ABŞ-ın Seattle şəhərinin "Saqqız Divarı"nın bir hekayəsi var. 1993-cü ildə Pike Place Market Teatrına gələn izləyicilər bilet almaq üçün sırada gözləyərkən çeynədikləri saqqızları divarlara yapışdıraraq axın başladıblar. Saqqızları çeynədikdən sonra divara yapışdıran izləyicilər, Amerikanın ən məşhur divarlarından biri yaradıblar.
Rəngli saqqızlarla örtülü olan Post Alley divarları küçəyə şirin qoxu yayırlar. Dar küçə olan Post Alley günün hər saatı doludur. Saqqız çeynəyib divara yapışdırmaq istəyən və divar ilə şəkil çəkdirməyi sevən turistləri bu ənənəni 2019-ci ilə qədər davam etdiriblər.
Saqqız divarı ilk dəfə 2015-ci ildə təmizlənmişdir. Təmizlik təxminən 130 saat davam edib. Divardan çıxan saqqızların ağırlığı 58 kiloqram olaraq ölçülmüşdür. Təmizlik bitdikdən sonra turistlər həmin divara yenidən saqqız yapışdırmağa başlayıblar. 2019-cu ildə divar hələ də saqqızla örtülüdür.