Portuqaliya
Portuqaliyanın Evora vilayətində 16-ci əsrdə kiçik ibadətgah inşa edilib. Bu abidənin qorxuducu edən xüsusiyyət divarlarında insan sümükləri olmasıdır. Tarixçilərə görə burda 5 min fərqli insanın sümükləri var.
İspaniya
İspaniyanın San Fermin vilayətində hər il keçirilən festivala qatılmaq da cəsarətin olanların işidir.
Turistlərin qızğın boğaların qarşısında arenaya qədər qaçdığı festivalda hər il onlarla insan yaralanır.
Rumıniya
Ruminyanın Transilvaniya bölgəsində yerləşən meşə Avropanın şeytan üçbucağı olaraq qəbul edilir.
1968-cı ildə Alexsandru Siftin bölgədə UNO bənzəri cisimlərin şəkillərini çəkməsi ilə meşə paranormal bir şöhrət qazanıb. Bölgə xalqı bu meşəyə girən insanların yox olduqlarına inanır.
Litva
Litviyanın Xaçlar təpəsi katolik xristianlarl tərəfindən ziyarət olunur. Xristianlar bura bir xaç qoyanda diləklərinin reallaşacağına inanırlar.
Bu təpədə təxminən 50 min xaç olduğunu düşünürlər.
Filippin
Filippinin Sagada vilayətində asılı tabutlar ürküdücü mənzərə yaradır. Bu bölgədə ölüləri qayalıqlara asmaq adəti 2 min ildir davam edir.
Müqəddəs qəbul edilən vadidə qayaqlıqlara asılmış halda yüzlərlə tabut var. Əfsanəyə görə dünya və cənnət arasında bir nərdivan var.