İranın Əfqanıstanla sərhədində yerləşən Makhunik kəndinin 1500 il əvvəl yaradıldığını düşünürlər. 100 il bundan əvvəl burda 1 metr boyu olan insanların yaşadığını düşünürlər.
Burda yerləşən 200 evin 70-80-nın tavanı çox alcaqdır.
Kənddə yaşayanların boylarının qısa olmasının səbəbinin qidalanma vərdişlərinin nəticəsi olduğu deyilir.
Evlərin kiçik olmasının səbəbinin təkcə insanların boyu olmadığını deyirlər.
Bəzilərini görə evləri tikmək üçün materialları daşıyan ev heyvanlarının və yolların olmaması da, evlərin kiçik olmasına şərait yaratmışdır.
Bundan əlavə olaraq, evlərin kiçik olması, sərinləmə və isinmə problemlərini də aradan qaldırırdı.
2005-ci ildə 25 sm uzunluğu olan skelet tapılmışdır. Bu skeletin cücələr şəhərinin sakinlərinə aid olduğu düşünülsə də, sonrada bir körpəyə aid olduğu açıqlandı.
Hal-hazırda bu kənddə yaşayan əhali üçün yaşamaq elə də asan deyil. İşsizlik və quraqlıq öz sözünü deyir.