Kanadada yerləşən "The Upside Down House", yəni "Tərs ev" görənlərin böyük marağına səbəb olur.
Ev polşalı memarlar - Marek Siran və Daniel Czapievski tərəfindən inşa edilib.
Əslində, bu, Danielin ilk işi deyil. O, buna bənzər evi ilk dəfə Polşada tikib. Turistlərin marağına səbəb olduğunu gördükdən sonra bənzər evdən Kanadada da inşa etmək qərarı verib.
Evin özəlliklərin biri də odur ki, onun içinə daxil olduqdan sonra da tərslik davam edir. Yəni, təsəvvür edin ki, normal vəziyyətdə yerdə görüdüyünüz əşyalar tavanda asılı halda qalıb.
Hər kəsin diqətini çəkən evin tarixi də yenidir.
Axşam.az