Qadin.NET / Toyuqla dünya turuna çıxan gənci siz də tanıyın!

Toyuqla dünya turuna çıxan gənci siz də tanıyın!

Toyuqla dünya turuna çıxan gənci siz də tanıyın!

Guirec Soudee 24 yaşındadır. Fransanın Manş sahillərinə yaxın bir adada doğulmuşdur. Adanın əhalisi, ana, atası, bir qardaş və altı bacıdan ibarətmiş. Təxmin edilə biləcəyi kimi dənizlə iç-içə böyümüşdür. 18 yaşında məktəbi buraxıb cibində 200 avro və tək bir söz belə ingiliscə bilmədən Avstraliyaya getmiş, 20 yaşındaykən cibində doğulduğu adanın - Yvinec - adını verəcəyi ikinci əl bir polad gəmi alacaq qədər pulu varmış. Gəmini dünya səyahətinə hazırlamaq üçün müvəqqəti işlərdə işlədikdən sonra 2013-ci ilin Noyabrında yola çıxmış.  

Toyuqla dünya turuna çıxan gənci siz də tanıyın!

Tək başına dünya turu hədəfi Sarıbülbül adalarında son çatmışdır. Burada gəmiyə qırmızı bir toyuq qatılmış. Monique. Problem yaradırsa kəsib yeməyi düşündüyü toyuq, qısa müddətdə Guirecin ən yaxşı yoldaşı olmuşdur. Atlantik keçişi sonrası gəminin burnunu İrlandiyaya çevirmiş, burada qışı keçirmək üçün, 40kg düyü, 60kg toyuq yemi və istilənmək üçün 2000 litr mazut almış.

Toyuqla dünya turuna çıxan gənci siz də tanıyın!

Qış müddətində qalan yeməyini, ovlayaraq əldə etməyə qərar vermişdir. Hazırda Disco Bayda Monique və özündən başqa kimsənin olmadığı bir nöqtəyə çatdıqdan sonra mobil telefonunu bağlamış vəziyyətdədir. İyunun 2016 da, yəni önümüzdəki ay telefonunu açana qədər Monique'le birlikdə Greenland qışını sağ-salamat keçirdiklərini ümid edirəm.

Toyuqla dünya turuna çıxan gənci siz də tanıyın!

Sonrasında hədəfi Şimali Qərb keçidi. Macəra arxasında qaçmaq, ağlasığmaz işlər etmək, bir toyuqla İrlandiyada qışlamaq, sizə mənasız gələ bilər. Mənə gəlmir. Əksinə məni heyəcanlandırırr, bizim ölkəmizdə də belə gənclərin olmasını, saylarının artmasını istəyirəm, ümid edirəm. İçində yaşadığımız standart həyatdan belə macəra dolu ruhlar çıxardacaq.


29 iyul 2016
GO BACK