Malezyanın Borneo adasında yaşayan Bajau qəbiləsi dənizin ortasında yaşayırlar.
Bajau qəbiləsinin üzvləri dənizin üstündə tikdikləri evlərdə yaşayırlar.
Güzəranlarını balıqçılıqla keçirirlər. Heç bir ölkə tərəfindən vətəndaşlığa qəbul edilmirlər. Onların tək vətəni dənizdir.
Bajau qəbiləsində doğulan uşaqlar yeriməyi öyrənməədən əvvəl balıq kimi üzməyi öyrənirlər. Bu uşaqlar, dəniz ulduzlarına, balıqlara ev heyvanı kimi baxırlar.
Qəbilədə demək olar ki, heç kim oxuma yazma bilmir. Qəbilə üzvləri yaşlarını bilmirlər. Təmiz dəniz suyunda gələcək və zaman qayğısı olmadan yaşayırlar.