşdirib irəli aparmaq isə günümüzün problemidir. Amerika antropoloqu A.Dandisin dediyi kimi, Z.Freydin psixoloji təhlil təlimi artıq cəmiyyətdə özünü fəal şəkildə göstərməkdədir. O artıq qəbul edilən yetkin nəzəri təlimdir. O, nə qədər sürətlə yüksəlib genişlənsə, insanı, dünyanın öz əzəli görüntüsündə dərkinə yaxınlaşdırar və zəkanın yeni tərəqqi yollarını insanın üzünə açar. Bu nə qədər tez baş versə, insan bir o qədər qüdrətli, dünya isə gözəl, sakit və təhlükəsiz olar.

Müəllif: Azad Nəbiyev

 Əsər psixoanalizin banisi Ziqmund Freydin solmaz xatirəsinə ithaf olunur.

 Folklorda fasiləsiz transfer və yuxu pradiqmaları

21 avqust 2014
GO BACK