Qadin.NET / Paulo Koelyodan səyahət sevərlərə tövsiyələr

Paulo Koelyodan səyahət sevərlərə tövsiyələr

Yazıçı Paulo Koelyodan səyahət sevərlərə tövsiyələr:

Paulo Koelyodan səyahət sevərlərə tövsiyələr

1. Müzeylərdən qaçının: Bu biraz gülünc bir tövsiyə kimi görünə bilər, amma belə düşünək: yad bir şəhərdəsiniz, keçmişi araşdırmaqdansa indini araşdırmaq daha maraqlı deyilmi? İnsanlar özlərini müzeyə getməyə məcbur hiss edirlər. Çünkü uşaqlıqlarında səyahət etməyin bu növ bir mədəniyyəti araşdırmaq olduğunu öyrəndilər. Əlbəttdə müzeylər önəmlidir, ancaq zaman və nəsnəllik istəyirlər – orada nə görmək istədiyinizi bilməyiniz gərəkir, əks təqdirdə nə olduğunu xatırlaya bilmədiyiniz bir neçə önəmli şey görmüş olma hissiylə ayrılarsınız ordan.

2. Barlarda vaxt keçirin: Barlar şəhərin havasının ortaya çıxdığı yerlərdir, müzeylər yox. Bardan qəsdim gecə klubları deyil, normal insanların getdiyi, bir qədəh içki içərkən havadan bəhs etdiyi və söhbətə hazır olduqları yerlərdən söz edirəm. Nə qədər axmaqca olur olsun biri bir söhbət başladırsa qatılın: Bəlli bir yolun nə qədər gözəl olduğunu sadəcə qapıya baxaraq dəyərləndirə bilməzsiniz.

Paulo Koelyodan səyahət sevərlərə tövsiyələr

3. Açıq olun: Ən yaxşı tur rəhbəri orada yaşayan, hər şeyi bilən, yaşadığı yerlə qürur duyan ancaq bir səyahət agentliyində çalışmayan insandır. Çıxın küçəyə, danışmaq istədiyiniz insanı seçin və sual verin (Kilsə hardadır? Poçt hardadır?) Əgər o insandan bir şey alınmasa başqasını yoxlayın – sizə qarantiya verirəm günün sonunda ən yaxşı yol dostunu tapmış olacaqsınız.

4. Yalnız səyahat edin ya da həyat yoldaşınızla: Biraz çətin olacaq. Çünki heç kim sizə baxmayacaq amma öz ölkənizi həqiqətən geridə buraxmağın ən yaxşı yolu budur. Qrupla səyahət etmək öz dilinizi danışarkən, qrup liderinin sizə söylədiyi şeyləri edərkən və ziyarət etdiyiniz yerlə əlaqəli deyil qrup dediqodusuyla daha çox maraqlanarkən bir başqa ölkədə olmaqdır.

Paulo Koelyodan səyahət sevərlərə tövsiyələr

5. Qarşılaşdırma etməyin: Heç bir şeyi qarşılaşdırmayın – qiymət, gigiyena standartları, yaşayış keyfiyyəti, nəqliyyat yolları, heç bir şey! Başqalarından daha yaxşı bir hayatınız olduğunu sübut etmək üçün səyahət etmirsiniz – sizin məqsədiniz başqa insanların necə yaşadığını, sizə nə öyrədə biləcəklərini, gərçəklərin və qeyri - adi şeylərin öhdəsindən necə gəldiklərini ortaya çıxarmaqdı.

6. Hər kəsin sizi anladığını anlayın: Dili danışmasanız da qorxmayın: Sözlərlə əlaqə qura bilmədiyim bir çox yerdə oldum və hər zaman dəstək, rəhbərlik, faydalı nəsihət gördüm və hətda qız dostlar tapdım. Bəzi insanlar yalnız səyahət edərlərsə, küçədən aşağı gedib sonsuzadək qeyb olacaqlarını düşünürlər. Sadəcə, cibinizdə otelinizin kartının olduğundan əmin olun – əgər ola biləcək ən pis şey olsa bir taksiyə minib kartı sürcüyə göstərin.

Paulo Koelyodan səyahət sevərlərə tövsiyələr

7. Çox alışveriş etməyin: Pulunuzu daşımaq məcburiyyətində olmadığınız şeyləre xərcləyin: yaxşı bir teatr tamaşası, restoranlar, gəzintilər. Günümüzdə, qlobal iqtisadiyyat və internet sayəsində baqaja çox pul ödəmədən hər şeyi satın ala bilərsiniz.

8. Dünyanı bir ayda görməyə çalışmayın: Bir həftədə beş şəhər görməkdənsə bir şəhərdə dört beş gün qalmaq daha yaxşıdır. Bir şəhər kaprizli bir qadın kimidir: başdan çıxardılmağı və özünü tamamən gözlər önünə sərməyi vaxt istəyir.

9. Səyahət bir məcaradır: Henry Miller belə deyirdi; Romaya gedib qulağınıza bağıran iki yüz min insanla birlikdə Sikstin kapellasını görmək məcburiyyətində qalmaqdansa heç kimin kəşf etmədiyi bir kilsəni kəşf etmək daha önəmlidir. Əlbəttə ki Sikstine kapellasına gedin amma prospektlərdə də gəzin, küçələri kəşf edin, bir şeylər axtarmağın azadlığını yaşayın.


Tərcümə: Nicat Hikmət

29 iyun 2018
GO BACK