Baykal gölü 6000 km-dən artıq məsafədə uzanan çökəkliyi tutur. Gölün eni 25 km-dən 80 km-ə qədərdir. Dünyanın ən dərin gölü hesab olunan Baykalın dərinliyi 1620 metrdir. Bu göl Avrasiyanın ən böyük şirin su anbarıdır. Geniş yayılmış fərziyyələrə əsasən qədim türk dilindən tərcümədə "Bai-kul" yəni, Bəy göl anlamını verir. Gölün şərqində yerləşən Svyatoy Nos yarımadasını materikə Civırkuy bərzəği birləşdirir.
Baykal gölü üzərində hər qış yaranan böyük yumru buz kütlələrinin necə meydana gəldiyi elm insanlarını tam 128 ildir məşğul edirdi. Ancaq yeddi illik bir çalışma gerçəyi ortaya çıxardı.Yumru buzları ilk dəfə 1882-ci ildə bir Rus alimi gördü. Yumru buz kütlələrinin necə meydana gəldiyini araşdırmağa başlayan Rus alim, o dövrkü məlumatla bir nəticəyə çata bilmədi və bu vəziyyəti "sirrli bir hadisə" olaraq xarakterizə etdi.
Bu şəkillər Kristina Makeevaya məxsusdur.