22 yaşlı gənc səyyah Berk Armağan, yol pulunu gəzdiyi yerlərin şəkillərini çəkdiyi karton stəkanları sataraq çıxarır.
Universitet tələbəsi olan Berk Armağan, indiyə qədər 17 ölkə ilə tanış olub və yeni hədəfi ABŞ-dı.
Berk Armağan, lazımlı pulu topladıqdan sonra ilk xarici səfərinə 2016-cı ilin oktyabr ayında çıxmışdı.
Gənc səyyah, Makedoniya, Serbiya, Bosniya və Herseqovina və Çernoqoriyanı gəzdikdən daha sonra Ukraynaya gedib.
Armağan, stəkana çəkdiyi rəsmlərinin hamısının çap məhsulu olmadığını və özünün çəkdiyini deyir.
Berk armğan, qazandığı pulla Norveç, İsveç, Danimarka, Avstriya, Slovakiya, Polşa, Almaniya, Hollandiya, Belçika, Fransa, İtaliya və Xorvatiyaya səyahət edib.
Səyahət xərclərinin 80 faizini stəkanları sataraq qazanan gənc səyyah, rəsm müddətinin 30 dəqiqə ilə 5 saat arası dəyişdiyini qeyd edir.