Qadin.NET / "Bürc Xəlifə" buludların arasında

"Bürc Xəlifə" buludların arasında

 "Bürc Xəlifə" buludların arasında

Dünyanın ən hündür binasının sıx dumanla əhatə olunmuş görünüşü fantastik filmlərdəki səhnələri xatırladır.
Lakin bu heyranedici şəkillər məşhur Hollywood filmlərinə verilmiş effktlərin deyil, Dubayda Günəşin çıxması zamanı yaranan təbii effektlərin nəticəsində yaranıb.
 

"Bürc Xəlifə" buludların arasında

Dünyanın ən hündür binası olan və onu əhatə edən göydələnləri hündürlükdə geridə qoyan Burj Khalifa duman təbəqəsinin üzərindən çəkilib.
Binanı əhatə edən duman dənizi bir təbiət hadisəsidir. Hər il bu vaxtlar temperatur aşağı düşür və rütubətli hava soyuq hava ilə birləşərək belə sıx duman təbəqəsi əmələ gətirir. Günəş çıxdığı zaman bu duman təbəqəsi yox olur.

"Bürc Xəlifə" buludların arasında

Bu şəkillər almaniyalı fotoqraf Bjoern Lauen tərəfindən çəkilib. Şəkilləri çəkmək üçün o, gün çıxan zaman mərkəzi biznes bölgəsində yerləşən göydələnlərdən birinə qalxıb.

"Bürc Xəlifə" buludların arasında

32 yaşlı Laurenin sözlərinə görə: “Bu, dünyanın ən hündür binası sayılan və Dubayın işgüzar hissəsinin mərkəzində yerləşən, buludlarla və sıx duman təbəqəsilə əhatə olunmuş Burj Khalifa binasıdır. Bu təbiət hadisəsini yalnız yuxudan səhər tezdən qalxan və kifayət qədər hündürlükdə, buludların arasından görünən bu mənzərədən zövq almaq istəyən insanlar seyr edə bilər. Hər il yalnız bir neçə gün ərzində, səhər tezdən, Birləşmiş Ərəb Əmirliklərinin 7 əmirliyindən biri sayılan Dubay nazik və sıx duman təbəqəsilə örtülür. Bu duman təbəqəsi gecə yarısı, isti temperaturla rütubətli hava arasında yaranan fərqin və gecələr təzyiqin aşağı düşməsi nəticəsində nəticəsində yaranır.

 "Bürc Xəlifə" buludların arasında

Bu uzun müddət gözlənilən fəsil dəyişikliyindən xəbər verir. 50 dərəcədən yuxarı temperatur olan isti yay fəsli daha soyuq və mülayim qış fəsli ilə əvəz olunur.”
2005-ci ildən bəri Dubayda yaşayan Lauen əlavə edib ki: “Bu sürücülər üçün çətinlik yaratsa da, səhər tezdən yuxudan oyananlar üçün nadir təbiət hadisəsidir.”
828 metr hündürlüyü və 160-dan çox mərtəbəsi olan Burj Khalifa dünyanın ən hündür binası olaraq qalır.

28 iyul 2016
GO BACK