Qadin.NET / Yuxu yozmaları - V

Yuxu yozmaları - V

Vaqon - röyada kömür dolu vaqon görmək zəngin olmağa işarədi.

Vağzal - çoxdan arzusunda olduğun səfərə çıxassan.

Var-dövlət - röyada var-dövlət sahibi olduğunu görən xeyir xəbər alacaq.

Valyuta alış-verişi - röyada valyuta işləriylə məşğul olmaq böyük pul itgisi deməkdir.

Vedrə - vedrəylə bağlı yuxular belə yozulur,boş vedrə-pul itkisi,dolu vedrə-qazanc,yarıyacan dolu vedrə-gözləniləməz xəbər.

Velosiped - velosiped görən adam,çox çətinliklə qarşılaşacaq.

Vəd etmək - röyada yaxınlarınızdan birinə vəd vermək ,borc istəmək anlamındadır.

Vəsiyyət - vəsiyyət etdiyini görmək,kədərli olduğunuza,var-dövlətini başqasına vəsiyyət etmək xeyirxahlığa,yardıma işarədi.

Villa - özünü villanın içində görmək,düşmən üzərində qələbə çalmaqdı

Viranə - viranə istəyə çatmaq kimi açıqlanı.

Vərəm – belə yuxular xeyrə yozulmur.

Vəhy - röyada mələklərin birinin vasitəçılıyi ilə vəhy nazil olduğunu görmək ,xeyrə.xoş xəbərə,Cənab Haqq tərəfindən bağışlanmaya yozulur.

Viza - viza almaq-bir yaxın dostunuzun yardımı sayəsində düşmüş olduğunuz sıxıntıdan qurtarassız.

Vizit vərəqəsi görmək bir nəfərdən yardım almaqdı.

Vəzifədən çıxarılmaq - boşanmaya işarədi.

Vulkan - dava-şavaya işarədir.

Vücud - röyada vücudunu şişmiş görmək düşmənlərə qalib gəlməkdir.
21 mart 2011
GO BACK