Qadin.NET / Hindistanın qaranlıq üzü

Hindistanın qaranlıq üzü

İnanışa görə minlərlə il əvvəl Şivanın arvadı Dakşayani (Sati) ərinin ölümündən çox kədərlənmiş, günlərlə yas tutmuş və özünü qurban etməyə qərar vermişdi. Ərinin cəsədi yandırılarkən atəşin ortasına yürümüş və bardaş qurub oturaraq özünü diri-diri yandırmışdı. Hind dastanı Ramayana’da Sati “məsumluğunu sübuta yetirmək üçün atəşdə yürüdü” deyə keçir. Özünü əri üçün qurban edənlərin “Sati” olaraq adlandırılması da bundan qaynaqlanır.

Hindistanın qaranlıq üzü

1) Dul qadınlar

Hindu inancına görə dul qadınlar hər cür zövq verən şeydən uzaq yaşamalı, yenidən evlənməməli və heç bir əyləncəyə qatılmamalıdır. Keçəlləşərək “markalaşan” dul qadınlar yerdə yatmaq, bəyaz geyinmək və düyü sıyığı ilə bəslənmək məcburiyyətindədirlər.

Hindistanın qaranlıq üzü

2) Mükəmməl yoldaş

Hinduizmdə yaxşı qadın, yaxşı yoldaş olmanın özünü ərinə həsr etmək olduğuna inanılır. Və ərinin ölümündə qadın məsuliyyət daşıuır. Nəticədə bu, qadının bacarıqsızlığı sayılır və əlbəttə qadın cəzanı haqq edir.

Hindistanın qaranlıq üzü

3) İntihar və etibar

Özünü ərinə həqiqətən həsr etdiyini sübut etmək üçün yandıran qadınlar sadəcə ailələrində deyil, içində yaşadıqları toplumda da etibar görülürlər. Belə ki, bu məşhur intiharın ardınca Sati edən qadının ailəsi toplumca əl üstündə tutulur.

4) Satiyə qərar

Ölən adamın bir gün içində yandırılması lazımdır. Bu müddət ərzində də qadının Sati olması üçün yandırılmaq istəyib-istəmədiyinə qərar verməsi lazımdır. İnanca görə qadının əri ilə birlikdə qısa müddət içində yandırılması evliliyin yenidən başlanmasını təmin edir. Beləcə, Sati edən qadın “dul” olaraq deyil, ölən adamın arvadı olaraq xatırlanmağa davam edilir.

5) Ölümlərdən ölüm bəyən!

Qadın özünü Sati olaraq elan etdikdən sonra ərinin yanına 3 şəkildə gedə bilir: 1) Əri yandırılmaq üçün yatırıldığında yanında uzana bilər. 2) Əri yanarkən atəşin içinə dala bilər. 3) Atəş yandırılmadan öncə ərinin qucağında bardaş qurmuş vəziyyətdə otura bilər.

6) Ya intihar, ya cinayət!

Ardınca ölənin oğlu, ya da ən böyük kişi qohumu odunları atəşə verir. Bu əsnada qadın atəşə tullamaq mövzusunda bir tərəddüd yaşayarsa, yaxud atəşdən çıxmağa çalışırsa, üzərinə odun parçaları atılır, bambuk ilə bədəni basdırılır, ya da öldürülür.

7) Yetər ki, öl!

Qadın özünü əri ilə birlikdə qurban edərsə, 35 milyon il, ərinin yandırılmasından sonra qurban edərsə, 65 milyon il cənnətdə qalacağına inanılır.

8) Rup Kanvar ( Roop Kanwar )

Baburlar Sati ənənəsini qaldırmaq üçün çox uğraşmışdılar. Sonra ingilislər bu ənənəni 1829-cu ildə qadağan etmişdilər, 27 il sonra özünü yandırmayan qadınların evlənmə qadağası tamamilə aradan qalxmışdı. Amma 1987-ci ildə Racastxan əyalətində Rup Kanvarın ölümü ilə Sati müzakirələri yenidən gün üzünə çıxmışdı.

Qısacası, Hindistanda ya ərinizlə öləcəksiniz, ya da dul qaldıqdan sonra toplum təzyiqindən...

Ən maraqlısı, Hindistandakı Sati ənənəsini ən gözəl işləyən film: WATER

Hindistanın qaranlıq üzü

P.S. Hind ənənələri bu vəhşi tətbiqi qanuniləşdirmək üçün bəzi şərhlər da gətirir. Məsələn, bəzi hind mətnlərində "Sati'nin qadınların düşmənlərin əllərinə düşməsinə maneə törətmək üçün edildiyi" izah edilir.

Müəllif: Nigar Şahsuvarova

28 yanvar 2017
GO BACK