Məşhur səyahət jurnalı "Conde Nast Traveller" dünyanın ən möhtəşəm ölkələrinin siyahısını dərc edib.
Qadin.Net xəbər verir ki, siyahı həm YUNESKO-nun qeyri-maddi mədəni irsinə daxil olan, həm də turistlərin ən çox getdiyi ölkələr əsasında tərbit olunub.
Bodrum və Antalya kimi turistik şəhərləri ilə məşhur olan qardaş ölkə Türkiyə siyahının lideri olub.
Yuqoslaviyanın dağılması ilə müstəqillik qazanan Sloveniya bu gün Avropanın ən firavan ölkələrindən biridir. Coğrafiyası İsveçrə və Avstriyaya çox bənzəyir.
Aralıq dənizi sahillərində yerləşən Mərakeş Kasablanka kimi şəhərləri ilə yanaşı, təbiətilə də insanları ovsunlayır.
Latın Amerika ölkəsi Çili fərqli iqlimlərin birlikdə olması ilə tanınır. Sahil zolağı yaşıllıqlarda zəngin olduğu ölkədə eyni zamanda dünyanın ən quraq bölgəsi sayılan Atacamaya da yerləşir.