Üz (sifət) – bir kimsənin yuxuda öz çöhrəsini gözəl görməsi işlərinin yaxşı gedəcəyini , müjdə və sevinci ifadə edir.
Üzəngi – üzəngi ilə ilgili yuxular murada çatacağınıza yozulur.
Üzmək – yuxuda dənizdə üzdüyünü görən yad bir məmləkətdə uğur qazanacağına işarədir.
Üzük – xeyrə yozulur.
Üzüm – yuxuda üzüm gözəl və bol ruzidir.
Ağ üzüm xeyrə ,şəfaya , qara üzüm kiçik faydaya işarədir.
Üzüm bağı – yuxuda üzüm bağı, ümümiyətlə ,xeyrə yozulur.
Üzüm tənəyi – bolluq ,varlıq kimi yozulur.
Üyütmək – yuxuda buğda və ya arpa üyütmək – yeni və sevinc dolu xəbərlər alacaqsınız.
Ülgüc – yuxuda ülgüc oğlan üşağına yozulur.
Ünnab ağacı – xoşbəxtliyə və sevincə yozulur.
Ütü – yuxuda ütü görmək – çox zəkalı olduğunuza, dərzi ütüsü xoş xəbərdi.Bir şey ütüləmək işlərinizin düzələcəyinə işarədir.