Mətnə daxil edilmiş yuxular və yuxuyozmalar beynəlxalq psixoloji mərkəzlərdə yüksək ixtisaslı mütəxəssislər tərəfindən ekspertizadan keçirilmiş və nəşrə tövsiyyə olunmuş nümunələr içərsindən seçilərək əlifba sırası ilə düzülmüşdür.
A
Allah
1. Sizin iradənizə zalım adamın hakim olacağı barədə xəbərdarlıq.
2. Allahla edilən söhbət–bir neçə yozumu olan həyacanlı işarədir: məhkəməyə düşmə ehtimalı, işgüzar sahədə müvəffəqiyyətsizlik, səhhətin kəskin pisləşməsi və ya hətta qəfil ölüm.
3. Sizdən üz döndərmiş Allahı görmək–elə bir iş tutacaqsınız ki, sonradan təəssüflənəcəksiniz.
4. Əgər Allah rəhmli və üzügülərdirsə, demək, sizi nüfuzlu adamın himayəsi sayəsində müvəffəqiyyət gözləyir.
5. Allaha ibadət etmək rifaha yozulur. Allahın sizə müraciətini eşitmək qeyri–adi yuxudur. Bütün deyilənlər yerinə yetəcək.
Allaha and içmək
Kiminsə Allaha and içdiyini eşitmək–xeyirsiz tanışlığa və ləyaqətsiz cəmiyyətin məhvedici nəticələrinə yozulur.
Almaz
1. Yuxuda almaz görmüsünüzsə xoşagəlməzliklər gözləyin, arzularınız həyata keçməyəcəkdir.
2. Almazların itməsi namusunuzu və ya dostunuzu itirəcəyinizdən xəbər verir. Almaq–dövlət, evlənmə, ailə əmin-amanlığı vəd edir. Almaz tapmaq böyük səadət, xoşbəxtlik vəd edir.
3. Almazın itməsi bu yuxunu görənin qeyri–adi nəyininsə itəcəyinə, eləcə də onun işlərinin tam dayanacağına işarədir.
Alt paltarı
Alt paltarı almaq xəstəliyə yozulur. Çirkli alt paltarı yumaq–xoşagəlməzliklər və incikliklərə yozulur. Yatanda alt paltarı ilə durmaq maraqlı yeni xəbərlər deməkdir. Yaş alt paltarını burub sıxmaq xəyanətin ifşa edilməsi, zivəyə asmaq uduş, miras alınması, yerbəyer etmək–düşmənçilik və xoşagəlməzliklərdir.
Alverçi
Alış və ya satış zamanı aldanacağınız haqqında xəbərdarlıqdır. Alverçiyə baş endirmək bədbəxtçilikdir.
Alver etmək
1. Yaxınlarınızı aldatmağa meyilli olduğunuza işarədir.
2. Gəlir vədi.
3. Qızğın alver–cəsarətlə seçdiyiniz işdə uğur. Əgər alver o qədər də uğurlu getmirsə, sizi kədər və pərtlik gözləyir.
Ana
1. Öz vətənində uğur qazanmağa və məhşurlaşmağa yozulur.
2. Ananın xəstəliyi qadınlar üçün uğursuz ailə həyatına, kişilər üçün isə uğursuz işlərə işarədir. Ananın ölümü qadınlar üçün boşanmaq, kişilər üçün isə karyerasının iflası kimi yozulur.
3. Diri-qayğı və zəhmətə, ölü-əməyə və firavanlığa, cənazə-vəziyyətin yaxşı tərəfə meylinə yozulur.
4. Hər hansı bir sahədə yaxşı nəticə və gəlirin qazanalacağına işarədir.
5. Ana ilə söhbət sizin, xüsusi ilə maraqlı olduğunuz işlərdə yeni, sevincli xəbərlər alacağınıza yozulur.
6. Qadınlar üçün ananı röyada görmək ailə xoşbəxtliyinə, maraqlı işlərlə məşğul olacağınıza işarədir. Başqasının anasını xəstə və yaxud ölü vəziyyətdə görmək kədərə yozulur.
7. Əgər ananızın sizi röyada çağırdığını görsəniz, bu işlərinizi düzgün aparmadığınıza və hamı tərəfindən tərk edilmənizə işarədir. Ana ağlamasını, ağısını eşitmək baş verəcək xəstəlik və ya bədbəxtlik təhlükəsinə yozulur. Ananınızı yuxuda görmək -mirasa qovuşacağınıza yozulur. Ananızı sizdən incimiş və acıqlı görmək işlərinizdə uğursuzluğa, gülərüzlü və sevinc içində görmək şad bir xəbərə işarədir. Ögey ana–kədər, qüssə və xoşagəlməz hadisələrə yozulur.
Ananaslar
İşlərin xoş məcraya (suyun axdığı yataq, yola) düşəcəyini bildirir.
Anasından ayrılmamış bala
Qadın üçün ev quşunun balası cansıxıcı və üzücü qayğılara işarədir.
Aprel
Yuxuda aprel ayı olduğunu görmək–sizin qismətinizə çoxlu gəlir düşəcəyinə işarədir. Amma əgər həmin zaman hava pisdirsə, onda müvəffəqiyyətsizliklər gözləyin.
Aptek
1. Xəstəlik zamanı tezliklə sağalacağınızın müjdəsidir. Sağlam vaxtı xəstəlik haqda xəbərdarlıqdır.
2. Sirr verməyə və ya əsəb pozuntusuna işarədir.
Aptek işçisi
Yalan və ya faydasız sazişin müjdəsidir.
Araba
Gözlənilməz qonaqlarınız gələcəyindən xoş səyahətdən imtina etməli olacaqsınız. Ağır yüklənmiş araba–ağır zəhmətlər və qayğılar.
Arı
1. Mühüm uduş, var–dövlət haqqında vədə işarədir.
2. Uğurlu və gəlirli danışıqlar haqqında əvvəlcədən xəbər.
Armud
1. Səhhətnizin zəifliyi barədə xəbərdarlıqdır.
2. Kef vəd edir.
3. Armud yemək xəstəlik, ağacdan dərmək varlanmaq.
4. Dəymiş armud–şirin ləzzət. Cır, turş–qəm və kədərdir.
Arpa
Məhsuldar ilin gəlməsindən xəbər verir.
Asiya
Asiyaya səyahətə çıxmaq–pul mənfəəti olmayan dəyişikliklər.
At
1. Tale sizə qarşı xeyirxahdır.
2. Ağ at–işiniz düzələcək, toyunuz olacaq (xanımlar üçün), sevgi, məhəbbət əlamətidir.
3. Atdan düşmək–vəzifənizi itirəcəksiniz. Ata minmək–arzularınız yerinə yetəcək.
Avqust
1. İşgüzar əməliyyat və sevgi münasibətləri üçün pis işarədir.
2. Cavan xanım üçün özünü avqustda ərə gedən görmək–yaxında qəm–qüssə vəd edir.
B
Bağ
1. Bağda gəzmək–müvəffəqiyyət, işlə bağlı sevincdir.
2. Çiçək dərmək, ləzzətdir.
3. Çiçəklənən, böyük bağ–işlərdə müvvəffəqiyyət və bolluq, baxımsız qalmış, qəmli, solğun bağ–kasıb, qocalıqdır.
Bağça
Təsərrüfatda müvəffəqiyyətin və sabit gəlirin xəbərdarlığıdır.
Bağban
1. Çox mənfəətli insanla dostluq və tanışlığın əlamətidir.
2. Bağbanla söhbət etmək–etibarın itirilməsi əlaməti. Oğurluq pulun itirilməsidir.
Ardı var...
Müəllif: Azad Nəbiyev
Əsər psixoanalizin banisi Ziqmund Freydin solmaz xatirəsinə ithaf olunur.
Folklorda fasiləsiz transfer və yuxu pradiqmaları
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qara qış gəlir
Sakinlərə daha bir jest
Qış fəsli üçün sağlamlıq cövhəri
Kabaklı olladilər(foto resept)
Pis yuxu şəxsi həyatı məhv edir
Namazın vacibliyi haqqında
Bu qocanı deyəsən, Əzrayıl unudub
Dəb Dünyası Bakıda
Məşhur müğənni polislərdən kömək istədi
81 yaşlı nənə bədəni ilə heyran edir
Yeni qaş dəbi
Mustafa Sandaldan Defne Samyeli AÇIQLAMSI-FOTO
Rusiya təyyarəsinin qəzaya uğramasının SƏBƏBi bilindi
Qripdən qorunmaq üçün menyu
Günün ulduz falı - 17.12.2013
Türkiyənin ən varlı qadını boşanır
Azyaşlı uşaq valideynlərinə ŞAD XƏBƏR
TQDK-da apellyasiya komissiyalarının işi başa çatdı
Pəhrizsiz və idmansız arıqlayın
Azərbaycanda bu telekanallara pul ayrıldı
Seçilmiş aforizmlər
Onun qiyməti 600 milyondur
Xətdə qalan sevgili (ARAŞDIRMA)
Evlənmək istəyənlərin 53 nəfərində QİCS tapıldı
Mən itirdim... Sən qazandın!!!
Bakı metrosu reklamsız qalır?
"Terrorun dini yoxdur"
Qəhvə şərabı ixtira edildi
"İstanbullu gelin"in İsrail uğuru-FOTO
Bakı sakinlərini vəlvələyə salan nə idi?
Real şəkilləri illustrasiyaya çevirdi
Azərbaycan ilə Ermənistan yığmaları Avropa çempionatından kənarlaşdırıldı
Ermənistan əsgərləri 15 yaşlı azərbaycanlı qızı yaraladılar
Soyuq havalar üçün manikür modelləri
Bu qidaları ac mədəyə yesəniz, daha sağlam olarsınız
Sarkisyan işğaldan azad etdiyimiz torpaqlara baxdı
20 yanvar Azərbaycanda qeyri-iş günüdür!
4 dəfədən çox ailə qurmaq yasaqlandı
Kim Çen Indan qorxunc təlimat: Aclığın qarşısını almaq üçün...
Kainatımızın forması-Qaranlıq maddə(3)
Eliksirlə 10 yaş cavanlaş!
Praqa tortu (foto resept)
Ən çox rastlanan 3 dəri problemi və həlli
Culfa rayonu
Xalq təbabətində alma
8103-ə göndərilən SMS-lərin 29 faizi təsdiq cavabı almayıb
Yaqut Qarayeva: “Qaydalara riayət edilməsə, qapanmadan istənilən nəticəni əldə etmək mümkün olmayacaq”
Tavada toyuqlu börək (foto resept)
"Barbie"yə bənzəmək üçün 105 əməliyyat keçirtdi-FOTO
Möcüzələrə inanırsınız?
- ŞƏRHLƏR